Kanadada yaşayan bütün sakinlərin nəzərinə çatdırılır ki, 2026 Kanada siyahıyaalması prosesi başlayıb. Bu siyahıyaalma təhsil, nəqliyyat, səhiyyə və şəhər inkişafı kimi dövlət xidmətlərinin düzgün planlanması üçün çox vacibdir. Qanuna görə bütün ev təsərrüfatlarının bu prosesdə iştirakı məcburidir.
Kanada Statistika İdarəsi bütün ailələrdən xahiş edir ki, siyahıyaalma formasını vaxtında doldursunlar. Bunun üçün:
- Sizə ev ünvanınıza rəsmi məktub göndərilib.
- Bu məktubda Secure Access Code (təhlükəsiz giriş kodu) var.
- Bu koddan istifadə edərək rəsmi veb-sayta daxil olub formanı onlayn doldura bilərsiniz.
Rəsmi sayt: https://www.census.gc.ca/
Vacib qeyd:
Zəhmət olmasa yalnız sizə göndərilən koddan istifadə edin və məlumatları yalnız Kanada hökumətinin rəsmi saytı vasitəsilə daxil edin. Verilən məlumatlar tam gizli saxlanılır və “Statistics Act” qanununa əsasən qorunur.
Kanadanın Baş Statistika Məmurunun mesajı
Kanada 2026 siyahısında iştirak etdiyiniz üçün təşəkkür edirik. Əhali siyahısı və kənd təsərrüfatı siyahısı Kanadadakı insanların və kənd təsərrüfatının ümumi vəziyyətini göstərir. Verdiyiniz məlumatlar icmalar, bizneslər və hökumət üçün çox vacibdir. Bu məlumatlarla iş yerləri, məktəblər, avtobus və qatar nəqliyyatı, xəstəxanalar və başqa xidmətlər planlaşdırılır.
Sizin verdiyiniz məlumatlar “Statistics Act” qanununa əsasən toplanır və tam gizli saxlanılır. Qanuna görə, hər ev təsərrüfatı 2026 əhali siyahısını doldurmalıdır.
Əgər siz kənd təsərrüfatı ilə məşğulsunuzsa, kənd təsərrüfatı siyahısını da doldurmaq məcburidir.
Kanada Statistikası bəzi məlumat mənbələrindən (immiqrasiya, vergi və yardım məlumatları kimi) istifadə edir ki, insanlar üzərindəki sorğu yükü azalsın.
Verdiyiniz məlumatlar başqa statistik və araşdırma işlərində də istifadə oluna bilər və başqa məlumatlarla birləşdirilə bilər.
Kanadanın statistik mənzərəsinə özünüzü daxil edin — siyahı formasını bu gün doldurun.
Təşəkkür edirik,
André Loranger
Kanadanın Baş Statistika Məmuru