ISSN 2819-4047 - ISSN 2819-4055
DOI 10.64259/MilliDil
https://www.doi.org/10.64259/MilliDil
Bu məqalə Creative Commons Attribution 4.0 International License (CC BY 4.0) şərtləri ilə nəşr olunub.
Müəllifin adı və mənbə göstərildiyi təqdirdə, istənilən mühitdə sərbəst istifadə, yayım və surət çıxarmaq icazəlidir.
Lisenziya linki:
https://creativecommons.org/licenses/by/4.0/
Nəsibli N. L. Millətləşmə sürəcində milli dilin rolu. İkinci Türkçülük Çalışmaları: Dil məsələlərimiz. Red.: Nəsib L. Nəsibli. Bakı: Salman Mümtaz Yayınları, 2024, s. 35.
Avropanın modernləşməsi Reform dönəmində (16. yüzil)3 siyasi həyatı Roma kilsəsinin inhisarından qurtarmaqla başladı. Eyni zamanda Latın dilinin inhisarından qurtul- maqla İngilislər, Fransızlar, Almanlar və b. arasında mil- lətləşmə sürəcinin önü açıldı. Kilsələrdə ibadətin, məktəb- lərdə təhsilin, ədəbiyyatda şeirin və nəsrin dili yerli danı- şıq dili oldu. Milli kilsələr, milli təhsil sistemi, milli ədə- biyyat, milli sənət, milli musiqi… şəkillənməyə başladı.
Dil birliyinin millətin yaranması üçün vacib şərt olması bilinən bir gerçəkdir. Bəzi təxminlərə görə, 1789. il Fran- sasında xalqın yalnız yüzdə əllisi Fransızca danışırdı, bun- ların da yalnız yüzdə on ikisi – on üçü “doğru-düzgün” bir şəkildə (ədəbi dildə) özünü ifadə edə bilirdi. İtaliyanın bir- ləşdiyi 1860’da isə əhalinin yalnız yüzdə iki yarımı (2,5%-i) İtalyanca bilirdi.4 Bu ölkələrdəki millətləşmə gedişində milli dil bütün təbəqələrin ortaq dəyəri oldu.
1 Bu məqalə, müəllifin Dilimiz Kimliyimizdir (2021) başlıqlı mə- qaləsinin yenidən işlənmiş şəklidir.
2 Türkçü Düşüncə Birliyinin qurucusu, nasibnasibli@gmail.com
3 Biz Sovetlərdən qalan məntiqsiz yazı qaydalarını dəyişdirməyin gərəkli olduğunu düşünənlərdənik.
4 Eric J. Hobsbawm, Nations and Nationalism since 1780: Programme, Myth and Reality, Cambridge: Cambridge University Press, 1990, p. 60.
Milli kimliyin/millətləşmə sürəcinin mərkəzinə dili de- yil, məzhəbi qoyan xalqlarda (məsələn, İrlandiyalılar, Şot- landiyalılarda) sürəc fərqli yöndə irəlilədi. Rəsmi İngilis dilinə loyal yanaşan, amma fərqli məzhəblə varlığını qoru- mağa çalışan bu xalqlar bu gün də milli problemlərini çöz- müş durumda deyillər.
Azərbaycanda millətləşmə tarixi İrlandiya və Şotlandi- ya örnəyini xatırladır. Etnik/milli kimliyin mərkəzinə məz- həbin qoyulması digər dəyərləri, özəlliklə dili ikinci plana keçirmiş oldu.5 Türkcəmiz6 əsrlər boyu əzizlənmədi, nəvaziş görmədi, əksinə yadların dilləri mötəbər sayıldı, sevildi, gə- lişdi. Üstəgəl Azərbaycan düşmənləri bu ölkəni əsarətdə sax- lamaq üçün varlıq səbəbini-dilini daim hədəfdə saxladı. So- nucda milli dəyərlərimiz arasında ən çox zərər görən də Türk- cəmiz oldu.
Dilimizin siyasi tarixi keşməkeşli olduğu kimi, bugünü də düşündürücüdür.
Keçmişin mirası
Ümmətçilikdən/məzhəbçilikdən millətçiliyə keçid biz- də həqiqətən inqilabi hadisə oldu. Əsrlərlə davam edən fi- kir qəlibi dağıldı, yenisi quruldu. Milli kimliyin mərkəzinə dilin yerləşdirilməsi gecikmiş millətləşmə dönəminə artıq girmək deməkdi. Niyə bu gündəyik? sualına cavab arayan
5 Baxın: Nəsib Nəsibli, Güneyli-Quzeyli Məsələlərimiz, Bakı: Aypara 3, 2013, özəlliklə Millətləşmə Sürəcində Şiəliyin Yeri bölümü, s. 27-60.
6 Bu yazıda Türkcə dedikdə Azərbaycan Türkcəsi nəzərdə tutulur. Dəqiqləşdirmək lazım olanda Azərbaycan Türkcəsi, Türkiyə Türkcəsi… işlədilir.
fikir böyüklərimiz cürətlə məsələnin mahiyyətinə varmağa çalışdılar. Öz dilinə sarılmağa çağıran münəvvərlərimiz çox- dur. Zərdabi və Şeyx Cəmaləddindən günümüzədək milli fikir sahibləri dilimizin önəmini vurğulamış, onu milli hə- dəflərin mərkəzinə qoymuşlar. Bu qısa yazıda fikir böyük- lərimizin hamısının dillə bağlı görüşlərindən bəhs etmək imkansızdır. Bəlkə heç lazım da deyildir. Ümumi görüntü- nü yarada biləcək bəzi örnəklər verəcəyik.
Əhməd Ağaoğlu (1869-1939) xitab etdiyi soydaşının qürurunu incitsə də, həyatı boyu həqiqətin acısını söyləmək- dən özünü saxlaya bilməmişdir. Dil sahəsindəki keçmiş və indiki sorunlarımızı anlamaq üçün məhz Ağaoğlu kimi ger- çəyin gözünün içinə dik baxmaq gərəkdir. Ağaoğlu, oxun- ması gərəkən məşhur İran və İnqilabı əsərində yazır: “Hər Türk dövləti qurularkən əvvəldə biz onu öz dilinə və öz adət- ənənələrinə bağlı qalmış görürük… Fəqət bir müddət keçir, hər yerdə Türk rəhbərlərini başqa lisanlara, başqa adətlərə qapılmış buluruq… Hökumət, ordu, ticarət, ziraət və hətta ədə- biyyat əllərində ikən şəxsiyyətlərinin [burada özəlliklərinin anlamında] ən canlı və ən davamlı amili olan dillərini qəbul etdirməmişlər. Tərsinə olaraq, başqalarının dillərini dövlət dili olaraq qəbul etmişlər və sahibi olduqları dövlətə Türk dövləti dedirtməyə önəm verməmişlər. Bu sürətlə dövlət, milliləşmək qabiliyyətini kayb etmişdir [itirmişdir].”7
7 Əhməd Ağaoğlu, İran və inqilabı, Bakı: Azərnəşr, 2009, s. 26-27,
28. Milli tariximizin bu faktını tək Ağaoğlu deyil, bir çox fikir böyüyü- müz üzülərək qeydə almışdır. Son illərdə orta çağlarda dilimizin rəsmi durumu haqqında tarixi gerçəkliyə uyğun olmayan, amma israrla qula- ğa xoş gələn fikirlər yayılmaqdadır. Örnək olaraq, Səfəvi Dövlətində dövlətin kargüzarlıq işlərinin Türkcə aparıldığı (kaş ki elə olaydı!) iddia
Məmməd Əmin Rəsulzadə (1884-1955), Ağaoğlu kimi sərt üslub seçməsə də dəyərləndirmələrində dəqiqdir. 1912’də İrandakı Türklərin özəlliklə elit təbəqəsinin Farslaşmasının iki səbəbini göstərir: Şiəlik məzhəbinə və Fars dilinə aşırı bağlılıq. Eyni zamanda kibarca əlavə edir: “İran’da bir ke- lime Farisi bilmeyen külliyetli Türkler vardır.”8 Məşhur Milli Dirilik məqalələr seriyasının beşincisi dilin önəminə həsr edilib. Millət quruculuğunda dilin müstəsna böyük roluna toxunan Rəsulzadə, onun müstəmləkəçi-assimilyator siyasət- lərdə əsas hədəf olduğunu bildirir. O, İslama ifrat bağlı ol- muş Türklər haqqında ‘İslamı qəbul etdikdən sonra o qədər etiqadati-diniyyəyə mərbut olmuşlardır ki, adətən Türklüklə- rini belə itirmişlərdir’ deyə yazır. Türk dilinin başqa dillər- dən ifrat söz alması onun fikrincə Türk dilinin özünü belə ‘xarab etmişdir.’ Dilin təmizlənməsi və ortaq Türk lüğətini hazırlamaq üçün Rəsulzadə, yerli şivələrdən ibarət lüğət ki- tablarının tərtib edilməsi, yerli ədəbiyyat (folklor) nümu- nələrinin toplanması gərəkliyi fikrini irəli sürür.9
Yusif Vəzir Çəmənzəminli (Yusif Vəzirov, 1887-1943) Əcəmilik Möhürü və Onunla Mübarizə adlı (1913) məqa- ləsində zamanın Türk kültüründə İran/Fars təsirini araştırır.
edilir. Halbuki Elxanlılar dönəmində sənədləşmə işlərinin Uyğur dili və yazısında aparıldığı istisna edilməklə orta çağlarda Türkcə rəsmi sənəd- ləşmə işlərindən və məktəbdən uzaq tutuldu. Diqqət çəkən daha bir ta- rixi fakt: Quzey Azərbaycandakı xanların 18’in sonları – 19. yüzilin başlarında Osmanlı Dövlətinə yardım haqqında yazdıqları məktubların əksəriyyəti Fars dilindəydi!
8 Mehmed Emin Resulzade, İran Türkleri, İstanbul: Türk Dünyası Araştırmaları Vakfı, 1993, s. 32.
9 Məhəmməd Əmin Rəsulzadə, Əsərləri, II cild, 1909-1914, Topla- yanı Şirməmməd Hüseynov, Bakı: Şirvannəşr, 2001, s. 476-479.
Milli həyata ‘Türklüyə yabançı əməllərin qarışdığını’ bil- dirən müəllif, bunu ‘İran hökmranlığının, Əcəm mədəniy- yətinin nəticəsi’ sayır: ‘Hansı tərəfdən həyatımıza nəzər yetir- sək, adət və ayinlərimizə, milli mədəniyyət məhsullarımı- za İranın qoyduğu fəna izlərə rast gəlirik.’ Mədəniyyətin bir sıra sahələrində (qadın, din, ədəbiyyat) Fars təsirindən danışan Yusif Vəzir, təhsildə Fars ənənəsinin qalması fak- tını xüsusi qeyd edir: “Köhnə məktəblərdə uşaq öz dilində oxuyub-yazmır – kitablar və yazılar Fars dilində olur. Tə- biidir ki, bu məktəblərdən çıxanlar özləri ilə həmişə bir farslıq daşıyırlar. Bunun üçün də şairlərimiz əsərlərini Fars dilində yazır, Fars hərflərini təqlid edirlər və cəmiyyətimi- zin adi üzvləri də məktəb, sənəd, ticarətə dair hesabatlar və qeyri şeylər yazdıqda yenə Fars dilinə müraciət edirlər. Qəribə burasıdır ki, iki Türk bir-biri ilə öz dillərində danış- dıqları halda, bir-birinə kağız yazdıqda Fars dilində yazır- lar.”10 Müəllif ‘Əcəmin pozğun mədəniyyətinin Azərbay- can Türk həyatına (basdığı) bir elə ağır möhürün nüfuzun- dan xilas ola bilmək’ üçün səkkiz təklif irəli sürür. Birinci təklifə görə, gərək ‘dilimizi farslıqdan xilas edək.’ Bunun üçün yeni yazılan kitabların ‘qüsurunu düzəltmək’ (Farsca sözlərdən təmizləmək) üçün gərək xüsusi cəmiyyət qurula. Bununla yanaşı (II təklif), gərək ədəbi dil də Fars sözlərin- dən təmizlənə (“Ədəbi dil el ədəbiyyatından götürülməlidir.”). Əli Bəy Hüseynzadə – Turan (1864-1940) dünyanın dəyişik yerlərində dağınıq məskun olan Türkləri ‘mədə- niyyət yoluna çıxara biləcək dilin’ Ərəb, Fars, Rus, Firəng dillərinin ola bilməyəcəyini bildirir, ‘bu vasitənin ancaq və
10 Yusif Vəzir Çəmənzəminli, Əsərləri, III cild, Bakı: Avrasya Press, 2005, s. 334-335.
ancaq Türk dili olacağını’ iddia edir. Hüseynzadə Türk Dili- nin Vəzifeyi-Mədəniyyəsi başlıqlı məqaləsində yazırdı: “Biz öz müxtəlif şivə və ləhcələrimizi islah və tövhid ilə özümüzə məxsus mədəni və ədəbi bir ümumi Türk dili vü- cuda gətirə biləriz.”11
Hüseynzadə və ardıcıllarına görə ‘ədəbi bir ümumi Türk dilinin yaranmasında’ Türkcənin İstanbul şivəsi (Osmanlı dili) əsas götürülməlidir. Abdulla Sur bu məsələ ilə bağlı göstərirdi: “… əgər ‘tohidi-lisan’ [dil birliyi] arzusunda isək amalımız naminə ‘İstanbul şivəsi’ni qəbulda tərəddüd etmə- məliyiz. Zənn edərsək, bunu bizim kibi hər Türk oğlu Mü- səlman kimsə də istər degilmi?” Artıq formalaşmış İstanbul şivəsi əsasında ümumi ədəbi dil ideyasını ən ardıcıl şəkildə Həyat qəzeti, ondan sonra isə Füyuzat dərgisi müdafiə etdi.
Mirzə Ələkbər Sabir (1862-1911) də bir neçə əsərində bu məsələlərə münasibətini bildirmiş, milliyətçi (Türkçü) kəsimin ümum – Türk ədəbi dil görüşünü müdafiə etmiş- dir. O, Osmanlıda istifadə edilən dildən (Osmanlıca’dan) Azərbaycandakı dilə (Türk dili’nə) tərcümə ehtiyacını qey- ri-ciddi təklif saymış, məşhur Taziyanə şeirində bu təklifi vermiş şəxsi (Gəncəli’ni) lağa qoymuşdur:
‘Osmanlıcadan tərcümə Türkə’ – bunu bilməm, Gerçək yazıyor “Gəncəli”, yainki hənəkdir; Mümkün iki dil bir-birinə tərcümə, amma ‘Osmanlıcadan tərcümə Türkə’ nə deməkdir?!
Həyat, Füyuzat, İrşad, Tazə həyat, Şəlalə kimi mətbu orqanlarda Əli Bəy Hüseynzadə və başqa Türkçülərin İs- tanbul şivəsi əsasında bütün Türklər üçün ümumi ədəbi dil
11 Füyuzat, 1907, N 9, s. 140.
görüşünü milli aydınların böyük əksəriyyəti qəbul etsə də, bəziləri onu şübhə ilə qarşıladı. İmla məsələsi ətrafında mü- zakirələr qızışaraq daha geniş miqyas aldı. İmla məsələləri kimlik axtarışlarına əlavə stimul verdi. İmla məsələsinin arxasında əslində bütün Türkləri bir millət, ya ayrı-ayrı millətlər saymaq kimi konseptual fərqlər dururdu. Osmanlı və Rusiya Türklərinə münasibətdəki fərqli baxışlar da bu yanaşma fərqindən qaynaqlanırdı. Aydınlar arasında Mirzə Fətəli Axundovun açdığı cığırla gedən, Rus kültürünün təsiri altında qalanlar, Şiə-Sünni məsələsinə məzhəb ayrılığından daha artıq önəm verənlər, Osmanlıya soyuq münasibətdə idilər. Onlar Füyuzatçıların dil, ədəbiyyat və kültür birliyi ide- yasına müxtəlif dəlillərlə mənfi münasibət bildirirdilər. Əsas dəlil isə Osmanlı dilinin Ərəb və Fars sözləri ilə ifrat dol- durulması, Osmanlıda istibdad rejiminin olması idi. Onlar bu dəlillərlə Əli Bəy Hüseynzadə və məsləkdaşlarının dil, ədəbiyyat, kültür birliyi fikrini çürütməyə çalışdılar. Halbuki Osmanlıda yazı dilinin sadələşdirilməsi və onu danışıq dili- nə yaxınlaşdırmaq cərəyanı hələ Tənzimat dövründə başlan- mış, 20. yüzilin başlarında, özəlliklə Gənc Türklər inqilabın- dan sonra daha da güclənmiş, Yeni Lisançılar Hərakatı bu sahədə ciddi uğurlar qazanmışdı. Osmanlıda yazı dilinin yad sözlərdən təmizlənməsi sahəsindəki bu gəlişmələrə baxma- yaraq, şərti olaraq xalqçı adlandırdığımız bu cərəyan Türk- çü-milliyətçi kəsimin vahid ədəbi dil, dolayısı ilə vahid millət görüşünə mənfi münasibətini dəyişdirmədi.
Əli Bəy Hüseynzadənin 1910’da Osmanlıya mühacirə- tindən sonra xalqçıların bu məsələlərə münasibəti daha da sərtləşdi. Qori Müəllimlər Seminariyasının keçmiş tələbəsi Firidun Bəy Köçərli 1913’də yazdığı Ana Dili adlı mə-
qaləsində normal tənqidi aşan ittihamlar belə irəli sürdü: “Bizim Azərbaycan Türklərinin dəxi özlərinə məxsus dili vardır… Allah Əli Bəy Hüseynzadəyə insaf versin. Kaş o alicənab İstanbulda rahat əyləşib, bizim şumbəxt Qafqaza təşrif gətirməyə idi. O cənabın elm və kamalına sözümüz yoxdur. Sözümüz ondadır ki, elm və kamalından bizə bir bəhrə vermədi, ancaq dilimizə pozğunluq saldı, təzə dil gətirdi. Ətrafını bir dəstə meymunlar bürüdü və ona təqlid etməkdə biri-birinə macal verməyib, böyük hünərlər gös- tərdilər.” Daha sonra Köçərli işbu, işdə, şimdi, əfəndim kim sözlərin qəzet və jurnalların dilini tamamilə anlaşılmaz hala gətirdiyini deyib, iddia edir: “Bizim əqidəmizcə, bu müdəllidlik [yamsılama] və rəftar millətə xəyanət etmək- dir. Biz bir tərəfdən ilminskilərə, miroyevlərə, levinskilərə nifrin edib nalayiq sözlər deyirik ki, dilimizi atıb, bizi rus- laşdırmaq istəyirilər. Bir tərəfdən də özümüz ana dilinin pozğun hala düşüb unudulmağına çalışırıq.”12
Firidun Bəy Köçərli və başqa xalqçıların ümum-Türk
birliyi fikrini müdafiə edənləri bu cür ağır ittihamla suçla- maları əsassız idi. Çünki məhz onun adını çəkdiyi Nikolay İlminski (1822-91) və başqa məmurlar Rusiya imperiyası daxilindəki Türklərin dildə, fikirdə, əməldə birləşməsini istəmir, bu birlik çağırışlarını və bu çağırışların müəllifləri- ni daim təqib edirdilər. İlminskilərin hər Türk xalqına öz əlifbasını, ədəbi dilini, ədəbiyyatını yaratmaq və onları bir- birindən ayırmaq fikirləri sonralar Sovet dövründə gerçək- ləşdirildi.
12 Azərbaycan publisistikası antologiyası, Bakı: Şərq-Qərb, 2007, s.
124-125.
Beləcə, ilk milli dövlətimizin qurulduğu 1918’ə qədər dili- miz haqq etdiyi rəsmi statusu (siyasi-idari işlərdə yazı dili) ala bilməmiş, işlənmə/funksional dairəsi məhdudlaşdırılmış (özəlliklə məktəblərdə), xarici dillərin (Ərəb, Fars, sonralar Rus) basqısı altında qalmışdır. Bu üzdən də milli fikrin və milli siyasi hərəkatın önəm verdiyi hədəflər arasında yer almışdı. Milli hakimiyyət digər milli məsələlər kimi dil prob- leminin də fərqində idi. 27 iyun 1918’də hökumət müəssi- sələrində ‘dövləti lisan Türk dili qəbul edildi’; Parlamanda ‘ərizə Türkcə lisanda olmadığı üçün əncamsız qaldı.’
28 avqust 1918’də ibtidai məktəblərin milliləşdirilməsi haqqında 245 saylı hökumət qərarı qəbul edildi. Tədrisin Türk dilinə keçirilməsi məqsədilə yaradılmış Təlif və Tərcümə Əncüməni ibtidai və orta məktəblərdə istifadə olunacaq Türkcə dərsliklərin hazırlanması və çapına başladı. Görkəm- li ziyalılar yeni dərsliklərin yazılması işinə cəlb edildilər. Dərs proqramlarının dəyişdirilməsi üçün özəl qurum yara- dıldı. Milliyyətcə Türk olanların yalnız Türk məktəblərin- də və siniflərində oxuması qaydası müəyyən edildi. İbtidai məktəblərdə dərslərin yerli Türkcə ilə, orta məktəbdə isə ortaq ədəbi Türkcə olması qərarlaşdırıldı. Türkcəsi zəif olan müəllimlərin bu milliləşmiş məktəblərdə çalışması üçün onların müəllim kurslarından keçməsi gərəkdi. Noyabr ayın- da Maarif Naziri Azərbaycan qəzetinin müxbiri ilə müsa- hibəsində Şəki və Gəncədəki bu kursları artıq 200’dən ar- tıq müəllimin bitirdiyini bildirirdi.13 Məktəblərdə Türkcə- nin tətbiqini sürətləndirmək məqsədilə Osmanlı dövlətindən dərs kitablarının gətirilməsi və müəllimlərin dəvəti için 1918’in 22 iyulunda 213 saylı qərar verildi. Savadsızlığa
13 Azərbaycan (Bakı), 12.11.1918.
qarşı mübarizə kursları açıldı. Əlifbanın latın qrafikinə ke- çirilməsi məsələsi ilə məşğul olacaq qurum yaradıldı…
Elə buradaca 27 iyun qərarının ikinci hissəsini də əlavə edək: “İləridə bütün məhkəmə, idareyi-daxiliyyə və sair də- vair vəzifələri başında duranlar bu lisanı bilənlər olana qə- dər hökuməti müəssisələrdə Rus dili istemalına [istifadə- sinə] da müsaidə edilsin.” Daxili İşlər Naziri Behbud Xan Cavanşir 1918’in noyabrında bu məsələyə aydınlıq gətirə- rək izah edirdi ki, dövlət müəssisələrində Rus dilinin işlə- dilməsi ‘heç də ona olan məhəbbətdən irəli gəlmir.’ Onun fikrincə bu durum uzun müddət davam etməyəcək. Türkcə bilməyən yüksək vəzifə tutan şəxslər işlərində qala bilmə- yəcəklər. İki il içində Azərbaycan müəssisələrinin hamısı tamamilə milliləşdiriləcək.”14
Azərbaycanın ikinci işğalından (27 aprel 1920) sonra Türkcənin statusunda, onun işlənmə sahəsində, digər dil- lərlə, özəlliklə ‘müqəddəs Oktyabr dili’ adlandırılan Rusca ilə münasibətində dəyişikliklər oldu. Uzun 71 illik Sovet rejimi zamanı Türk dilinin durumu fərqli dönəmlərdə fərq- li şəkillərdə dəyişmişdir. Özətləmiş olsaq, bir neçə məqa- mı vurğulamaq mümkündür.
Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından son- rakı ilk illərdə Xalq Komissarları Sovetinin sədri Nərimanov rəsmi dil sahəsində bərabərsizliyin olduğunun fərqində idi. Nərimanov Stalindən Stalinə yazdığı məşhur şikayət mək- tubunda (Ucqarlarda İnqilabımızın Tarixinə Dair) Bakı So- vetində mövcud olan vəziyyət haqqında yazırdı: “Azərbay- canın paytaxtında türklər Bakı Sovetinin qulluqçularına istər-
14 Азербайджан (Bakı), 01.11.1918.
istəməz şifahi və yazılı şəkildə müraciət etdikdə, bu müra- ciət rus dilində olmalıdır, belə ki, ruslar, yəhudilər və ermə- nilər [yəni Bakı Sovetinin işçiləri] türk dilində danışmırlar. Mən bildirirəm ki, Dövlət Duması olanda, türk əhalisi belə sıxıntıya məruz qalmırdı.”15 Azərbaycan SSR’in başqa döv- lət orqanlarında da dil sahəsində vəziyyət eyni cür idi.
Sovetlərin dil sahəsində siyasətinin müəyyənləşməsin- də Birinci Ümumittifaq Türkoloji Qurultayının (Bakı, fevral- mart 1926) mühüm rolu oldu. Qurultay materiallarının16 diq- qətlə araşdırılması, burada əsasən üç qrup məsələnin mü- zakirə olunub, uyğun qərar verildiyini göstərir. Bunlardan birincisi əlifba məsələsidir.
Hələ 1922’nin martında ünlü kommunist Ağamalıoğlu- nun sədrliyi altında yaranmış komissiya Latın qrafikinə da- yalı yeni əlifba layihəsini müzakirəyə vermiş, geniş təbliğat kampaniyası başlatmışdı. Vladimir Ulyanov-Lenin yeni əlif- banı “Şərqdə inqilab” adlandırmışdı. Həmin ilin iyulunda adı çəkilən kommunistin sədrliyində Yeni Əlifba Komitəsi ya- ranmışdı. Həmin il idari işlərin iki əlifbada aparılması haq- qında əmr verilmişdi. 1925’də birinci dərəcəli məktəblərdə Latın əlifbası tətbiq olunmağa başlanmışdı.17 Türkoloji Qu- rultay üçün xüsusi seçilmiş nümayəndələr çox əvvəllər ve- rilmiş qərarı və bu sahədə aparılan işləri sadəcə “elmi cə- hətdən” təsbit etdilər.
15 Nəriman Nərimanov, Ucqarlarda inqilabımızın tarixinə dair (İ.V.Stalinə məktub), Bakı: Azərnəşr, 1992, s. 38.
16 Первый Всесоюзный тюркологический съезд. Стенографи- ческий отчет, Баку, 1926; 1926 Bakü Türkoloji Kongresinin 70. Yıldönümü Toplantısı (29-30 Kasım 1996), Ankara: Türk Dil Kurumu yayınları, 1999.
17 Azərbaycan tarixi, III cild, I hissə, Bakı: Elm, 1973, s. 441-442.
Ümumittifaq Türkoloji Qurultayında qəbul edilən ikin- ci mühüm qərar terminlərlə (istilahlarla) bağlı idi. Qurultaya sədrlik edən elə həmin Ağamalıoğlu çıxışında termin mə- sələləri haqqında deyirdi: “Rusiya inqilabından öncə Azər- baycan Türkləri bütün fikri qidalarını, fəlsəfi hikmətləri, ədəbi şəkilləri əksərən Türkiyədən, qismən İrandan alırdı.” O, artıq ‘inqilabçı Rusiyadan’ termin almağın gərəkliyini ciddi cəhdlə əsaslandırmağa çalışdı. Qurultayın qərarların- da terminlərin Ruscadan alınması ‘zərurəti’ göstərildi.
Üçüncü mühüm qərar imla haqqında oldu. Türklərin bu vaxtadək şifahi nitqdə müxtəlif ləhcələrdən istifadə etmə- lərinə baxmayaraq, ortaq yazı dili vardı (ümum-Türk ədəbi dili). Istifadə olunan ortaq əlifbanı və ədəbi dili aradan qal- dırmaq üçün fonetik üsul haqqında qərar verildi. Yəni Sovet İttifaqındakı Türk xalqlarının hərəsinə bir əlifba və ədəbi dil quraşdırmaq zərurəti haqqında hökm verildi. Rəsulzadə yazırdı (dili sadələşdirilmişdir): “Bir kərə Latin hurufunun [hərflərinin] tətbiqi ilə söyləndiyi kimi yazmaq əsası [prin- sipi] qəbul edildikdən sonra ‘yekdigərindən uzaqlaşan’ Türk şivələrinin bu ‘ayrılığını’, olduğu kimi təsbit edərək lisanın Rusca kəlmələr tərəfindən istilasını belə təbii görən qafa- larda ümumi bir lisan lüzumunun idrakını aramaq sadədil- lik olmazmı?” Rəsulzadəyə görə, Sovet rejimi “...əlifbanın Latınca, istilahların Rusca, lisanın da proletarca olmasına səy edəcək və bu, sırf siyasi məqsədlə toplanan konqreyə ilim və hars [milli mədəniyyət] damğasını yapışdırmaqla gözləri boyamaq istəyəcəkdir.”18 Elə də oldu.
Türkoloji Qurultayın özəlliklə bu sonuncu qərarı çox həssas mənfi nəticələrə səbəb oldu. Bu qərar Türk birliyinə
18 Yeni Kafkasya, Sayı 6, 15 Kanunievvel 1341, s. 3.
vurulmuş dəhşətli zərbələrdən biri oldu. Əlifba birliyi po- zuldu, Sovet Türklərinin dillərinə saysız Rus sözləri və ter- minləri girdi, ayrı-ayrı ədəbi dillər (və millətlər) yarandı. İrandakı yeni irqçi Pəhləvi rejimi bu hadisədən – Güneylə Quzey Azərbaycan arasında gerçək fərqin yaranmasından – məmnun oldu. Bu ayrışmanın təsirini azaltmaq üçün 1928’də Türkiyə Cümhuriyyəti də tələm-tələsik Latın qrafikasına keçməli oldu.
Rus dilinin hakim mövqeyi və Türkcənin19 məhdud sahə- lərdə (məsələn, məktəblərdə) işlədilməsi halı sonrakı onillik- lərdə də davam etdi. Nikita Xruşşovun hakimiyyəti (1954-64) illərində siyasi mühitin nisbətən mülayimləşməsindən isti- fadə edərək yerli hakimiyyət İmam Mustafayev-Mirzə İb- rahimov – Sadıq Rəhimov üçlüyünün şəxsində mövcud kons- titusiyaya Azərbaycan dilinin dövlət dili olması haqqında maddə əlavə etdi. Bu üçlüyün milli dilin statusunu yüksəlt- mək sahəsindəki cəhdləri onların işdən azad edilməsi ilə nəticələndi. Sonrakı onilliklərdə də Türkcənin gerçək statu- su durmadan aşağı salındı, o yalnız təhsil-mədəniyyət sahə- sində (Rus dili ilə yanaşı) işlədildi.
Milli dilin (Türkcənin) yalnız təhsil sahəsi və mətbuatla məhdudlaşdırılması müzakirə, mübahisə, hətta bəzən qar- şıdurmalara səbəb olurdu. Sovet rejiminin mövcud olduğu bütün dövr ərzində Sovet dövləti Türk dilinin işlənmə da- irəsini məhdudlaşdırmağa, əvəzində Rus dilinin rolunu ar- tırmağa çalışdı. Əksinə, milli qüvvələr, milli dilin millətləş-
19 1936’da Türk dilinin ‘Azərbaycan dili’nə çevrilməsi xüsusi möv- zu olduğundan bu məqalədə toxunulmayacaq. Bu mövzu haqqında Niyə Məhz Türk? başlıqlı xüsusi məqaləmizə baxmaq olar: https:// turkcudusuncebirliyi.com/detail?id=2
mə sürəcində həssas rolunu nəzərə alaraq onun rəsmi sta- tusunun yüksəldilməsinə çalışmışlar.
Azərbaycan SSR’in birinci (1921), ikinci (1925) və üçün- cü (1937) konstitusiyalarında dövlət dili anlayışı yox idi. 1978. il konstitusiyasında ‘Azərbaycan SSR’in dövlət dili Azərbaycan dilidir’ müddəasının qəbulu isə 1978. ildə Gür- cüstandakı ayaqlanmadan sonra Gürcüstanın konstitusiya- sında ‘Gürcü dilinin dövlət dili’ olması maddəsinin salınma- sından sonra Ermənistan və Azərbaycan SSR konstitusiya- larında da eyni maddənin salınmasına Moskva razılıq ver- di. Sovet konstitusiyasında bu maddənin olmasına baxma- yaraq, milli dil Azərbaycan Respublikasında heç vaxt ger- çək dövlət dili statusuna malik olmamışdır.
Sovet rejiminin Türkcəmizə yönəlik siyasətinin fərqli dö- nəmlərdən keçdiyini təkrar vurğulamaq gərəkdir. 1930’ların ortalarına qədərki dönəmdə dilimizin yad ünsürlərdən (özəl- liklə, Ərəb-Fars tərkiblərindən) təmizlənməsi sürəci yaşandı. 1940’da kiril qrafikalı əlifbaya keçdikdən sonra Rus sözlə- ri və terminlərinın dilimizə doldurulması təşkil və təşviq edildi. Dilin qrammatikası üzərində mühəndislik yapıldı. Sovet rejiminin son 30-40 ilində isə Azərbaycanda Türkcə- nin öz əsaslarına dönməsi, təmizlənməsi meylinin qarşısının alınmasına çalışıldı. Öztürkcəmizin əski Türkcədən, özəllik- lə Türkiyədə yayğın olan sözlərdən və terminlərdən uzaq tutulması üçün senzura rejimi tətbiq edildi. Buna baxmaya- raq dilin yad ünsürlərdən təmizlənməsi kimi təbii prosesin qarşısını almaq mümkün olmadı. 20. yüzilin başlarındakı durumu ilə müqayisədə dilimiz təmizlik süzgəcindən keçdi və xeyli gəlişdi.
Quzey Azərbaycanda dil problemləri
Yenidən bağımsızlığını qazanan Quzey Azərbaycan (okt- yabr 1991), Sovetdən miras qalan dil ortamına da dəyişiklik gətirmək məcburiyyətində qaldı. Davam edən milli hərə- katın tələblərindən biri də elə bu idi.
Əbülfəz Elçibəy hakimiyyəti dövründə (1992-93) dövlət dilinin 1936’ya qədərki adı (Türk dili) qaytarıldı (22 dekabr 1992). Dövlət dilinin işlənmə sahələrinin genişlənməsi, o cümlədən rəsmi yazışmaların dövlət dilinə keçirilməsi üçün tədbirlər görüldü. Sayca azlıqda olan xalqların dillərinə rəs- mi dil statusu verildi. Milli hərəkatın və milli hökumətin təsiri altında toplumda milli təhsilə münasibət də dəyişdi. Minlərlə ailə övladını Rus məktəblərindən/bölmələrindən alıb, Türk məktəblərinə/bölmələrinə yazdırdı. İctimai həya- tın milliləşməsi gedişində milli dillə (Türkcə) bağlı prob- lemlərin nəhayət sürətlə çözüləcəyi ümidləri yarandı. Amma olmadı.
1993’dən sonrakı Əliyevlər hakimiyyəti dövründə dil siyasəti Sovet ayarlarına yenidən geri döndü. Rusiya və Rus dili amili yenidən mərkəzə gətirildi. Özətləməyə çalışaq.
Yeni Anayasanın (1995) 21. maddəsinə görə, ‘Azərbay- can Respublikasının dövlət dili Azərbaycan dilidir. Azər- baycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.’ Bu maddənin ikinci hissəsində isə deyilir: “Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlə- dilməsini və inkişafını təmin edir.”
Təhsil Haqqında Qanunun (2009) 7.1. maddəsində ‘Azər- baycan Respublikasının təhsil müəssisələrində tədris dili dövlət dili – Azərbaycan dilidir.’ deyilir. Ardınca bu mad-
dənin mahiyyətini heçə endirən müddəa gəlir: 7.2. Vətəndaş- ların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alına- raq, Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəl- хalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti оrqanı- nın müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları və ya beynəlxalq səviyyədə akkreditasiya olu- nan təhsil proqramları əsasında digər dillərdə (oxu: Rus di- lində) də aparıla bilər. Tədris digər dillərdə aparılan ümu- mi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, ta- riхi və cоğrafiyası tədris оlunmalıdır.
2019’un mayında qəbul edilmiş Ümumi Təhsil Haqqın- da Azərbaycan Respublikasının Qanununun ümumi təhsil sa- həsində dövlət siyasətinin əsas prinsipləri sırasında huma- nistlik, bərabərlik, inteqrasiya, keyfiyyətlilik, varislik, çeviklik, fasiləsizlik, vəhdətlik, demokratiklik kimi ağıla gələn bütün mümkün prinsiplər sadalanmışdır. Amma bu prinsiplər sıra- sında vazkeçilməz millilik ve çağdaşlıq prinsiplərinin ol- masına gərək görülməmişdir. Bu qanunda təhsilin dili haq- qında maddənin olmaması da düşündürücüdür.
Mövcud hakimiyyətin millətləşmə sürəcinə mənfi təsir- lərindən biri məhz təhsil sistemində başlanmış milliləşmə- nin qarşısının alınmasında, Rus dilinin (ədəbiyyatının, tari- xinin) yenidən Azərbaycan təhsil sistemində rolunun artma- sında özünü göstərdi. Azərbaycan Respublikasının istiqla- lının bərpasından keçən illərdə Rusca təhsil alanların sayı azalmadı, əksinə artdı. Ayna qəzeti 1997’nin mayında rəs- mi statistikaya əsaslanaraq yazırdı ki, Azərbaycan Respub- likasında 40 tamamilə Rus, 381 ədəd isə beynəlmiləl mək- təb var. Əsasən Bakıda yerləşən bu məktəblərdə şagirdlər
Rusiyadan gətirilən dərsliklərdən və dərs vəsaitlərindən öy- rənir, nəticədə ‘Rus dövlətinin vətənpərvərləri kimi tərbiyə olunurlar.’20
2016’nın ortalarında Bakıda və bütün ölkədə tədrisin dili haqqında hazırlanmış bir məqalə (Bakıda Məktəblərin Ana Dilli Bölmələri Bağlanır) yazılı və görsəl mətbuatda xeyli müzakirə edildi. Bu məqalə orta məktəblərdə Rus dilində tədrisin artması meyli haqqında idi. Məqalədə göstərilirdi ki, ölkənin Rus bölməsi olan 300’ə yaxın ümumtəhsil məktə- binin Rus bölməsində 170 minə yaxın şagird oxuyur. Bu, bütün şagirdlərin 15%-ə bərabərdir. Araşdırıcıların fikrin- cə, “bu rəqəmləri 15 il öncənin göstəriciləri ilə müqayisə etdikdə ciddi artım yarandığını görmək olur. 1990-cı illərin sonlarında Rus bölmələrində 107 min şagird oxuyurdu və onların sayı ümumi şagird sayında 7%-ə çatırdı.”21
Bakıda bu meyl daha qabarıq ortaya çıxmaqda idi. 2016’da Bakının 15 elitar məktəbində birinci sinfə qəbul edilən şa- girdlərdən 1144 nəfəri Azərbaycan bölməsinə, 1206 nəfəri isə Rus bölməsinə qəbul edilib. Azad Müəllimlər Birliyi- nin sədri Məlahət Mürşüdlü bu meyli belə dəyərləndirmiş- di: “1990-cı illərin ortalarından fərqli olaraq indi Rus böl- məsinə maraq bir neçə dəfə artıb. Sanki 1960-70-ci illərin imperiya dövrünü yaşayırıq. Hətta rayon qeydiyyatında olan
20 C. Nəsibov, “Vətənimiz – ana Rusiyadır.” Azərbaycanın rus- dilli məktəblərində istifadə olunan dərsliklər altıyaşlı birinci sinif şagirdlərimizə bu ideyanı təlqin edirlər”, Ayna, 9 may 1997.
21 “Bakıda məktəblərin anadilli bölmələri bağlanır”, Milli.Az,
04.06.2016.
və Rusca bilməyən ailələr də uşaqlarını Rus məktəblərinə qoymaq istəyirlər.”22
Gerçəkdən də çox əcaib durumla qarşı-qarşıyayıq: Əski Sovet respublikalarının demək olar hamısında (Türk cümhu- riyyətləri istisnadır) Rusca təhsil problemindən azad olub, təhsil sistemlərini tamamilə milliləşdiriblərsə, nədən bağımsızlığı- nın 33. ilində Azərbaycanda Rus məktəblərinə meyl artır, Ru- siya universitetlərinin yeni-yeni filialları açılır? Bu önəmli məsələnin güman ki çeşidli səbəbləri vardır. Onlardan bir neçəsini sıralayaq.
Birincisi, mövcud hakimiyyət Rusiya qarşısında loyallı- ğını sübut etmək üçün təhsil sistemində Rusiya amilinə önəm verməkdədir.23
Bu ‘xidməti’ də Rusiya siyasi rəhbərliyi yüksək qiymət- ləndirir. Dəfələrlə Rusiya prezidenti verdiyi açıqlamalarda durumdan məmnunluğunu ifadə etmişdir. Özəlliklə Rusiya bəsləməsi qonşu Ermənistanla müqayisədə bu durum diqqət çəkir. Burada Rus məktəbləri yox səviyyəsindədir. Erməni uşaqların yalnız milli məktəblərdə oxumasına icazə verilir. İkincisi, xalq olaraq təhsilin ciddiyyəti hələ gərəyincə dərk edilməmişdir. Milli fikirdə də bu problemə lazımi diqqət yox- dur. Məhz bu səbəbdən də mərhum Məlahət Mürşüdlü ‘hətta rayon qeydiyyatında olan və Rusca bilməyən ailələr də uşaq- larını Rus məktəblərinə qoymaq istəyirlər’ deyə fəryad edirdi.
22 Yenə orada.
23 Rusiya Federasiyası ilə sərhəddə Qusar rayonundakı Rus mək- təblərində oxuyan Ləzgi etnik azlıq arasında Rusiyaya meylin olması təəccüb doğurmamalıdır. Enində sonunda burada olası separatizm təh- didinin bir səbəbi də məhz yanlış təhsil siyasəti sayılmalıdır.
Məsələnin mahiyyətini təşkil edən kritik fikir budur: Orta məktəbin funksiyası vətəndaş yetişdirməkdir! Əcnəbi məktəblər vətəndaş yetişdirə bilməz. Məsələ dillə məhdud- laşmır; uşaq doğma dəyərlərini bilmir, yad dəyərlərin təsiri altına düşür. Həyatının sonrakı dönəmlərində bu əksikliyi düzəltmək imkanı da olmur. Yad məktəbdə yetişən uşaq ömrü boyu əldə etdiyi yad dəyərləri doğma/milli dəyərlərindən üstün tutur. Vətəndaşlıq duyğusu və bilinci olmayanların tək- rar istehsal edildiyi bir ölkədə normal millət ola/yarana bilməz! Bu cür millət bölünmüşlüyə, daim güvənlik prob- lemləri ilə üz-üzə qalmağa məhkumdur.
Hələ 19. yüzildə görkəmli Rus pedaqoqu Konstantin Uşin-
skiy Rus uşaqlarının əcnəbi dillərdə oxumasına etiraz edir- di. O, uşaqlara doğma Rus dilində təhsil verilməsinin üstün- lüyünü göstərirdi: “Uşaq onu əhatə edən adamların mənəvi mühitinə yalnız ana dili vasitəsilə daxil olur… Hər predme- tin təlimi söz formasında uşağa ötürülür, mənimsənilir və həmişə sözlə ifadə olunur. Sözün mənasına varmağa adət etməmiş uşaq, onun əsl mənasını dumanlı başa düşür, yaxud heç başa düşmür. Yazılı və şifahi nitqdə onlardan sərbəst istifadə vərdişləri olmadığı üçün həmişə hər bir başqa pred- metin öyrənilməsi vaxtı bu əsaslı çatışmazlıqdan əziyyət çəkir. İnkişafı zorakılıqla pozulmayan uşaqların əksəri 5, yaxud 6 yaşında ikən artıq öz ana dilində çox düzgün və qıvraq danışır. Ancaq təsəvvür edin ki, ağıllı bir beşyaşlı [Rus] uşağın öz ana dilində [Rusca] danışdığı kimi özgə bir dildə [məs., Fransızca] danışmaq üçün adama nə qədər bilik, hiss, fikir, məntiq, hətta fəlsəfə lazımdır.’24
24 К.Д. Ушинский, Избранные педагогические сочинения, т. 2, Москва: Учпедгиз, 1954, с. 642, 543.
Azərbaycanda təhsil sisteminin normallaşmasını tələb edən ikinci şərti də gözardı etməməliyik. Milli və Rus mək- təbləri/bölmələri arasındakı varsayılan fərqi ləğv etmək və milli məktəbləri vətəndaşın gözündə daha cazib etmənin yolu milli məktəblərin modernləşməsidir.25 Məktəbin modernləş- məsi əslində milli məktəbləri rəqabət qabiliyyətli etmək- dən daha çox təhsil sisteminin doğasından gələn ön şərtdir. Quzey Azərbaycanda hakimiyyətin dil siyasəti və ölkə-
də mövcud dil ortamından bəhs edərkən başqa olumsuz/ neqativ halları da göstərmək gərəkdir. Türkcənin Anayasa- da təsbit edilmiş rəsmi dövlət dili statusuna baxmayaraq, dövlət idarələrində Ruscanın yazı dili kimi istifadəsinə icazə verilməkdədir. Bir çox dövlət və özəl təşkilatlarda işə qə- bul şərtləri sırasında iddiaçının dövlət dili ilə yanaşı Rus dilini də bilməsi zəruri sayılır. Azərbaycan Respublikası vətəndaşlığı iddiasında olan əcnəbilər üçün dövlət dilini bilmək və uyğun imtahanlardan keçmək şərti nəzərdə tu- tulmamışdır. Sovet dönəmindən qalan və Rus dilinin özəl- liklərini daşıyan yazı qaydalarının dəyişməsinə hakimiyyət maraqlı görünmür.26 Dövlət dilinin artıq əskiləşmiş Ərəb, Fars və Rus sözlərindən və terminlərindən təmizlənməsinə çeşidli yollarla maneələr yaradılır. Dövlət dili lüzumsuz
25 Öncə Azərbaycan bölməsinin səviyyəsini yüksəldin, sonra ‘Rus sektoru’nun bağlanmasını düşünün; ‘Rus sektoru’ bağlansa, Rusiya bizə qəzəblənər; Azərbaycan dilində kitab azdır; Rus dilini bilmək vacibdir, çünki Rusiya qonşumuzdur, əsas ticarətimizi də Rusiya ilə edirik; Azərbaycan Xalq Cümhuriyyətini quranlar Rusca təhsil alımışdılar, amma bu, onlara müstəqil dövlət qurmağa mane olmamışdı kimi tirajlanan fikirləri ciddiyə almadığımızdan üstündə durmağa da gərək görmədik.
26 Baxın: https://turkcudusuncebirliyi.com/detail?id=8
olaraq Latın-Yunan mənşəli sözlər və terminlərlə dolduru- lur. Reklam sahəsində dövlət dilinə sayğısızlıq adi haldır. Adlarımız və soyadlarımızın Sovet/Rus mirasından təmiz- lənməsi, günümüzün problemi olaraq qalmaqdadır...
Beləcə, Azərbaycan Respublikasının bağımsızlığının 33.
ilində Türkcənin Anayasadakı statusu ilə gerçək durumu arasındakı açıq fərqi müzakirə etmək məcburiyyətində qa- lırıq. Bu milli problem toplumda, özəlliklə sosial medyada ən çox dartışılan mövzular sırasındadır.
Güney Azərbaycanın dil problemi
İrandakı Türklərin Farslaşmasının iki səbəbindən biri- nin Fars dilinə aşırı bağlılığın olması haqqında Məmməd Əmin Rəsulzadənin fikrini qeyd etmişdik. Türk elitinin Fars- laşması hadisəsində Fars dilinin mühüm roluna 1912’də diq- qəti çəkən Rəsulzadə, davam edir: “Hükümdarların Türklü- ğüne rağmen memleketin lisan-i resmisi Farisi kalmış ve merasim ve teşrifatta hep Farisi an’anatı muhafaza olunmuş- dur.” Təhsil tamamilə Farsca olduğundan savadlı kəsim Türkcə çətinliklə yazıb-oxuya bilir. “Hülasa Arapça nasıl bir lisan-i dini isə Farisice de o derece bir selahiyet ve nü- fuzu ha’iz lisan-i tahrirdir [yazı dilidir]. Türkçe konuşulur, Türkçe nutuk edilir, Türkçe va’azlar söylenir. Fakat yazıya gelince hep Farisi kesilir.”27 Belə bir qeyri-münasib şərait- də yerli Türk dili özünə yol açmalı, inkişaf etməli idi. İran- dakı sonrakı siyasi gelişmələr Türkcənin durumunun daha da ağırlaşmasına yol açdı.
1920-30’lar İran tarixində fəal millət quruculuğu dönə- midir. Rza Pəhləvi hakimiyyətinin bu siyasəti çoxmillətli
27 Mehmed Emin Resulzade, İran Türkleri, s. 31.
(polietnik), çoxkültürlü imperiyanı bir millət, bir dil, bir kültür, bir siyasi hakimiyyətdən ibarət unitar dövlətə çevir- mək kimi iddialı məqsəd daşıyırdı. Fars irqçiliyi rəsmi dövlət siyasətinin əsasını təşkil etdi. 1930’da Fars dili ye- ganə rəsmi dövlət dili elan edildi, qalanlarının təhsil siste- mində, mətbuatda və dövlət idarəçilik sistemində istifadəsi qadağan olundu.
Rza Şah hökumətinin irqçi siyasətinin əsas hədəflərin- dən biri İranda Türk dilinin işlənmə alanını daraltmaq, mümkün olsa, onu unutdurmaq idi. Azərbaycanda yeni ya- radılmış dövlət məktəblərində Türkcə dərslərin qoyulması- nın yasaqlanması bir yana, məktəblərdə şifahi söhbətlərdə Türkcədən istifadə, ana dilindən başqa bir dil bilməyən uşaqlara dərslərin Türkcə izah edilməsi belə qadağan olun- du. Tehrandan göndərilmiş maarif müdirləri bu sahədə xü- susi fəallıq göstərdilər. Onların arasında A.Mövsümi və Q. Zövqi xüsusilə fərqləndilər. Bunlardan birincisinin ‘Türk- cə danışanların boynuna noxta keçirib axura bağlayın’ ifa- dəsi yayğındı. Zövqinin Azərbaycanda ibtidai məktəblərdə tənəffüs zamanı Türkcə danışanları cəzalandırmaq üçün cərimə sandıqları qoymaq haqqında göstərişi uzun illər yerli əhalinin yaddaşından silinmədi.28
Türk dili, mədəniyyətin başqa sahələrindən də vurulub çıxarıldı. Ana dilində kitab və qəzet nəşri, tamaşalar göstər- mək, hətta yas və taziyə məclislərində Türk dilindən istifadə- nin qarşısı alınmağa çalışıldı. Bir zamanlar Təbrizdə teatr ta- maşaları insanların ilgisini çəkdiyi halda, onun bundan sonra Farsca olması teatr salonlarının boş qalmasına nədən oldu.
28 Şövkət Tağıyeva, Əkrəm Rəhimli (Bije), Səməd Bayramzadə,
Güney Azərbaycan, Bakı: Orxan, 2000, s. 203.
1920-30’lar Azərbaycandakı dövlət idarələrinə mərkəz- dən göndərilən məmurların sayının artması ilə diqqəti çəkir. Ayrı-ayrı məmurlar əvvəllər də paytaxtdan göndərilirdi. Rza Şah dövründə bu, kütləvi hal almağa başladı. Bu mə- murların yerli dili bilmələri zəruri sayılmırdı. Əksinə, onla- rın qarşısına Türk dilinin və mədəniyyətinin aşağılanması, beləliklə Azərbaycan Türklərində aşağılıq kompleksi yara- daraq assimilyasiyaya meylləndirmək vəzifəsi qoyulurdu. Azərbaycana vali göndərilmiş Abdulla Mustofi sonralar çap etdirdiyi xatirələrində Azərbaycan əhalisi haqqında yazırdı: “Azərbaycan əhalisinin Türkcə qırıldatmağına (bolqur kər- dən) baxmayın, ölkəmizin heç yerində onlarda olan İranlılıq ruhu yoxdur.”29 Bu ostandar Türk dilinin yas yerlərində işlə- dilməsini belə qadağan etmişdi, çünki ‘Daryuş və Kambizin xələfləri Əfrasiyab və Çingizin dilində danışa bilməzdilər.’30 Azərbaycan Türkünün ölkə siyasətində addım-addım mövqeləri təhvil verməsi 20-30’larda onu məzlum millət durumuna gətirib çıxartdı. Rza Şahın diktatura rejiminin timsalında dövlət Türk varlığını modernləşən İranın bütöv- lüyü üçün əsas təhlükə saydı, Türk kültürünü hədəf alaraq ona ciddi zərbə vurdu. Türklər arasında oxumuş kəsim, xüsusilə məmur təbəqəsi arasında İrançılığa bağlılığın art- masına baxmayaraq, Türk əhalisinin əksəriyyəti arasında İran dövləti-Türk milləti münasibətlərinə aydınlıq gəldi.
Türk əhalisinin bu hissəsində İran dövləti anlayışından
qopma baş verdi.
29 Abdulla Mustofi, Şərhe zendegiye mən ya tarixe ectemai və edariye doureye Qacariyye, III cild, II hissə, Tehran, 1326, s. 178.
30 Dədə Qorqud, N 2, 1980, s. 24.
1941’də Sovet İttifaqının İranın quzeyini, İngiltərənin isə güneyini işğal etməsi ölkədəki siyasi durumu dəyişdirdi. İranda nisbi liberal siyasi mühit yarandı. Güney Azərbay- canda ictimai-siyasi həyat canlandı. 20 illik anti-Türk, anti- Azərbaycan rejimin buradakı Fars məmurları xalqın intiqa- mından ehtiyat edərək Tehrana qaçdılar. Türk dili üzərinə qo- yulmuş yasaqlar aradan qalxmağa başladı. Milli ruhlu ay- dınlar yeni yaranmış imkanları dəyərləndirib hərəkətə keç- dilər. Təbrizdə çıxan Azərbaycan qəzeti hakim və rəsmi İran milləti anlayışından fərqli millət görüşünü ortaya qoy- du. Qəzetin səhifələrində tez-tez Azərbaycan milləti31 anla- yışına rast gəlmək mümkündür. Bu millət, qəzetə görə, ‘…hiss, dil, adət-ənənə və ərazi birliyinə malik xalqdır.’32 Millət ya- radan elementlər arasında dilə böyük önəm verilir, o, mil- lətin əsas əlaməti sayılırdı.33 Azərbaycan Cəmiyyəti və onun mətbu orqanına görə, İranda vahid dil olmadığından vahid İran milləti də yoxdur, çoxmillətli İran cəmiyyətini birləş- dirən əsas şərt ‘məqsəd və ideal birliyi’ ola bilər.34
Azərbaycan Türklərinin ayrıca millət olduğunu əsaslan- dırmaq üçün qəzetdə milli dilin önəmi vurğulanır, onun (Türk- cənin) başqa dillərlə (ilk növbədə Farsca ilə) bərabərliyi üzərində israr edilirdi. Dil məsələsi Azərbaycan Cəmiyyəti üçün vaz keçilməyəcək ‘qırmızı xət’ hesab edilməkdə idi.
31 Bu zaman günlük danışıqda işlədilən Türk, Türk dili etnonimi və linqvoniminin yerinə, sənədlərdə və yazılarda bir qayda olaraq Azərbay- can xalqı, Azərbaycan milləti, Azərbaycan dili terminləri işlədilir. Bu, Sovet Azərbaycanında yenicə qəbul edilmiş Azərbaycanlı konseptinin hərəkat liderləri tərəfindən Güney Azərbaycanda kopyalanması cəhdi idi.
32 Azərbaycan (Təbriz), 18 dekabr 1941.
33 Yenə orada, 12 noyabr 1941.
34 Yenə orada, 5 yanvar 1942.
Azərbaycan qəzeti 5 dekabr 1941 tarixli sayında qətiyyətlə yazırdı: ‘Kim ki, bizim dilimizə, ənənələrimizə, sərvətləri- mizə qəsd etmək istəsə, biz onu öz düşmənimiz sanacaq və son nəfəsimizə qədər onları məhv etməyə çalışacağıq.’
21 Azər hərəkatı və Milli Hökumət zamanı (1945-46) üstündə durulan ən önəmli məsələlərdən birinin milli dil ol- ması təbii idi. Milli hərəkatların milli dil və kültür məsələ- lərinə birinci dərəcəli önəm verməsi ümumi haldır. Bu, Azər- baycanın milli qüvvələrinin, özəlliklə həssas yanaşdığı möv- zu idi. Çünki Rza Pəhləvi rejiminin Türklüyə münasibətdə uyğuladığı siyasətin ən həssas sahəsi məhz milli dil və mil- li kültür sahəsindəki yasaq idi. Milli Hökumət ilk başdan işlərini ana dilində qurdu, təhsil sistemini ana dilinə keçir- di, onlarla savadsızlığı ləğvetmə kursu işə başladı, onlarla yeni məktəb tikildi, Təbrizdə dövlət universiteti, dram teatrı və filarmoniya açıldı, şair və yazıçılar əncüməni, bəstəkar və memarlar cəmiyyəti quruldu, ana dilində dərslik və başqa kitablar çap edildi və s. Mir Cəfər Pişəvəri yazırdı: “Bizim dilimiz düşmənlərin iddialarına baxmayaraq çox geniş və qəni bir dildir. Onun kökü xalqımızın qanında və ürəyin- dədir. Biz onu ana südü ilə əmib vətənimizin ruhnəvaz ha- vası ilə tənəffüs etmişik. Ona tohin [təhqir] edənlər, onu təhmili və məsnui [süni, qəlp] göstərmək istəyənlər bizim həqiqi düşmənlərimizdir.”35Tehranla danışıqlarda Azərbay- can nümayəndələri dil məsələsindən vaz keçməyəcəklərini bildirmiş, sonda müqavilənin əldə olunması xatirinə Azər- baycandakı orta və ali məktəblərdə tədrisin ‘Fars və Azər-
35 Mir Cəfər Pişəvəri, Seçilmiş əsərləri, Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1984, s. 277-278, 329.
baycan dillərində icra edilməsi’ haqda bəndin artırılması- na razı olmuşlar.36
İran hökuməti 1945’in sonlarından etibarən Güney Azər- baycana, savaşda məğlub etdiyi ölkə kimi yanaşmağa başla- dı. Məhəmməd Rza Pəhləvi rejiminin mövcud olduğu bütün dövr ərzində (1979’a qədər) İranın siyasi həyatında mühüm proseslərin (məsələn, 1949-53’lərdəki demokratik hərəkat, 1962’də başlayan Ağ inqilab islahatları) baş verməsinə bax- mayaraq, Tehranın Azərbaycana yad münasibəti dəyişmədi. İran yazıçısı Cəlal Ale-Əhməd İran hökumətinin Azər- baycanı mədəniyyət baxımından özünün müstəmləkəsi say- dığını bildirərək, onun dil siyasəti haqqında göstərmişdir: “İndi qırx neçə ildir ki, İran hökumətlərinin səyi bu dili nəinki məhdudlaşdırmağa, hətta onu məhv etməyə yönəl- mişdir. Onu Azəri adlandırdılar, ona zorla qəbul edilmiş adı qoydular, Azərbaycanın şəhər və məhəllələrinin adını də- yişdirdilər, Türk əsgər və məmurunu Farslar yaşayan mən- təqələrə yolladılar, və əksinə, ancaq Türk dilini məhv etmək işində cüzi bir uğura belə nail ola bilmədilər.”37 Maarif Na- ziri Amuxte də bu uğursuzluğu etiraf etmək məcburiyyə- tində qalmış, 1953-62’lərdə dövlət təhsil sistemi qarşısında qoyulmuş məqsədə çatmadıqlarını bildirmişdi: “Həmin illər ərzində Azərbaycanın mədəniyyəti və maarifi sahəsində əsaslı bir inkişaf baş verməmişdir, Fars dili Azərbaycan
36 Müqavilənin tam mətni üçün baxın: Əkrəm Rəhimli (Bije), Güney Azərbaycanda milli-demokratik hərəkat (1941-1946),Bakı: Meqa, 2003, s. 180-183.
37 Cəlal Ale-Əhməd, Dər xedmət və xəyanəte rouşənfekran, c. 2, Tehran:
Xarezmi, s. 138.
əhalisi arasında yayılmamışdır.”38 Əhalinin xeyli hissəsinin savadsız olduğu bir ölkədə Farslaşdırma siyasətinin uğuru pan-İranist siyasətçilərin arzusu olaraq qalmaqda idi.
Pəhləvi rejiminin Farslaşdırma siyasətinin nəticələrinə baxarkən, fikrimizcə, Cəlal Ale-Əhmədin verdiyi bu fakta da diqqət yetirməyə dəyər. Azərbaycanda Türk əhalisi ilə əhatə olunmuş İrandilli əhali qrupları sürətlə Türkləşmək üzrə idi. Milliyyətcə Tat olan İranın bu demokrat yazarı göstərirdi ki, son zamanlaradək Zəncan ostanındakı əski Zəhra bölüyünün 28 parça kəndi Tat dilində danışdığı halda, az sonra vur-tut 9 kənddə Tat danışığı eşitmək olardı. O ya- zırdı: “Zəncan və Marağadan gələn Türk dili qasırğa kimi öz yoluna çıxan İran ləhcələrinin hamısını süpürüb aparır.”39 Bununla belə Pəhləvi rejiminin assimilyasiya siyasəti- nin uğursuzluğunu mütləqləşdirmək qətiyyən doğru deyil- dir. Bu siyasət Azərbaycanın sosial-iqtisadi baxımdan geridə qalmasına, əhalinin böyük hissəsinin öz vətənini tərk etmə- sinə, buranın mədəni cəhətdən bərbad duruma düşməsinə gətirib çıxartdı. Bu siyasətin ən vacib nəticələrindən birisi də Türklər arasında millətləşmə sürəcinin son dərəcə lən- gidilməsi oldu. Bu mərhələdə də milli təmərküzləşmənin mühüm şərtləri həll edilməmiş qaldı. İslam inqilabı ərəfəsin- də rəsmi pan-İranist, irqçi tarix görüşünü şübhə altına ala biləcək milli keçmiş görüşü yaranmadı, Azərbaycanın gələ- cəyi ilə bağlı əsaslandırılmış görüşlər ortaya atılmadı, çeşid- li səbəblərdən millətin və dilin adı ilə bağlı müxtəliflik (Türk,
Azərbaycan, Azəri) yarandı.
38 Xandəniha, 11.09.1962, s.9.
39 Cəlal Ale-Əhməd, Tatneşinhaye boluke Zəhra, Tehran, 1958, s. 43.
İrandakı son inqilab (1979) da Fars olmayanların prob- lemlərini həll etmədi. Tütkcənin durumunda diqqətçəkən böyük dəyişiklik olmadı. Bununla belə Əsas Qanunda İranın çoxmillətli ölkə olması dolayısı ilə etiraf olundu. Əsas Qa- nunun 19. maddəsində yazılıb: “İran əhalisi etnik [qövm] və tayfa mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqa malikdir, dərinin rəngi, irq, dil imtiyaz üçün əsas ola bilməz.” Əvvəlki Əsas Qanuna nisbətən bu, onun müsbət cəhəti idi. Lakin keçmiş Əsas Qanunda dövlət dili anlayışının olma- masına rəğmən, İran İslam Respublikasının Əsas Qanununda yazılmışdır: “İran xalqının rəsmi müştərək dili və əlifbası Fars dili və əlifbasıdır.’ (15-ci maddə). Elə buradaca məzlum xalq- lara dilənçi payı təklif olunur: “Mətbuat, kütləvi informasi- ya vasitələri və məktəblərdə ədəbiyyat dərslərinin tədrisin- də Fars dili ilə yanaşı yerli [bumi] və etnik [qövmi] dillər- dən istifadə azaddır.”
Türklərin dil və kültür sahəsindəki gözləntiləri də özü- nü doğrultmadı. Yeni İslami hakimiyyət özünü möhkəmlədən kimi Türk kültürünün sərbəst inkişafı dövrünə son qoydu, onu əvvəlki Pəhləvi hakimiyyəti dövründəki məzlumiyyət çərçivəsinə saldı. Millətləşmə sürəcinin mədəniyyət sahə- sinə, ilk sırada milli dilə aid problemləri həll edilməmiş qaldı. Türk kültürü uğrunda mübarizə yeni İslam rejiminin müəyyən etdiyi sərt normalarda və çərçivədə də davam etdi. Əsas hədəf yenə də milli dilin istifadə alanının geniş- ləndirilməsi idi. Hər prezident seçkisində namizəd göstə- rilən şəxslərin əksəriyyəti Təbrizə və Azərbaycanın başqa şəhərlərinə səfərləri zamanı məhdud hüquqlar verən ana- yasanın 15 və 19. maddələrinin uyğulanması vədini ver-
miş, ölkə başçısı seçiləndən sonra bu vədini unutmuşdur.
2006’nın mayında rəsmi İran qəzetinin Türkləri təhqir etməsinə qarşı etiraz hərəkatı zamanı on minlərlə insan spontan şəkildə Azərbaycanın demək olar bütün şəhərlərin- də, eləcə də Tehranda küçələrə töküldü. Etirazçıların polislə toqquşması və çoxsaylı ölənlərin olması məsələnin bəsit bir karikatur məsələsi olmamasını göstərdi. Çeşidli tələblər ara- sında Türk dili haqqında tələblər daha çox eşidildi: Türk di- lində mədrəsə, olmalıdır hər kəsə!; Türk dilini atmarıq, Fars dilinə satmarıq!; Türkün dili ölən deyil, Fars dilinə dönən deyil!; Türk dili İranda rəsmi dövlət dili olmalıdır! May ayı- nın 28’də İslam Şura Məclisi binasının qarşısındakı nüma- yişdə oxunmuş qətnamənin (Milli Manifest) 33 maddəsin- dən altısı birbaşa milli dillə bağlı problemlərin həll edilməsi zərurəti haqqında idi. Burada ‘Türk dilinin rəsmən tanınma- sı’; Azəri adının işlədilməməsi; Türkcə radio-televiziya mərkəzinin, Türk dil və ədəbiyyatı qurumunun yaradılması; ölkə universitetlərində Türk dili bölümlərinin təsisi;40
Türkcə kitabların çapına yardım edilməsi; ‘Fars dilində əskinaslarla yanaşı Azərbaycan Türkcəsində də əskinasla- rın çapı’; [Yeni doğulmuş uşaqlara] ‘Türkcə adların qo- yulmasına mane olmamaq’ kimi tələblər yer almışdı.41
Sonuc
Uzun əsrlər boyu yad dillər Türk yurdu Azərbaycanda məscid, dəftərxana və məktəb dilləri oldular. Bu dillərin
40 Türk dili bölümü hazırda bir neçə universitetdə fəaliyyət göstərir.
41 Geniş bilgi üçün baxın: Nesib Nesibli, Azerbaycan Tarihi: Millet, Devlet ve Siyaset, Ankara: Altınordu, 2019, s. 618-623.
daşıyıcıları Türklüyə zidd dəyərləri sırıdılar, idarə-siyasət və mədəniyyət sahələrinin milliləşməsinə mane oldular. Türk dili onlarla uzun mücadilə yolu keçdi, arxasında dövlət gücü olan dillərin müqavimətini qıraraq zamanla statusunu yük- səltdi, işlənmə sahələrini genişləndirdi. Türk dili dramatik tarixi mübarizəsi ilə möhtəşəm abidəni haqq etmişdir.
İndiki Quzey Azərbaycanda Türkcənin (Azərbaycan di- linin) rəqibsiz dövlət dili durumuna gətirilməsi günümü- zün ən önəmli milli məsələlərindəndir. İdarəçilikdə, təhsil sistemində anayasal tələb yerinə yetirilməlidir. Bu, hər şey- dən öncə Azərbaycan Respublikasının təhlükəsizliyi məsə- ləsidir. Üstəlik, qanunvericilikdə təsbit edilmiş bir tələbdir: Dövlət milli mədəniyyətin qorunması və inkişafına məsu- liyyət daşıyır. Dil millətin qurucu ünsürlərindən biridir. Dil problemini çözə bilməmiş bir millət, hələ millətləşmə sürə- cində gərəkən növbəti aşamaları keçmək zorundadır.
Güney Azərbaycanda Türk dili layiq olduğu statusa sa- hib olmalıdır və sahib olacaq. Çünki 35 milyonluq bir top- lumun dilini aşağılamaq, onu dükan-bazar dili səviyyəsin- də (bumi, ya da qövmi) saxlamaq gözgörəsi ədalətsizlikdir. Üstəlik, etnik-milli inkişafın təbiətinə ziddir. Bəzi milli qrup- ların dil məsələsini önəmsəməməsi də ağılalmaz bir yanlış yanaşmadır. Çünki Türkcənin rəsmi statusa sahib olması İranda Azərbaycan/Türk məsələsinin çözülməsinin başlan- ması deməkdir.