Kanadaya vizasız giriş imkanları genişləndirilib.

Kanadaya vizasız giriş imkanları genişləndirilib.

Kanadanın Miqrasiya, Qaçqın və Vətəndaşlıq İdarəsi (IRCC) elan edib ki, 2026-cı ilin əvvəllərindən etibarən Kanadaya vizasız giriş imkanı olan ölkələrin siyahısı genişləndiriləcək və Filipin bu siyahıya daxil ediləcək. Buna görə də, uyğun Filipin vətəndaşları 100 Kanada dolları ödəməklə turist vizası almaq əvəzinə, yalnız 7 Kanada dolları qarşılığında Elektron Səyahət İcazəsi (eTA) əldə edərək ölkəyə daxil ola biləcəklər.

Qeyd üdək ki, "eTA" səyahət icazəsi yalnız hava yolu ilə Kanadaya giriş üçün etibarlıdır və birbaşa müraciətçinin pasportuna əlavə olunur. Bu icazəyə sahib olan şəxslər beş il müddətində və ya pasportun etibarlılıq müddəti bitənədək bir neçə dəfə Kanadaya səyahət edə bilərlər. Lakin dəniz yolu, kruiz gəmiləri və ya torpaq marşrutları ilə giriş üçün hələ də adi Kanada vizası tələb olunur.

Filipinlə yanaşı, siyahıya 12 ölkə də əlavə olunub: Tailand, Argentina, Kostarika, Mərakeş, Panama, Seyşel, Uruqvay və Karib dənizi regionundan bir neçə ölkə. Bu addım Kanadada turizm, biznes və ailə səyahətlərini asanlaşdırmaq və ölkəyə daha çox turist cəlb etmək məqsədini daşıyır.

"eTA"dan istifadə etməyin əsas şərti isə keçmişdə etibarlı səyahət tarixçəsinə sahib olmaqdır. Müraciətçi son 10 ildə Kanada turist vizasına malik olmalı və ya hazırda ABŞ-ın etibarlı qeyri-miqrasiya vizasına sahib olmalıdır. Təsdiq edildikdən sonra icazə elektron şəkildə pasporta əlavə olunur və Kanadaya sürətli və rahat giriş imkanı verir.

Ekspertlər bildirirlər ki, vizasız giriş imkanlarının genişləndirilməsi həm səyahətçilər, həm də Kanadanın iqtisadiyyatı üçün faydalı olacaq. Səyahətçilər daha az xərc və sadə prosedurla Kanadaya gələ biləcək, Kanada isə turistlər, investorlar və beynəlxalq maliyyə axını cəlb edəcək. Bu tədbir həmçinin böyük şəhərlərdə hava limanları və turizm xidmətlərinə olan tələbi artıracaq.

Bu addımla Kanada göstərir ki, beynəlxalq səyahət və miqrasiya proseslərini asanlaşdırmaq və sürətləndirmək niyyətindədir, xüsusilə ölkə ilə diplomatik və iqtisadi əlaqələri geniş olan dövlətlər üçün. Bu qərar digər ölkələrə də stimul verə bilər ki, Kanada qısa müddətli və biznes səfərləri üçün etibarlı və sərfəli bir marşrut kimi seçilsin.

Kanadaya vizasız giriş imkanları genişləndirilib.


Leave a Comment