İranda Türklərin kimlik gücü - Yashar(Ali) Poorali

This article, prepared for the special issue of Varlıq journal on the centenary of Dr. Cavad Heyət, examines his intellectual legacy and the broader role of the Varlıq circle in shaping linguistic, cultural, and identity discourse among Iranian Turks, particularly within the framework of the Azerbaijani national movement. The study situates Dr. Heyət’s work within modern debates on Turkic identity, Azerbaijani cultural revival, and the politics of historiography in Iran.

The paper argues that the development of Turkic cultural consciousness in Iran has been closely linked to the activities of intellectual elites who sought to preserve language, literature, and historical memory under conditions of strong nation-state centralization and assimilation policies during the twentieth century. It highlights the role of cultural production, scholarly critique, and media initiatives in sustaining identity-based discourse and fostering intergenerational continuity.

Furthermore, the article explores the evolution of the Azerbaijani national movement from primarily cultural-intellectual foundations toward broader socio-political engagement, emphasizing the interaction between identity formation, transnational Turkic connections, and regional geopolitical dynamics. Special attention is given to the symbolic and discursive transformations of key identity terms and the shifting representations of Azerbaijani Turks in both academic and public spheres.

Overall, the study presents Dr. Cavad Heyət as a significant figure in the intellectual history of Turkic studies in Iran, while framing the Varlıq tradition as a central platform in the articulation and development of modern Azerbaijani cultural identity.

İranda Türklərin kimlik gücü - Yashar(Ali) Poorali


ISSN 2819-4047 - ISSN 2819-4055

Bu məqalə Creative Commons Attribution 4.0 International License (CC BY 4.0) şərtləri ilə nəşr olunub.
Müəllifin adı və mənbə göstərildiyi təqdirdə, istənilən mühitdə sərbəst istifadə, yayım və surət çıxarmaq icazəlidir.

Lisenziya linki:
https://creativecommons.org/licenses/by/4.0/


Doktor Cavad Heyətin 100 illiyi  münasibətilə bu məqalə “Varlıq” dərgisinin xüsusi buraxılışı üçün hazırlanıb. Məqsəd, onun və “Varlıq”ın bütün yazarlarının elmi, fikri və kimlik sahəsindəki mövqeyini, həmçinin onların İranda və Azərbaycanda türkçülük kimliyinin formalaşması və güclənməsində göstərdikləri mühüm təsiri hərtərəfli şəkildə araşdırmaq və dəyərləndirməkdir.
Bu yazı Doktor Heyətin fəaliyyət və düşüncələrini türkçülük və azərbaycançılıq anlayışları çərçivəsində, “Azərbaycan Milli Hərəkatı” prizmasından təhlil etmək məqsədilə qələmə alınıb. Bu hərəkatın kimlik, fikri, mədəni və tarixi kökləri yüz ildən artıq bir dövrə dayanır.Türk milli kimliyi məsələsi İranda o zaman ön plana çıxdı ki, İrandakı türk dövləti hərbi müharibə yolu ilə deyil, Qərbin müstəmləkəçi gücləri, o cümlədən Böyük Britaniya, Fransa, Rusiya və Amerika Birləşmiş Ştatlarının əməkdaşlığı ilə, kimlik alətləri və tarix təhrifləri vasitəsilə süquta uğradıldı. Bu ölkələr tarixi yenidən yazaraq və İranın həqiqi tarixi ilə türk kimliyinin yerinə saxta, ariyalıq əsaslı narrativləri yerləşdirərək, türk mənşəli Qacar hakimiyyətinin süqutuna və onun yerinə farsmərkəzli bir dövlətin qurulmasına zəmin yaratdılar.Bu proses hərbi işğal olmadan, lakin dövlət quruluşunun, hakim dilin və rəsmi tarixin yenidən tərifi yolu ilə həyata keçirildi və böyük güclərin türklərin tarixi kimliyinə qarşı apardığı kimlik savaşı və siyasi mühəndisliyin açıq bir nümunəsi oldu.
Yüz ildən artıq davam edən proseslərin təhlili göstərir ki, 105 il keçməsinə baxmayaraq, həmin beynəlxalq oyunçular hələ də İranda təsir imkanlarını genişləndirmək, gələcək dövlət modelini formalaşdırmaq və daha çox imtiyaz əldə etmək üçün bir-biri ilə rəqabət aparırlar. Son qırx il ərzində bu güclər milyardlarla dollar xərc çəkərək özlərinə bağlı müxalifət və media strukturlarını hakimiyyətə alternativ kimi hazırlamış, son etirazlar vasitəsilə İranın gələcək dövlətini öz himayələrində olan qüvvələrlə əvəz etməyə çalışlblar.
Lakin mövcud şərait əvvəlkilərdən fərqlidir. Türklərin kimlik oyanışı və Azərbaycan Milli Hərəkatı elə bir mərhələyə çatmışdır ki, bu proses təkcə daxili və xarici siyasi aktorların hesablarını pozmamış, eyni zamanda Türkiyə və Azərbaycan Respublikası kimi qonşu türk­dilli dövlətlərin də İranın yeni siyasi səhnəsində rolunu artırmışdır.
İran, Türkiyədən sonra dünyada türklərin əsas demoqrafik mərkəzlərindən biri hesab olunur. Bu əhalinin mühüm hissəsi Güney Azərbaycanda və ölkənin digər bölgələrində miqrant kimi deyil, bu torpaqların tarixi sakinləri kimi yaşayır. Bu toplum əsrlər boyu, xüsusilə son min il ərzində, türk mənşəli dövlətlərin qurulmasında və formalaşmasında fəal iştirak edərək İranın siyasi tarixində mühüm rol oynamış, eyni zamanda türk dilini və mədəniyyətini öz kimliyinin təməl ünsürü kimi qoruyub saxlamışdır.
Bu kimlik şüurunun davamlılığı və oyanışı təsadüfi və ya öz-özünə baş vermiş proses olmamışdır. Əksinə, XX əsrdə mərkəzləşdirilmiş millət-dövlət quruculuğu layihələri və vahidləşdirici siyasətlər qarşısında düşüncə və mədəniyyət elitasının məqsədli, ardıcıl və bəzən yüksək bədəlli fəaliyyəti nəticəsində formalaşmışdır. Bu siyasətlər beynəlxalq dəyişikliklər və güc balanslarının təsiri altında meydana çıxıb.
Bu kontekstdə Doktor Cavad Heyət mərkəzi və müəyyənedici rol oynayəb. Onun əsərləri və fəaliyyəti İranda və Azərbaycanda türklərin dil və mədəni kimliyinin qorunması istiqamətində strateji bir təşəbbüs kimi qiymətləndirilə bilər. Bu fəaliyyət elmi, mədəni və kimlik çərçivəsində kollektiv özünüdərk prosesini gücləndirmiş, türk tarixi və ədəbiyyatının yenidən
 oxunmasına və dəyərləndirilməsinə mühüm töhfə vermişdir.
Doktor Cavad Heyət şərqşünas yanaşmalarını tənqid edərək və İran türklərinin minilliklərə dayanan gerçək tarixi ilə yerli mənbələri təhlil edərək, təkcə Pəhləvi rejiminə deyil, həm də Qərbin kimlikyönlü siyasətlərinə qarşı mövqe sərgiləmişdir. O göstərirdi ki, mövcud tarixşünaslıq bir çox hallarda türklərə qarşı aparılan “təşkilatlanmış kimlik savaşı”nın tərkib hissəsi olmuşdur.
Heyətin əsərləri və fəaliyyəti İranda və Azərbaycanda türklərin kimlik oyanışı naminə davamlı bir mübarizəni, eləcə də xarici güclərin siyasətlərinə qarşı prinsipial dayanışı əks etdirir. Bu gün bəzi hegemon dövlətlərin öz məqsəd və strategiyalarını reallaşdırmaqda çətinliklərlə üzləşməsi müəyyən mənada Heyət, onun məsləkdaşları və türkçülük düşüncə axınının əsasını qoyduğu şüurlu və strateji yanaşmanın nəticəsi kimi dəyərləndirilə bilər. Bu yanaşma onların fikri və geosiyasi hesablamalarını ciddi şəkildə sarsıtmışdır.
Hətta Doktor Heyət və milli fəalların elmi-mədəni fəaliyyətə başladıqları dövrdə belə, mədəni türkçülüyə hər hansı meyl, eləcə də türk dilinin açıq və yazılı şəkildə istifadəsi hakimiyyət strukturlarının sərt müqaviməti ilə qarşılaşırdı. Pəhləvi dövlətinin siyasətləri mərkəzləşdirilmiş millət-dövlət quruculuğu layihəsi çərçivəsində və Böyük Britaniya ilə Rusiya kimi güclərin maraq və narrativləri ilə uyğun şəkildə, dil və kimlik sahəsində vahidləşdirmə üzərində qurulmuşdu. Bu çərçivədə türk kimliyi İranın tarixi dayaqlarından biri kimi deyil, əksinə, yeni siyasi düzən üçün problemli ünsür və potensial təhlükə kimi təqdim edilirdi.
Davamında məqalə, Azərbaycan Milli Hərəkatının ideoloji və kimlik əsasları kimi türkçülük və azərbaycançılığı təhlil edir və bunu son 20 ilə yaxın müddətdə əsasən xaricdə irəli sürülmüş yanaşma ilə qarşılaşdırır. Bu yanaşma daha çox bəzi siyasi fəallar və axının arxa plandakı dairələri tərəfindən, bəzən zahirən eyni mövqedə görünən, lakin keçmişi və mövqeləri qeyri-müəyyən olan şəxslər vasitəsilə təbliğ olunub və ciddi şəkildə yenidən nəzərdən keçirilib dəqiq tənqid edilməlidir.
Bu baxışa görə, Siyasi nitqdə «40 milyon azərbaycan türklərin»dan danışılır; lakin praktikada tələblər təxminən 13 milyon nəfərlik əhaliyə və «Güney Azərbaycan İstiqlal» ifadəsi sadəcə məhdud coğrafiyaya (Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan və Həmədan, Qəzvin, Qum vilayəti,) endirilir. Bu məhdudlaşdırma, genişmiqyaslı Azərbaycançılıq diskursunu əks etdirmir və onunla ziddiyyət təşkil edir.
Tədqiqatın nəticələri göstərir ki, bu coğrafiyamərkəzli və reduksionist yanaşma Azərbaycan Milli Hərəkatının mahiyyəti və real məqsədləri ilə ziddiyyət təşkil edir. Azərbaycançılıq ideologiyası çərçivəsində Azərbaycan Milli Hərəkatı, azərbaycançılıq ideologiyası çərçivəsində dünyada 50 milyondan artıq Azərbaycan türkünün və Güney Azərbaycanda 40 milyon azərbaycanlının hüquqlarının müdafiəsi və birliyi üzərində vurğu edir; türkçülük çərçivəsində isə, İranın bütün türklərinin hüquqlarının müdafiəsini və birliyini hər bir siyasi şəraitdə vahid çətir altında izləyir. Bu əsasda, 40 milyon Azərbaycan türkünün hüquqlarını müdafiə etməyə qadir olmayan bir cərəyan necə Azərbaycan Milli Hərəkatının həqiqi nümayəndəsi hesab oluna bilər?
Doktor Cavad Heyət və onun silahdaşlarının öncüllərindən olduğu yanaşma isə məhdud və sırf coğrafi baxışları aşaraq Azərbaycanın və İranın bütün türklərinin kollektiv kimliyini təmsil etməyi bacarmış və reduksionist yanaşmalardan əsaslı şəkildə fərqlənmişdir.
Doktor Heyətin və həmin dövrün milli fəallarının düşüncəsində əsas məqam müqavimətin hərbi deyil, mədəni və kimlik 
müstəvisində tərif olunması idi. Onların baxışına görə, dilin, tarixin və mədəni özünəinamın yenidən qurulması hər cür qısamüddətli siyasi qarşıdurmadan daha davamlı və təsirli nəticə verir. Məhz buna görə onun və silahdaşlarının, eləcə də o dövrün bütün milli fəallarının fəaliyyəti təkcə basdırıla bilmədi, həm də Azərbaycan Milli Hərəkatında sonrakı nəsil türk fəal və tədqiqatçıların yetişməsinə zəmin yaratdı. Bu proses türk kimliyinin, mədəniyyətinin və elmi araşdırmalarının davamlılığını təmin etdi və bunun bariz nəticələri bu gün də müşahidə olunur.
Kimlik yönümlü və türkçülük axınının intellektual-mədəni fəaliyyəti, mədəni elitanın, ziyalıların və bütün milli fəalların geniş səyləri, həmçinin Azərbaycan Demokrat Firqəsinin bir illik milli hökumət təcrübəsinin tarixi təsiri nəticəsində Azərbaycan Milli Hərəkatı 1995–1996-cı illərdə siyasi fəaliyyətin yeni mərhələsinə qədəm qoydu.
Həmin dövrdə tələbə fəallarının və gənc qüvvələrin dəstəyi ilə, xüsusilə Təbriz xalqı Azərbaycan Milli Hərəkatının mövqeyini təmsil edən bir Təbrizli universitet 
professorunun İslam Şurası Məclisinə namizədliyini müdafiə etdi və beləliklə hərəkat ümummilli siyasi iştirakın yeni fazasına daxil oldu.
Bu professor elmi keçmişinə, aydın nitqinə və peşəkar ictimai fəaliyyətinə söykənərək, Milli Hərəkatın prinsipləri istiqamətində azərbaycanlı türklərin dil, mədəniyyət və kimlik tələblərini ölkənin seçki və siyasi mühitində açıq və sistemli şəkildə gündəmə gətirməyə nail oldu. Hərçənd bu cəhdlər onun Məclisə düşməsi ilə nəticələnmədi və o, fəaliyyəti boyunca təhlükəsizlik təzyiqləri, həbs və işgəncə ilə üzləşdi, lakin onun şüurlu dirənişi və möhkəm mövqeyi, xüsusilə həmin dövrün gənc və tələbə nəslinin milli özünüdərki və siyasi özünəinamının güclənməsində həlledici rol oynadı.
Bu mərhələ göstərdi ki, əvvəlki dövrlərdə türkçülük sahəsində aparılan mədəni, təhsil və kimlik fəaliyyətləri, xüsusilə türkçü intellektualların nəzəri və təşkilatlı səyləri, yalnız dayandırılmadı, əksinə ardıcıl və vahid şəkildə davam edərək siyasi fəaliyyət sahəsinə daxil oldu. Bu dövrdə türkçülük Azərbaycan Milli Hərəkatının 
ideoloji və kimlik əsaslı mərkəzi kimi praktiki şəkildə tanındı və həmin dövrün siyasi rəhbərliyi də bu nəzəri çərçivənin davamlılığına xüsusi vurğu etdi.Türkçülük diskursunun o dövrdə davamlılığı belə 
şəraitdə baş verdi ki, türkçü fəallar və intellektuallar yalnız Pəhləvi hakimiyyəti, daha sonra isə İslam Respublikası tərəfindən strukturlaşdırılmış təzyiqlərlə üzləşmirdilər, həm də Güney Azərbaycandakı bəzi sol yönümlü dairələr tərəfindən diskursiv basqı və tənqidə məruz qalırdılar. Bütün bu çoxşaxəli təzyiqlərə baxmayaraq, 1990-cı illərin ikinci yarısında (1996–2000) Azərbaycan Milli Hərəkatı vahid türkçülük prinsiplərinə söykənərək, sadəcə mədəni bir hərəkatdan siyasi, şüurlu və tələbat yönümlü bir axına çevrilə bildi və rəsmi səlahiyyət sahələrində mövqeyini möhkəmləndirdi.
Eyni çərçivədə, bu diskursla uyğun mədəni məhsulların da genişlənməsi diqqət çəkir; məsələn, həmin dövrdə “Türk Elləri, Mənim Elim” şeir kitabının gizli və geniş yayılması. Bu kitab, İran türklərinin hamısını yadına salaraq, türkçülük baxışının universal olduğunu və coğrafi sərhədləri aşan kimlik birliyinə vurğu etdiyini açıq şəkildə göstərirdi. Belə mədəni əsərlər sübut edir ki, türkçülük siyasət sahəsinə daxil olsa da, mədəniyyət və kimlik sahəsində öz dərin köklərini qoruyub saxlamışdır.
İranda Azərbaycan Milli Hərəkatı həmişə türkçülük və real azərbaycançılıq əsasında formalaşıb və bu gün də yolunu davam etdirir. Bu prosesin ən bariz nəticələrindən biri, mədəni və siyasi ədəbiyyatda “Azəri” sözünün tədricən “Türk” ilə əvəz olunmasıdır; bu dəyişiklik türk kollektiv kimliyinin şüurlu şəkildə yenidən təyin olunmasını göstərir.
Tarixi və simvolik məkanlarda, məsələn Babək qalası və 
Tehranda Səttarxan türbəsində keçirilən geniş toplantılar, tarix, kimlik və türk milli tələbləri arasında dərin əlaqəni nümayiş etdirirdi. Təbrizdən sonra Tehran da Azərbaycan Milli Hərəkatının əsas mərkəzlərindən birinə çevrildi. “Varlıq” jurnalının və paytaxtda digər türk tələbə nəşrlərinin yayımlanması,
 tanınmış milli fəalların universitet tədbirlərində çıxış və şeir oxuması, tələbə nəşrlərinin geniş yayılması və həftəlik “Ümid Zəncan” jurnalının fəaliyyəti, eləcə də redaktoru Həkimi­puroun Tehran Şəhər Şurası seçkilərində uğuru, türkçü axınının təşkilatlanmasını, genişlənməsini və ictimai sahədə effektiv iştirakını göstərirdi. Eyni dövrdə Tehran həmçinin Azərbaycan türklərinin yerli nəşrlərinin əsas satış və yayım mərkəzlərindən birinə çevrildi.
Hətta 2006-cı ildə türklərin ən genişmiqyaslı ümumxalq etirazlarından birinin ilk qığılcımları, “İran” qəzetində yayımlanan məzmuna cavab olaraq, Tehran türkləri öyeənciləri tərəfindən başladıldı və qısa müddət ərzində bütün türk şəhərlərinə yayıldı. Bu hadisə, bu hərəkatın mədəni və kimlik əsaslı tələbçilik yolunun davamlılığını və dinamizmini açıq şəkildə göstərdi və sübut etdi ki, Tehran, türklərin əhəmiyyətli demoqrafik və universitet mərkəzlərindən biri olaraq, kimlik proseslərində və ictimai təşəbbüslərdə aktiv və təsirli rol oynayır.
Lakin, xaricdə coğrafiyamərkəzli bir yanaşma “Güney Azərbaycan”ın müstəqilliyini təxminən 13 milyonluq əhali çərçivəsində müəyyən edən  formalaşdıqdan və bu baxış bəzi siyasi diskurslara təsir etdikdən sonra, Tehran Azərbaycan Milli Hərəkatının siyasi balanslarında və fəaliyyətində tədricən az əhəmiyyətli rol oynamağa başladı. Bu diskursiv dəyişiklik, hərəkatın kimlik və demoqrafik sahəsini daraldaraq, Tehranın siyasi təşkili və təşkilatlanmasında rolunu kifayət qədər nəzərə almadı.Hətta bu diskursiv dəyişiklik bəzi hallarda Tehran siyasi mühitinin Azərbaycan Milli Hərəkatından müəyyən qədər uzaqlaşmasına və bəzi baxışlarda, siyasi baxımdan, ona qarşı fərqli və hətta qarşıdurmalı mövqe tutmasına səbəb oldu.
Lakin mədəni və incəsənət sahəsində, Tehranda hərəkatın dinamizmi davam etdi və bəzən daha da gücləndi. Ən böyük Azərbaycan rəqs qruplarının fəaliyyəti, “İran Aşıqları Evi”nin türk musiqisi və şifahi ədəbiyyatının əsas mərkəzlərindən biri kimi mərkəzləşdirilməsi, türk dilində kitabların geniş yayımı və mədəni-elmi qrupların davamlı təşəbbüsləri, Tehranın dil və mədəni kimliyin bərpası və möhkəmləndirilməsində rolunu təsdiqləyirdi. Bu davamlılıq göstərir ki, siyasi və diskursiv dəyişikliklərə baxmayaraq, 
Azərbaycan Milli Hərəkatının mədəni aspekti öz mövqeyini qoruyub saxlamış və türklərin kimlik axtarışında əsas hərəkətverici qüvvələrdən biri kimi yoluna davam etmişdir.
Azərbaycan Milli Hərəkatı sosial media şəbəkələrinin genişlənməsi ilə yeni nəfəs aldı və Təbriz “Traktor” futbol klubuna dəstək verərək milli və beynəlxalq
 səviyyədə güc nümayiş etdirdi. “Traktor” futbol klubu təkcə bir idman klubu deyil, həm də İran türkləri və azərbaycanlıların kimliyinin simvoluna çevrildi; türk dilindən, yerli 
simvollardan və şüarlardan istifadə edərək, idman arenalarında və sosial mediada mədəni və regional kimliyini nümayiş etdirdi. Milyonlarla azarkeşin cəlb 
olunması ilə türklərin milli və beynəlxalq səviyyədə iştirakı möhkəmləndi, idman uğurları və daxili, beynəlxalq yarışlarda iştirakı mediada və ictimai rəyində, xüsusilə Türkiyə və 
Azərbaycanda diqqət çəkdi.2019-cu ildə “Traktor” azarkeşləri şüarları və simvolik hərəkətləri ilə Türkiyəyə dəstəyini göstərdilər; Tehran İstiqlal komandası ilə oyun zamanı “Türkiyə, Türkiyə, Türkiyə” şüarları səsləndirdilər və hərbi salam verərək Türkiyənin hərbi əməliyyatlarına həmrəylik nümayiş etdirdilər. 2020-ci il İkinci Qarabağ Müharibəsi zamanı da Azərbaycan Respublikasına dəstək simvolik və mədəni formada davam etdi: milli şüarların səsləndirilməsi, 
Azərbaycan bayrağı və simvollarının nümayişi, sosial mediada dəstək mesajlarının yayılması və idman-mədəni tədbirlərdə aktiv iştirak buna nümunə idi.
Azarkeşlərin bu fəaliyyətləri o qədər diqqət çəkdi ki, yalnız mediada deyil, həm də Türkiyə Milli Məclisində və Azərbaycan Respublikası Parlamentində müzakirə olundu və əslində Azərbaycan Milli Hərəkatının və İran türklərinin beynəlxalq səviyyədə gücünü nümayiş etdirdi. Bu, həmçinin hərəkatın mədəni və siyasi sahələrdə güc və həmrəyliyini möhkəmləndirdi.
Azərbaycan Milli Hərəkatı və İran türkləri indi o qədər vahid və təşkilatlanmışdır ki, hətta rəsmi dövlət strukturlarında da təsirli iştirakını göstərə bilmişdir. Bu bacarığın bariz nümunəsi, türk mənşəli namizəd kimi Doktor Məsud Pezeşkian seçimi oldu. Bu seçkilərdə, İran seçki proseslərinə qlobal diqqət və tənqid yönəldiyi və rejimin beynəlxalq ictimai rəy üzərində nəzarət səyləri artdığı bir vaxtda, Doktor Pezeşkianın mövqeyi, türklərin səsvermə prosesinə cəlb edilməsi və onların sosial və kollektiv gücünü dünyaya nümayiş etdirmək üçün bir növ siyasi vasitə kimi istifadə edildi.
Hərçənd Doktor Pezekşian dövlət şəbəkələrinin və mexanizmlərinin bir hissəsi hesab olunsa da, bu hadisənin əsl önəmi türklərin gücünü göstərməsi və kollektiv rolunu siyasət sahəsində ifadə etməsində idi. Bu seçki, 1996-cı ildən sonra ikinci önəmli nümunə sayılır ki, burada türklər səs çoxluğu ilə öz nümayəndəsini seçə bildi və İran siyasətində təsir və nüfuzlarını açıq şəkildə göstərdilər. İlk dəfə olaraq, İran tarixində səsvermə xəritəsi milli səviyyədə açıq şəkildə etnik olaraq türklər və farslar üzrə fərqləndirildi.
Bu seçkilərin digər diqqət çəkən xüsusiyyəti isə dəstək və iştirakın yalnız türk bölgələri ilə məhdudlaşmamasıdır; digər qeyri-fars xalqlar da türklərlə birlikdə iştirak edərək nəticələrin müəyyən olunmasında rol oynadılar. Bu yalnız İranın siyasi strukturuna təsir göstərmədi, həm də qlobal və regional güclərin diqqətini cəlb etdi və nəticələri tam şəkildə hiss olunmuş və görünən oldu.
İranda baş verən ümumxalq etirazlarının təhlili göstərir ki, türklərin ölkə daxili siyasətdə gücü və rolu son dərəcə həlledicidir; o qədər ki, son etirazlar, o cümlədən Məhsa Əmininin hərəkatı və bir neçə gün əvvəlki etirazlarda, türklər strateji geri çəkilmə və səssizlik yolu ilə açıq şəkildə göstərdilər ki, onların fəal iştirakı olmadan etirazlar nəzərəçarpan nəticələr verə bilməz.
Son etirazların mənbəyinə baxıldığında, ilkin hərəkətlər Tehran bazarından  türklərin iqtisadi və mədəni mərkəzindən başlamışdır, baxmayaraq ki, sonrakı xarici müdaxilələr və hadisələrin gedişi onun mahiyyətini dəyişdirmiş, insanların qətl və öldürülməsinə səbəb olmuşdur. Buna baxmayaraq, bu proses göstərir ki, xarici müstəmləkəçi güclər artıq keçmişdəki kimi, dövlətləri birbaşa çevriliş və ya xarici liderlərin təyin edilməsi yolu ilə idarə edə bilməz; eyni vəziyyət Rza şah dövründə və Ayətullah Xomeyninin Parisdən Tehrana gəlməsi zamanı müşahidə edilmişdi.
İranda türklərin kimlik oyanışı və gücünü, eləcə də qonşu dövlətlərin, xüsusilə Türkiyə və Azərbaycan Respublikasının effektiv iştirakını nəzərə aldıqda, region və kimlik yönümlü bu hərəkatların razılığı və koordinasiyası olmadan İranın içində heç bir böyük dəyişiklik mümkün deyil. Başqa sözlə, xarici güclərin istəyi, türklərin iştirakı və dəstəyi, həmçinin türk qonşularının həmrəyliyi olmadan effektiv şəkildə həyata keçirilə bilməz.
Bu həqiqət göstərir ki, Azərbaycan Milli Hərəkatı, türkçülük diskursuna və intellektual-mədəni elitanın, tədqiqatçıların, yazıçıların və ictimai fəalların sistemli səylərinə söykənərək, son yüz il ərzində kollektiv kimliyin bərpası istiqamətində ardıcıl bir proses aparmış və bunun nəticəsində türklərin sosial nüfuzu və siyasi təsirinin əsaslarını möhkəmləndirmişdir; bu təsir siyasi, mədəni və region səviyyəsində açıq şəkildə izlənilə bilər.
 

İranda Türklərin kimlik gücü - Yashar(Ali) Poorali


Leave a Comment