İRAN DÖVLƏTÇILIK ƏNƏNƏLƏRININ SIYASI PERESPEKTIVLƏRI

Civil society organizations encompass various structures and groups participating in political life. Their formation and development have manifested differently across countries and historical contexts. In Iran, over the past century, the emergence and activity of such organizations have been limited and highly specific. Early examples include Freemason-type organizations in the late 19th century and Armenian-founded political parties, though many of these groups were nationalist or extremist rather than genuinely socialist or democratic.

In the early 20th century, migration and political events in the Russian Empire influenced Iran’s social and political life, leading to the creation of socialist, democratic, and nationalist parties, which generally gained limited popular support due to the deep-rooted Shia-Islamic worldview. Between 1920–1925, various political groups operated, but none became seriously organized or influential in state-building. Political repression intensified under the Pahlavi dynasty, with parties modeled after European examples and a strong focus on promoting a Persian-nationalist ideology while suppressing alternatives.

After 1941, following the entry of Soviet and British forces into Iran, new political parties and movements emerged, including socialist, nationalist, and monarchist factions. The Azerbaijan Democratic Party (ADF) established in 1945 briefly created an autonomous government in southern Azerbaijan but was suppressed by Pahlavi forces in 1946. Throughout the Pahlavi era, party activity was tightly controlled, with a shift toward state-managed parties and ultimately a single-party system by 1975.

Following the 1979 Islamic Revolution, some political parties initially gained limited freedom, but by 1982 the Islamic Republic restricted political activity to religiously aligned groups, implementing severe repression against secular, leftist, and alternative organizations. Many Iranian political parties and intellectuals went into exile, reorganizing abroad and maintaining ideological continuity despite challenges.

The post-revolutionary period has seen political activity largely constrained within the framework of the Islamic Republic, with real power concentrated in the Supreme Leader and the clerical establishment. Despite this, Iranian youth have rapidly integrated into global information networks, challenging traditional religious and feudal controls, while the country faces ongoing economic and infrastructural challenges. Modernization of the economy and opportunities for youth are seen as critical for Iran’s future state-building and societal development.

İRAN DÖVLƏTÇILIK ƏNƏNƏLƏRININ SIYASI PERESPEKTIVLƏRI

PARVIZ FIRUDINOGLU KAZIMI
Baku State University,
Associate Professor, Doctor of Philosophy.
ORCID: -  Parviz Kazimi4[0000-0001-5577-4773]
pkazimi@mail.ru

ISSN 2819-4047 - ISSN 2819-4055

https://doi.org/10.64259/IranDevletchilik

Bu məqalə Creative Commons Attribution 4.0 International License (CC BY 4.0) şərtləri ilə nəşr olunub.
Müəllifin adı və mənbə göstərildiyi təqdirdə, istənilən mühitdə sərbəst istifadə, yayım və surət çıxarmaq icazəlidir.

Lisenziya linki:
https://creativecommons.org/licenses/by/4.0/ 

Ictimai təşkilatlar cəmiyyətin siyasi həyatında iştirak edən müxtəlif strukturları və qrupları əhatə edən geniş anlayışdır. Dünyanın müxtəlif ölkələrində belə təşkilatların yaranması və formalaşması müxtəlif zaman və məkan şəraitində özünü fərqli əlamətlərlə göstərib.  İctimai təşkilatlar həm dövlət qurumları, həm də ictimai təşkilatlar, siyasi partiyalar, hərəkatlar və hakimiyyət orqanları ilə qarşılıqlı əlaqədə olan və siyasi proseslərə təsir göstərən vətəndaş birliklərinin müxtəlif formaları daxildir.

İranın siyasi-ictimai tarixində son yüz ildə belə təşkilatların yaranması və fəaliyyəti haqqında  məlumatlar azdır və yaranan təşkilatlar son derəcə spesifikdir. İctimai birliklər olaraq İran cografiyasında XIX əsrin ikinci yarısında yaranan “masson” təşkilatlarını qeyd etmək olar. Bu təşkilatlar haqqında məlumat az olsa da İranın siyasi həyatında əhəmiyyətli rol oynamışdı.

 İran tarixində ilk siyasi partiyaların ermənilər tərəfindən yaradılması iddia edilir. Mənbələrdə göstərilir ki, “İranda ilk sosialist partiya olan Sosial Demokrat “Hunçak” Partiyası,  İranda Erməni İnqilabi Federasiyası - 1890-cı illərdə Daşnaksütyun Partiyasının tərkibində yaradılmışdır.” Lakin, bu təşkilatların heç bir sosialist və demokratik mahiyyət daşımadıgı, onların millətçi və ekstremist qruplardan ibarət oldugunu, müxtəlif ölkələrin ərazilərində silahlı dəstələr yaradıb, quldürluq və siyasi terrorla məşgul olduqlarını bilirik.

 1900-cü illərdə  Güney Azərbaycandan olan mühacir işçilər tərəfindən Bakıda yaradılmış “İçtimaiyun-e-Amiyun” partiyası sonralar fəaliyyət mərkəzini   Təbriz şəhərinə köçürdü. 1906-cı ildə konstitusiyanın qəbulu, parlamentin yaradılması prosesində aktiv iştirak etdi və bu partiyalar ölkənin əsas parlament qüvvələrinə cevrildilər.  1918-ci ildə Demokratik Partiya parçalandı və bir il sonra fəaliyyətini dayandırdı.

XX əsrin əvvəllərində Rusiya inperiyasında baş verən hadisələr İran sosial-siyasi həyatına təsir etməyə başlayır. Xüsusilə də Qafqaz şəhərlərində yaranan siyasi təşkilatlar İranın şimal reqionlarında öz əks sədasını tapır və bir sıra qurumlar yaradılırdı. Sosialist, demokratik və milli yönümlü partiyaların yaradılması İran xalqları tərəfindən geniş rəgbət qazanmır, belə ki, institutlaşmış islam şiyə dünyagörüşü insanların gündəlik həyatını son dərəcə dərindən nüfuz etmişdi və cəmiyyətdə alternativin olması haqqında zəif düşüncələr mövcud idi.

1920-1925-ci illərdə İranda demokrat partiyası, sosialist partiyası, liberallar adı ilə müxtəlif siyasi qruplar fəaliyyət göstərdi ki, onların bir qrupu pəhləvilərin hakimiyyətə gəlməsini dəstəklədi, bir qrup müxalifət etdi və son nəticədə bu qrupların heç biri ciddi təşkilatlanaraq ölkənin gələcək dövlət quruculugunda iştirak etmədilər. Pza şahin siyasi repressiyaları 1927-ci ildən başlandı.

XX əsrin 20-ci illərində sosial-demokrat düşüncəli liderləri ikinci internasionalın iştirakçısı olduqlarına görə həbs etdilər və uzun müddətli həbs cəzası verdilər. 1937-ci ildə də üçüncü internasionalın sonunda yenidən böyük siyasi və ideolojı liderlər qpupunu həbs etdilər və İran cografiyasında siyasi təşkilatların yaradılması 1941-ci ildə Sovet qoşunlarının İrana daxil olmasından sonra başlandı.

1927-ci ildə Pəhləvi dövlətinin naziri Teymurtaş Mussolini partiyası və Atatürkün partiyaları nümunəsində. hökumətyönümlü və şah tərəfdarı olan yeni “Tərəqqi” Partiyasını qurdu. Bu partiya beş il fəaliyyət göstərdi və Teymurtaşın vətənə xəyanət iddiamı ilə həbsindən sonra partiya da ləgv edildi.

Pəhləvilər zamanında “din-dövlət və miilət-din” doktrinasını həyata keçirməyə başladılar ki, bu bir tərəfdən İran Ariyaçılıq düşüncəsini, digər tərəfdən İslam şiyə fərqliliyini qarşıya çıxarmalı idi. Həm millət, həm də din sahəsində izolasiyonizm modelini irəli sürən pəhləvilər hər cür partiya və ideologiyaya qarşə aqressiv mübarizə aparır və onların alternativi olaraq İrançılıq modeli yaratmaga səy göstərirdilər. Bu məqsədlə İranın tanınmış dilçi və tarixçı alimləri işə cəlb olunmuşdu və ölkənin qapalı idarəetmə sistemində azad düşüncəli ziyalılara yer yox idi.

Partiya quruculuğu tarixində mühüm mərhələ 1941-cı ildən sonra baş verdi. İranın şimalından sovet qoşunlarının İrana daxil olması və cənubdan da İngilis qüvvələrinin yerləşməsi ölkədə fərqli qüvvələrin meydana gəlməsi və müxtəlif maraqların müdafiəçiləri şəklində özünü göstərməyə başladı. Özünü İran Marksist-Leninçi Xalq Partiyası adlandıran Tudə partiyası, özünü millətçi adlandıtan “İran” Partiyası və Ədalət Partiyası,  nasistlərin tərəfdarı olan partiyalar, antikommunist partiyalar yaradıldı.  Eləcə də Monarxist parlament fraksiyasının əsasında “Milli Birlik Partiyası” yaradıldı və hətta onlar 1944-cü ilin avqustunda özünü “Xalq Partiyası” adlandırmaga başladılar.

1945-ci ilin sentyabr ayında, S.C.Pişəvəri tərəfindən yaradılmış Azərbaycan Demokrat Firqəsi (Partiyası) yaradıldı. Yaranmasından üç ay sonra İranın şimal əyalətlərini (cənubi Azərbaycan) birləşdirərək Azərbaycan Milli Hökumətini elan etdi və bir il müddətində milli dövlətçilik quruculugunda xeyli işlər gördü. 1946-cı ilin dekabr ayında pəhləvi qoşunlarının İngiltərə dəstəyi ilə hücumu zamanı minlərlə tərəfdarını itirmiş ADF mühacirət etməyə məcbur oldu. Mühacirətdə fəaliyyətini bərpa edən ADF 1979-cu il inqilabını dəstəklədi və 1982-ci il repressiyalarında xeyli partuya mənsubu edam edildi. Partiya yenidən öz təşkilatlarını mühacirətdə bərpa etməli oldu və hal-hazırda da fəaliyyətini davam etdirir.

İran cografiyasında milli ideyanın ciddi fəsadlar törədə biləcəyini nəzərə alaraq 1947-ci ildə şah sarayı tərəfindən maliyyələşdirilən daha bir şah tərəfdarı olan “Ariyan” Partiyası yaradıldı. İran rejimi Azərbaycanda və Gilanda milli hərəkatları və milli düşüncənin yüksələn təsirlərindən xəbərdar idilər. Odur ki, ölkədə ümummilli ideyanı təblig edən “irançılıq-ariyaçılıq” hərəkatı dəstəklənməyə başlandı.

  Ariyan Partiyasının üzvləri və onların silahlı dəstələri baş nazir Müsaddiqin devrilməsində fəal iştirak etdilər. 1949-cu ildə   Məhəmməd Müsaddiq və millətçi, liberal və sosial-demokrat siyasi yönümlü bir sıra dünyəvi ziyalılar “İran” Partiyası əsasında “İran Milli Cəbhəsini” yaratdılar. “Cəbhə” bir neçə il hakimiyyətdə olsa da, 1953-cü il çevrilişindən sonra hakimiyyəti itirdi və gizli fəaliyyətə başladı. 1979-ci il İnqilabı zamanı “Milli Cəbhə” ölkədə açıq fəaliyyətə başladı və İslam Respublikasının qurulmasını dəstəklədi. 1981-ci ilin iyulunda partiya olaraq qadağan edildi və İranda rəsmi olaraq qeyri-qanuni təşkilat olsa da, hələ də fəaliyyətini davam etdirir.

1953-cü il çevrilişindən sonra İranda hərbi vəziyyət tətbiq olundu və bütün partiyaların qanuni fəaliyyəti qadağan edildi. Liberallaşma yalnız 1957-ci ildə hərbi vəziyyətin ləğvi və dövlət yönümlü partiya quruculugu ilə yenidən başladı. 1957-ci ildə Şah Məhəmməd Rza Pəhləvi ABŞ-dan nümunə götürərək İranda ikipartiyalı sistem yaratmağa qərar verdi. İranın 37-ci baş naziri Mənuçöhr Eqbal monarxist, milli-mühafizəkar (Melliyun), daxili işlər naziri Əmir Əsədullah Ələm isə liberal müxalifət təşkilatını - Xalq Partiyasını (Mərdom) yaratdı. 1963-cü ildə Melliyun Partiyasının bazasında “idarə olunan” ikipartiyalı sistemin yeni hakim partiyası “İrane Novin” (Yeni İran) yaradıldı.   Partiyaya İranın baş nazirləri Həsən Əli Mənsur və Əmir Abbas Hoveyda rəhbərlik etdilər. 1975-ci ildə “Mərdom” Partiyası ilə İran Millətinin “Dirçəliş” Partiyası (Rəstəxiz) birləşərək İranda təkpartiyalı sistemin əsası qoyuldu.

İranda demokratik siyasi partiyaların yaranması və nisbətən azad fəaliyyəti 1979-cu il inqilabından sonra başlandı və bu proses 1982-ci ilə qədər müxtəlif məhdudiyyətlərlə davam etdi. 1982-ci il repressiyalarından sonra İran İslam Respublikası dini ideolojı dövlət modeli irəli sürərərk hər hansı dünyavi ideologiyanın fəaliyyətinə icazə vermədi və bu kimi partiya və təşkilatları agır  təqiblə məruz qoydu.

Bir sıra tədqiqatçılar iranda siyasi partiyaların yaranması tarixini üç mərhələyə bölürlər. 1905-1953-cü illər, 1953-1979-cu illər və 1979-cu ildən sonrakı mərhələ. Bu dövrləşmə son dərəcə subyektivdir və iranda baş verən siyasi, mədəni, iqtisadi proseslərin mahiyyətini ifadə etmir.

Iranda milli hərəkatı təşkil edə biləcək etnik qrupları İrandilli etnik qruplar, türkdilli etnik qruplar və ərəbdilli etnik qruplara bölmək cəhdləri də yanlış yanaşmadır. İrandilli xalqları əhalinin 67 faiz, türkdilli xalqları əhalinin 30 faizi, ərəbdilli xalqları əhalinin 2.4 faizi kimi göstərməklə ölkədə dominant qüvvələri müəyyənləşdirmək və nəticələr çıxarmaq yanlışdır. İranda son yüz ildə etnik kimliyindən uzaqlaşmış, mərkəzçı düşüncə və irançı identifikliyə mənsub çox böyük insan kütləsi mövcuddur ki, onların siyasi təşkilatlarda xüsisi çəkisi mühüm rol oynayır.

            1982-ci ildən başlayaraq ölkədə yalnız islam dini doktrinasına əsaslanan partiya, təşkilar və qruplar fəaliyyət hüququ qazandılar. Belə ki, dini doktrina da təftiş edilərək yalnız “vilayəti fəqih” modelini qəbul edən qruplar fəaliyyət göstərə bilərdilər. Fərqli dini təmayülli təşkilatlar ciddi repressiyaya məruz qaldılar və ölkədən mühücirət etməyə məcbur oldular. 

Mühacirət etmiş siyasi təşkilatlar içərisində Azərbaycan Demokrat Firqəsi digərlərinə nisbətən daha mütəşəkkil oldu və təşkilatı quruluşunu,ideolojı platformasını, üzvlərinin yerləşdirilməsi, ölkə daxilində olan qurumlarla əlaqələrini qoruyub saxlaya bildi. Mühacirət illərində bir çox İran siyasi partiyaları fəaliyyət proqramlarına yenidən baxmalı oldular, mübarizə taktikasını və strategiyasını dəyişdirmək məcburiyyətində qaldılar, bir sıra təşkilatlar parçalandı və fəaliyyətlərini dayandırdı.

İranın siyasi partiya və təşkilatlarının mühacirət etməsi ilə yanaşı ölkə əhalisinin təhsilli və ziyalı təbəqəsindən də xeyli insan mühacirət etdi. 1982-1988-ci illər arasında İrandan avropa ölkələrinə yüz minlərlə insan köç etdi və bu proses bu gün də davam etməkdədir. İran dövləti mühacirət axınından istifadə edərək mühacirət qruplarının daxilində təxribatlar etmək siyasətini də genişləndirdi.

Mühacirətdə siyasi təşkilat saxlamaq, onun maliyə qaynaqlarını təmin etmək, təşkilatın təhlükəsizliyini təmin etmək və ölkə daxilində ideolojı fəaliyyətini davam etmək imkanları ciddi maliyə dəstəyi tələb edirdi və bir çox qruplar müxtəlif dövlətlərin təsiri altına düşdülər. Radikal siyasi qruplardan olan “Mücahidlər” də məhs belə oldilar.

Müasir İranın partiya sistemi dünyada qəbul olunmuş analoji sistemlərdən əlbətdə ki, fərqlənir.  Lakin, “İranın Qərb mənasında siyasi partiyaları yoxdur” düşüncəsi də yanlışdır. Bu analitiklər “İran partiyaları konkret siyasətçinin tərəfdarlarından ibarət qruplardır ki, onlar yalnız seçki kampaniyaları zamanı fəallıq göstərirlər, seçkilər bitdikdən sonra  yox olurlar” kimi təhlillər İranın spesifikasını düzgün qiymətləndirməməkdi. Onların qərargahı, rayon və şəhərlərdə daimi şöbələri  geniş məscid infrastrukturundan ibarətdir. İran İslam Respublikasının partiyaları  siyasi hakimiyyəti ələ keçirmək məqsədi yoxdur, çünki Ekspertlər Şurası (şuraye xibrəqan) tərəfindən seçilən və yalnız ona cavabdeh olan Ali Rəhbər İranda real gücə malikdir. Bu baxımdan siyasi qrup və təşkilatlar yalnız İranın siyasi dövlət modeli çərçivəsində mövcud ola bilir və fəaliyyət göstərirlər.

 Ölkənin ümumi siyasətini müəyyən edən və dövlətin ümumi siyasi xəttinin həyata keçirilməsinə nəzarət edən, Silahlı Qüvvələrə ümumi komandanlığı həyata keçirən, hakimiyyətin üç qolu arasında mübahisələri həll edən və dövlətin əsas vəzifələrinə nümayyəndələrini təyin edən Ali Rəhbərdir. Bu idarə etmə modelini mükəmməl hesab etmək olardı, əyər R.Xomeyninin vəfatəndan sonra “vilayəti fəqih” qərarlarının manipulyasiyası olunmasaydı. Təcrübə göstərir ki, Ə.Xamineyinin də ölümündən sonra “canişinin” təyin edilməsində ciddi konfliktlər qarşıya çıxacaq. İranda “fəqih” hakimiyyəti əvəzinə dini klan hakimiyyəti  formalaşdı.

İran İslam Respublikası parlamentində təmsil olunan qrupları siyasi təşkilar və ya fraksiyalar kimi təqdim edənlər də bilir ki, bu nümayəndələrin tərkibi rəhbər tərəfindən müəyyənləşdirilir və mərkəzi ideologiyadan kənar heç bir mövqeyə malik olmayan nümayəndələr yalnız büdcə bölgüsundə və lobbiçilik fəaliyyətində özlərini ifadə edə bilirlər.

1980-ci illərdə İranda yeganə qanuni partiya inqilabdan iki həftə sonra, 19 fevral 1979-cu ildə Ayətullah Xomeyninin qərarı ilə ölkədə İslam respublikasının qurulmasına yardım etmək məqsədi ilə yaradılmış “İran İslam Partiyası” (İİP) idi. 1980-ci illərin ortalarında partiya üzvlərinin sayı 5 milyon nəfərə çatmışdı. Tədricən İİP daxilində müxtəlif qruplaşmalar arasında mübarizə kəskinləşirdi. Müzakirələr əsasən İran-İraq müharibəsi, ölkənin xarici kapitala açılması məsələsi, İslam inqilabı ideyalarının yayılması, iqtisadi siyasətin bəzi aspektləri (ilk növbədə iqtisadiyyatın dövlət tənzimlənməsi) və dinin siyasi həyata təsir dərəcəsi ilə bağlı barışmaz mövqelər ortaya qoyulurdu.   Qeyd olunurdu ki, İİP ilə rəqabət apara biləcək digər siyasi qüvvələrin olmaması partiyanın parçalanmasına təsir göstərir və 2 iyun 1987-ci ildə Rəfsəncani və Xameneyi tərəfindən edilən təklif Xomeyni tərəfindən bəyənildikdən sonra partiya öz fəaliyyətini dayandırdı.

 Rəsmi olaraq İİP “yaradıldığı tarixi məqsədlərinə çatdıgına görə” buraxılsa da, əslində daxili ixtilaflara görə dağıldıgını hamı etiraf edirdi. Mümkün səbəblər arasındaən ən təhlükəli səbəb daxili münaqişə ilə yanaşı,  partiyanın “Musəvini dəstəkləyən radikal fəalların qalasına” çevrilməsi idi.

Göründüyü kimi İranın siyasi palitrasında  islamın alternativini yenə də islamdır. 45 il keçməsinə baxmayaraq monolit islam anlayışı formalaşmadı və dini klanlar daxilində bir sıra hallarda antoqonist ziddiyyətlər davam edir. İslam dini qrupları heç vaxt olmadıgı qədər klanlaşıb və əsasən üç böyük qrupda cəmləşib. Əsas güc mərkəzi olan Tehrah (mərkəz) qrupu, İslam elmi mərkəzi olaraq Qum ilahiyyatçıları və əsas iqrisadi rəçaqları əllərində saxlayan Məşəd ilahiyyatçıları qrupy.

Post islam respublikası mərhələsində İranda “rəngarəng” partiya və siyasi təşkiltların yaradılması proqnoz edilə bilər. Lakin ideolojı istiqamətlərinə görə əsas güc mərkəsi olaraq üç istiqamət diqqəti cəlb edəcək. Birinci qrup siyasi təşkilatlar milli təşkilatlar olaraq əsas kütləni ətrafında toplayacaq, ikinci qüvvə olaraq milli və reqional dini xadimlər inisiativi ələ almaga çalışacaq, üçüncü qrup iranın bütövlüyünü müdafiə edən kosmopolit elita təşkil edəcək.

İran sərvətli ölkədir. Lakin iran xalqları bu sərvətdən heç bir zaman faydalanmayıb, sosial və mədəni həyatlarını yaxşılaşdırmaq, müxtəlif planlar qurmaqdan həmişə uzaq olublar.

Ölkənin böyük maliyyə rezervini, təxminən 60-80 milyard ABŞ dolları həcmində məbləgi İran pəhləvi ailəsi özü ilə apardı. XX əsrin 70-ci illərində bu mədləg kifayət qədər böyük maliyə resursu idi ki, ətraf ölkələrin belə maliyə rezervləri yox idi.

 İran İslam respublikası da ölkənin milli gəlirlərini siyasi və ideolojı istiqamətə yönəldərək bir tərəfdən onu qeyri rasional sahələrə sərf etdi, digər tərəfdən yarıtmaz menecmentin nəticəsində korrupsiya və büdcə mənimsənilməsi halları iranda adi hal almaga başladı.

Pəhləvilər zamanı ölkədə sosial sıgörta, tibbi sıgorta və asanlaşdırılmış tibbi xidmətlər, icbari və kütləvi təhsil sistemi yox idi. Uşaqlar erkən yaşlarından agır fiziki əməyə cəlb olunurdu və ölkədə savadsızlıq, cəhalət və dini fanatizm üst həddə idi. 1960-1970-ci illərdə Tehranın şimalında aristokratların cah-cəlallı məhəllələri ölkəyə gələn qonaqlar və jurnalistlər üçün modetnist iran təsəvvürü yaratsa da ölkə feodal münasibətləri ilə idarə olunurdu.

İran iqtisadiyyatının son  50-70 ildə əsas hissəsini karbo-hidrogen ehtiyatlarının satışı təşkil edib. Ənənəvi aqrar ölkə olaraq İran 20-30 ildə kənd təsərrüfatı məhsullarının satışı ilə də məşgul olur və iqtisadi sanksiyalar, bank xidmətlərinin olmaması bu sahəni də iqtisadi səmərəli olmasının qarşısını alır.

Ölkənin nəqliyyat infrastrukturu da ideolojı səbəblərdən şəkillənməyib. Ölkə daxili daşımaların 80-90 faizi avtomobil nəqliyyatı vasitəsi ilə həyata keçirilir. Sanksiyalar səbəbindən ölkənin təyyarə parkı mövcud deyil və dəmir yolu daşımaları ölkənin məhdud ərazisini əhatə edir.

Müasir iranda gənclər müxtəlif məhdudiyyətlərə baxmayaraq “internet əsrinə” sürətli inteqrasiya olunur və qlobal informasiya proseslərinin aktiv iştirakçılarıdırlar. Onları informasiya məhdudiyyətində saxlayaraq dini və feodal münasibətlər sisteminin əsiri olaraq saxlamaq ildən-ilə çətinləşir. Bu günlərdə, terrorist kimi öldürülən Qasım Süleymaninin “Cənnətdə həzrəti Fatimənin şəxsi köməkçisi vəzifəsinə təyin olunması” haqqında İran din xadimlərinin bəyanı artıq gənclərdə “eroniya” yaradır və XX əsrin 70-ci illərində müşaidə olunan kütləvi asketizmdən əsər-əlamət qalmayıb.

 Odur ki, ölkə iqtisadiyyatını müasir tələblər səviyyəsinə uygunlaşdırılması, ölkənin gənc nəslinin ümüdlü və  geleceyi olan ölkədə yaşamaq perspektivi post islam respublikası dövlət quruculugunda əhəmiyyətli rol oynayacaq. İranın dövlət quruculugunda ənənəvi mühafizəkarlıqdan fərqli olaraq post islam respublikası mərhələsində gənclərin dominant olması gözlənilir.

 

İRAN DÖVLƏTÇILIK ƏNƏNƏLƏRININ SIYASI PERESPEKTIVLƏRI


Leave a Comment