Torontoda Əliheydər Mirzəbəyovun 60 illik yubileyi keçirilib

Torontoda Əliheydər Mirzəbəyovun 60 illik yubileyi keçirilib

Kanadanın Toronto şəhərində tanınmış bəstəkar və musiqiçi Əliheydər Mirzəbəyovun 60 illik yubileyi münasibətilə tədbir keçirilib.

"Azerbaijan Post" xəbər verir ki, “Fourie Mall” Teatr Salonunda keçirilən tədbirdə Kanada-Azərbaycan icmasının sənət adamları, mədəniyyət xadimləri və musiqisevərlər iştirak edib.

Yubiley gecəsində səsləndirilən bütün musiqi əsərləri Əliheydər Mirzəbəyova məxsus olub, ifa olunan bəzi mahnıların həm sözləri, həm də musiqisi müəllifin öz qələmindən çıxıb. 

Tədbirdə tanınmış Kanada-Azərbaycan sənətçiləri  Həsən Ənami, Məhəmməd Əman, Yusif Savalan, Xosrov Məlik
 Cahanlı, Turan, Nuşin, Leyla,Neda və Darya çıxış edərək Əliheydərin müxtəlif illərdə bəstələdiyi əsərləri ifa ediblər. 

Yubiley gecəsi hörmət, ehtiram və milli kimlik ruhu ilə yadda qalıb. Tamaşaçıların səmimi reaksiyası və emosional qarşılanma bir daha təsdiq qedib ki, Əliheydərin əsərləri artıq icmanın kollektiv yaddaşının ayrılmaz hissəsinə çevrilib.

Qeyd edək ki, Əliheydər Mirzəbəyov illər boyu Azərbaycan xalq musiqisinin ruhunu qoruyaraq, onun melodik və mənəvi dəyərlərini diaspor mühitində yaşatmağa nail olub. Onun yaradıcılığı nəsillər arasında mədəni körpü rolunu oynayır və musiqini milli kimliyin əsas ifadə vasitələrindən birinə çevirir.

Əliheydər Mirzəbəyovun 60 illik yubileyinə həsr olunmuş bu tədbir Kanada Azərbaycan icmasının mədəni həyatında mühüm hadisə kimi yadda qalmış və sənətkarın yaradıcılıq yoluna verilən layiqli qiymətdir.

"Azerbaijan Post"

Torontoda Əliheydər Mirzəbəyovun 60 illik yubileyi keçirilib


Leave a Comment