Ontario hökuməti səhiyyə xidmətlərini yaxşılaşdırmaq üçün yeni bir xəstəxana tikiləcəyini elan edib.
Rəsmi məlumata görə, hökumət York bölgəsində East Gwillimbury ərazisində yeni bir kəskin tibbi yardım xəstəxanasının planlaşdırılması üçün 10 milyon dollar ayırıb. Eyni zamanda Newmarket şəhərində yerləşən Southlake Health xəstəxanasının da genişləndirilməsi və yenilənməsi başlayır.
Bu layihələr 250 mindən çox insana xidmət edəcək. Məqsəd xəstəxanalarda sıxlığı azaltmaq, gözləmə vaxtını qısaltmaq və daha yaxşı tibbi xidmət verməkdir.
Yeni xəstəxanada əməliyyat, daxili xəstəliklər, ortopediya, reabilitasiya, ana və uşaq sağlamlığı və uşaq psixi sağlamlığı kimi bölmələr olacaq. Həmçinin təcili yardım şöbəsi və müasir tibbi avadanlıqlar da nəzərdə tutulur.
Southlake xəstəxanasında isə çarpayı sayı artırılacaq və təcili yardım xidmətləri daha da gücləndiriləcək.
Hökumət bu layihəni “Your Health: A Plan for Connected and Convenient Care” adlı proqramın bir hissəsi kimi təqdim edir. Bu proqram çərçivəsində Ontario boyunca 50-dən çox yeni və ya yenilənmiş xəstəxana layihəsi planlaşdırılır.
Hökumət bildirir ki, bu işlər səhiyyə sisteminə 64 milyard dollarlıq böyük investisiyanın bir hissəsidir və gələcəkdə minlərlə yeni xəstəxana çarpayısı əlavə ediləcək.
Jafar Khosravani Manesh
( LJI Reporter)