Ontario əyalətinin baş vəziri, Doug Ford, Toronto sahilində yerləşən "Ontario Place" bölgəsini yenidən qurmaq tərəhinin əsas bir bölümü olaraq, yeni Ontario Elm Mərkəzinin (Ontario Science Centre) tikintisinə başlanmasını rəsmi şəkildə elam etdi. Bu münasibətlə keçirilən xəbər konfransında, əyalətin turizm vəziri Stan Cho və elm mərkəzinin amantçılar heyətinin başçısı John Carmichael da çıxış edərək bu tərəhin bölgə üçün önəmini vurdular.
Bu mərkəzin yeni binası, qabaqkı köhnə binaya nisbətlə daha çağdaş və gəlişmiş texnologiyalarla qurulacaq və gələcəkdə elm, öyrəncilər və turistlər üçün böyük bir mərkəz olacaqdır. Doug Ford öz çıxışında qeyd etdi ki, bu tərəh Toronto şəhərinin sahil bölgəsinə yeni bir can və inam gətirəcəkdir.
Xəbər konfransının sonunda, jurnalistlər baş vəzirdən kabine azası Caroline Mulroney haqqında soruşdular. Caroline Mulroney özün ötən günlərdə elam etmişdi ki, iyun ayından başlayıb həm kabinedən çəkilir və həm də öz parlamentarlıq (MPP) vəzifəsindən istefa verir. Doug Ford xəbərçilərin bu barədəki sorularına cavab verərək Mulroneynin bu qərarını təsdiq etdi və ona öz baxışını bildirdi.
Jafar Khosravani Manesh
( LJI Reporter)