Alanya Azərbaycanlılar Dərnəyinin ilk rəsmi tədbiri

Alanya Azərbaycanlılar Dərnəyinin ilk rəsmi tədbiri

Dərnəyin ilk rəsmi tədbiri olaraq, Qarabağ Qələbəsinin 4-cü ildönümünə həsr olunmuş konsert həyata keçirdi.  Konsertin ssenarisi, redaktəsi, ideya müəllifi, prodüseri, rejissoru Türk dünyası, Beynəlxalq mədəniyyət, Turizm və investiya dərnəyi (ICTI) musiqi mədəniyyəti komissiyasının sədri araşdırmaçı-yazar, aparıcı, səs sənətçisi Sevil Çakar oldu.

Ramil Mənsurovun sədri olduğu Alanya Azərbaycanlıları Dərnəyi Alanya Mədəniyyət Mərkəzində keçirilən konsert tədbirində Alanyada yaşayan azərbaycanlıları bir araya gətirdi. 

   Qarabağ Qələbəsinin 4-cü ildönümünə həsr olunmuş konsertə maraq kifayət qədər yüksək oldu.  Alanya Bələdiyyəsinin dəstəyi ilə keçirilən tədbirdə Alanya Bələdiyyə sədrinin müavini Nəzmi Zavlak və Bələdiyyə Məclisinin üzvü Av.İrem Yunusoğlu da iştirak etdi.

  Azərbaycanının dillərə dastan olan xalq və bəstəkar mahnıları, Azərbaycanın vətənpərvər şairlərinin şeirləri, Azərbaycan xalq rəqsləri ilə rənglənən tədbir ,tamaşaçıların ruhunu oxşadı.

Konsertdə türk dünyasında  “orkestr adam” kimi tanınan Vüqar Bəxtiyar və bülbül səsli Müşviq Əliyev təkrarsız ifaları ilə tamaşaçıları heyran etdilər.

Aparıcı araşdırmaçı-yazar Afət Ruhan Arslanın  səsləndirdiyi vətənpərvər şeirler və tədbirdə səslənən mahnıların yaranma tarixi haqqında topladığı maraqlı məlumatlar tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

BUTA-BAKU instrumental kollektivi öz  iştirakı ilə konsertə rəng qatdı.

Nazlı Validə Arıcı Bala konsert boyu Azərbaycanın milli simvolu sayılan “BUTA” naxışlı libası ilə gözləri və könülləri oxşadı.

Konsertin finalında öz ifaları ilə iz buraxan TÜRK DÜNYASININ  BƏNÖVŞƏ SƏSİ sayılan Sevil Çakar xanım dönə-dönə səhnəyə qaytarılaraq tamaşaçıların sevgi və alqışlarını aldı.  “Azərbaycanın musiqi mədəniyyətini, milli-mədəni adət-ənənələrini yerli və əcnəbi vətəndaşlara tanıtmaqla mədəni sərvətlərimizi və dəyərli incəsənət korifeylərimizi tanınması yolunda böyük planlarımız var”, - deyərək  tamaşaçılara təşəkkürünü bildirdi.

Konsertin sonunda Alanya Azərbaycanlıları Dərnəyinin başkanı Ramil Mansurov sənətçilərə öz adından və Alanya azərbaycanlılar birliyi adından təşəkkürünü bildirdi.

   Konsertin sonunda tamaşaçıların və sənətçilərin birgə ifa etdikləri “Yaşa mənim xalqım” mahnısı Türk dünyasına möhtəşəm bir mesaj oldu.

Alanya Azərbaycanlılar Dərnəyinin ilk rəsmi tədbiri


Leave a Comment