65 illik ömür, bir ömürlük sənət yolu – Çingiz Mehdipurla müsahibə Azərbaycan Respublikasının Milli Məclisindən təbrik mesajı

Hörmetli Çingiz müellim,
Sizi 65 illik yubileyiniz münasibetile semimi-gelbden tebrik edirem!
Siz Azerbaycan aşıq sanatinin orunması, inkişafı va yeni nasillere ötürülması istiqametinda mühüm xidmetler göstermiş senet adimisiniz. Aşıg musiqisinin, saz havalarının ilk defa nota köçürülmasi sahasinde gördüyünüz peşekar işlar milli musiqi irimizin elmi esaslarla yaşadılmasına va gelecek nesillere çatdırılmasına böyük töh-fedir.
«Dalğa» musiqi qrupunun va «Rövşan» musiqi mektebinin qurucusu kimi fealiy- yatiniz, elace de ictimai va sanat sahasınde gördüyünüz ışler sızın çoxşaxalı yara-dıcılıq ve teşkilatçılıq potensialınızı parlag şakilda nümayış etdirir.
Bu alametdar günde Size möhkem cansağlığı, uzun ömür, tükenmaz yaradıcılıq enerjisi ve yeni senet uğurları arzulayıram!

65 illik ömür, bir ömürlük sənət yolu – Çingiz Mehdipurla müsahibə Azərbaycan Respublikasının Milli Məclisindən təbrik mesajı

Tanınmış aşıq sənətinin görkəmli nümayəndəsi, “Dalğa” musiqi qrupunun və “Rövşən” musiqi məktəbinin qurucusu Çingiz Mehdipur 65 illik yubileyini qeyd edib. Bu əlamətdar gün münasibətilə Azərbaycan Milli Məclisi tərəfindən ona rəsmi təbrik məktubu ünvanlanıb.

Yubiley münasibətilə “Azerbaijan Post”un jurnalisti sənətkarla söhbətləşib. Söhbət zamanı sənətkarın həyat yolu, yaradıcılıq fəaliyyəti, aşıq sənətinin bugünkü vəziyyəti və gələcək planları ətrafında maraqlı fikirlər səsləndirilib.

Müsahibəni təqdim edirik:

-65 illik yubileyiniz münasibətilə sizi səmimi-qəlbdən təbrik edirik və yaradıcılığınızda yeni uğurlar arzulayırıq. Bu yaş mərhələsində özünüzü necə hiss edirsiniz? Ümumilikdə yaş amilinin yaradıcılıq prosesinə təsirini necə qiymətləndirirsiniz?

-Təbrikə görə çox sağ olun, minnətdaram.
Mənim fəaliyyətim aşıq sənəti ilə bağlıdır. Təəssüf ki, bu gün aşıq sənəti keçmişlə müqayisədə kifayət qədər ağır bir vəziyyətdədir. Bu sənətə ciddi yanaşma nadir hallarda müşahidə olunur. Çox vaxt çayxanalarda və ya toy məclislərində daha səthi və bayağı formada təqdim edilir.
Halbuki aşıq musiqisi bu gün də dünyanın ən ciddi musiqi janrlarından biri hesab olunur. Çünki o, Azərbaycan xalqının mədəniyyətinin ayrılmaz və mühüm hissəsidir.
Yaşımın bu mərhələsinə baxmayaraq, belə bir sənətin çətin günlərində onun xidmətində durmağı özümə borc bilirəm. Sevinirəm ki, 65 ilimi boşuna yaşamamışam və bütün gücümlə bu sənətə xidmət etmişəm.

-Azərbaycan Milli Məclisi, o cümlədən millət vəkili Fazil Mustafa tərəfindən yubileyinizlə bağlı təbrik mesajları aldınız. Bu diqqəti gözləyirdinizmi? Bu cür yüksək səviyyəli münasibət sizin üçün hansı mənanı daşıyır?

-Açığını desəm, bunu heç gözləmirdim demək doğru olmaz. Çünki mən əsalətən Cənubi Azərbaycandan olsam da, bütün ömrüm boyu fəaliyyətim Azərbaycan mədəniyyətinə xidmət üzərində qurulub.
10 ildən artıqdır ki, Şimali Azərbaycanda yaşayıram və bu müddət ərzində də boş dayanmadım. Heydər Əliyev Sarayında 5 möhtəşəm konsert proqramı təşkil etmişəm: “Qarabağ dərdi”, “Arazın səsi”, “Təbrizin səsi”, “Göyçə aşıq məktəbi: dünən və bu gün”, “Sahildən sahilə könül körpüsü”.
2022-ci ildə Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı Prezident sərəncamına əsasən, onun 18 şeirindən ibarət disk hazırladım.
2024-cü ildə Şuşada keçirilən “Xarı bülbül” festivalında Sevda Ələkbərzadə və Aşıq Nəbi Nağıyevlə birlikdə uğurlu çıxışımız oldu.
700-dən çox aşıq havasını tarixi baxımdan, lad və ölçü xüsusiyyətləri ilə birlikdə həm kitab, həm də audio formatda hazırlamışam. Ümid edirəm ki, bu il çap etdirə biləcəyəm.
İlk dəfə “Saz məktəbi” kitabını yazmışam və bu kitab 2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən nəşr olunub. 
120-dən çox aşıq havasını nota köçürmüşəm.
Yaratdığım “Dalğa” musiqi qrupu ilə 30-dan çox xarici ölkədə uğurlu konsertlər vermişik.
Belə bir fəaliyyət fonunda bu diqqəti müəyyən qədər gözləyirdim. Fürsətdən istifadə edərək, Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hörmətli Fazil Mustafa cənablarına mənə göstərdiyi diqqətə görə səmimi təşəkkürümü bildirirəm.

-Bir müddətdir Bakıda yaşayır və fəaliyyət göstərirsiniz. Hazırda paytaxtda aşıq sənətinə marağı necə dəyərləndirirsiniz? Bu sahədə müşahidə etdiyiniz yeniliklər və dəyişikliklər nələrdir?

-Yuxarıda aşıq sənətinin bugünkü vəziyyəti haqqında fikirlərimi bildirdim. Burada isə onu demək istəyirəm ki, atalar demişkən, “tək əldən səs çıxmaz”. Bu problemin həlli dövlət dəstəyi ilə mümkündür.
Mən öz üzərimə düşəni etməyə çalışıram və etdiyim yeniliklər də hər kəsə məlumdur. Lakin bu problemlərin həlli təhsildən — məktəblərdən başlamalıdır.
Bu gün aşıq sənətini öyrənənlərin musiqi savadı olmazsa, onlar bu sənəti dünya səviyyəsində təqdim edə bilməzlər. Nəticədə isə bu sənət yalnız toyxana və çayxana mühitində qalaraq tədricən məhv ola bilər. 

-Bir il əvvəl aprel ayında “Dalğa” qrupu ilə birlikdə Bakı səhnəsində möhtəşəm bir konsert proqramı ilə çıxış etdiniz. Həmin konserti ümumi olaraq necə qiymətləndirirsiniz? Tamaşaçı reaksiyası sizi qane etdimi?

-Bu sual mənim bir qədər yaralı yerimdir.
Bir misal çəkim: İtaliyanın dünya şöhrətli vokal ifaçıları Luciano Pavarotti və Andrea Bocelli-nin konsertlərində zalın ön sıralarında ölkə rəhbərləri əyləşir və ifanı böyük diqqətlə dinləyirlər.
Çünki o musiqi həmin xalqın mədəniyyətinin bir hissəsidir. İndi isə qayıdaq özümüzə. Mən Cənubi Azərbaycanda doğulmuşam və bu günə qədər məktəblərdə ana dilimlə bağlı heç bir kitab görməmişəm. Bu dili və mədəniyyəti bu günə qədər qoruyub saxlayan əsas qüvvə aşıq sənəti və aşıqlar olub.
Sual olunur: belə bir sənət niyə konsert salonlarında az görünür, amma çayxana və toyxanalarda sıradanlaşır?
“Dalğa” qrupu ilə Bakıda müxtəlif tədbirlərdə çox çıxışlarımız olub. Lakin böyük konsertlərin əksəriyyətini özüm təşkil etmişəm. Təəssüf ki, gözlənilən maraq hər zaman olmayıb.
2017 və 2019-cu illərdə təşkil etdiyim konsertlərdə təxminən 40 min manat civarında ziyan etmişəm. Digər üç konsert isə dostların, o cümlədən “Ulu Göyçə” şirkətinin sponsorluğu ilə həyata keçirildiyindən zərərsiz başa gəlib.

-Yaxın gələcəkdə yeni konsert və ya layihə planlarınız varmı? İzləyicilər sizi nə vaxt və harada yenidən səhnədə görə biləcək?

-2026-cı il üçün konsert planlarımız var idi. Əslində, may ayının 2-si üçün planlaşdırmışdıq. Lakin təəssüf ki, İranda baş verən hadisələr səbəbindən qrup üzvlərinin Bakıya gəlişində problemlər yarandı və layihəni müvəqqəti dayandırmalı olduq. 
Ümid edirəm ki, yaxın zamanda vəziyyət sabitləşər və konsertin tarixini izləyicilərimizə elan edə bilərik.

-Son dövrlərdə İran ətrafında baş verən siyasi və ictimai proseslər sənət və yaradıcılıq mühitinə necə təsir göstərir? Bu dəyişikliklər sizin musiqinizdə və sənət yanaşmanızda hansısa iz buraxırmı?

-Bu proseslərin nəticəsi olaraq, qeyd etdiyim kimi, planlaşdırdığımız konsert baş tutmadı.
İranda baş verən gərginlikdən əvvəl Təbriz və digər şəhərlərdə çox gözəl konsertlər və “Koroğlu”, “Qaçaq Nəbi” kimi tamaşalar səhnələşdirilmişdi. İnsanların üzündə sevinc var idi. Məsələn, “Koroğlu” tamaşası bir ay səhnədə qaldı və 50 mindən çox tamaşaçı tərəfindən izlənildi.
Təəssüf ki, bu müsbət proses uzun sürmədi. Belə vəziyyətlərdə ən böyük zərbəni sənət və sənət adamları alır".

Xalidə Gəray
"Azerbaijan Post"

65 illik ömür, bir ömürlük sənət yolu – Çingiz Mehdipurla müsahibə Azərbaycan Respublikasının Milli Məclisindən təbrik mesajı


Leave a Comment