HAKKIMIZDA
.
"Azərbaycan Post" qəzeti aylıq olaraq 32 səhifədə 5 000 tirajla nəşr olunacaq. Qəzet hər ayın ilk cümə axşamı Toronto, Mississauqa, Skarboro, Thornhill, Riçmond Hill, Aurora, Nyumarket şəhərlərində işıq üzü görəcək. Ottava və Monreal şəhərlərində isə bir həftəlik gecikmə ilə oxucuların ixtiyarına veriləcək.
Oxucular qəzeti ticarət mərkəzlərindən pulsuz əldə edə biləcəklər.
Məlumat üçün bildirək ki, “Azərbaycan Post” qəzeti Azərbaycan türklərinin dili, tarixi, mədəniyyəti və incəsənətini təbliğ etmək məqsədi ilə türk, ingilis və fars dillərində nəşr olunur. Qəzetdə daimi olaraq Güney Azərbaycan türklərinin milli mədəni haqları, tələblərinin dəstəklənməsi də əks olunacaq.
Oxucularımız "Azərbaycan Post" aylıq qəzetindən başqa bütün sosial şəbəkə platformaları, o cümlədən "website", "Facebook", "Twitter", "Instagram", "Telegram", "YouTube" üzərindən ən son xəbərləri, müəlliflərin və tədqiqatçıların ən son araşdırmaları, məqalələri, təhlillərini izləyə biləcəklər.
Xatırladaq ki, “Heydərbaba” qəzeti xaricdə güney azərbaycanlıların ilk rəsmi jurnalı hesab olunur. Qəzet 2009-cu ildə aylıq fəaliyyətə başlayıb və 2011-ci ildə Kanada Milli Mətbuat Şurasına üzv olmaqla, beynəlxalq seriya nömrəsi(İSSN) alıb.
Qəzet 2019-ci ilə kimi iş adamlarının reklam dəstəyi ilə nəşr olunub. Lakin koronavirus pandemiyası yayıldıqdan sonra qəzet maddi səbəblərdən nəşrini dayandırmışdı.
"Azərbaycan Post" aylıq qəzeti ilə yanaşı
"Az Star TV" telekanalı "Az Media Qrupu"nun digər yayım mediasıdır. Sentyabr ayından etibarən "Az Star TV" telekanalı "Azar Space" peykində yayımlanaraq, Amerika və Kanada ilə yanaşı, Yaxın Şərq ölkələrində, xüsusilə Azərbaycan, Türkiyə, İran, Rusiya və digər 25 başqa ölkədə fəaliyyətini genişləndirib.
Həmçinin dəstək məqsədi ilə "Azərbaycan Post" qəzeti Amerika və Avropa ölkələrində 3 aydan 1 ilədək abunə imkanları nəzərdə tutulub və qəzet "Canada Post" vasitəsi ilə arzu olunan ölkələrə göndəriləcək. Bu baxımdan orada yaşayan soydaşlarımız qəzetə abunə olmaq üçün bizə müraciət edə bilərlər.