Türkiyənin xarici işlər naziri Hakan Fidan iki günlük rəsmi səfərlə Kanadaya gəlib və proqramına Torontodan başlayıb. Bu səfər NATO müttəfiqi olan iki ölkə arasında ticarət, təmiz enerji və strateji əməkdaşlığı gücləndirmək məqsədi daşıyır. Eyni zamanda, bu görüşlər Kanadada yaşayan böyük türk icması üçün də böyük əhəmiyyət kəsb edir. Çünki iki ölkə arasında əlaqələrin yaxşılaşması yeni biznes, sərmayə, təhsil və mədəniyyət imkanları deməkdir.
Hakan Fidan səfərinin ilk günündə Ontario vilayətində yerləşən Darlinqton atom elektrik stansiyasına baş çəkib. Bu ziyarətin məqsədi Kanadanın nüvə energisi sahəsindəki təcrübəsini öyrənmək və gələcəkdə bu sahədə birgə layihələr həyata keçirməkdir. Mütəxəssislər bildirirlər ki, Türkiyənin Kanadanın müasir enerji texnologiyalarına marağı iki ölkə arasında enerji sahəsində yeni bir mərhələ açala bilər.
Səfər çərçivəsində nazir Torontoda iş adamları, alimlər, ictimai fəallar və Kanadada yaşayan türk icmasının nümayəndələri ilə də görüşüb. Görüşlərdə ticarət əlaqələrinin genişləndirilməsi və birgə investisiya imkanları müzakirə olunub. Kanada türkləri üçün bu görüş öz potensiallarını göstərmək və iki ölkə arasında körpü rolu oynamaq baxımından çox vacib bir fürsət olub.
Torontodakı proqramını bitirdikdən sonra Hakan Fidan rəsmi görüşlər üçün Kanadanın paytaxtı Ottavaya yola düşüb. Ottavadakı danışıqların əsas mövzusu ticarət, müdafiə sənayesi, regional təhlükəsizlik və iki ölkə arasındakı münasibətləri daha yüksək səviyyəyə qaldırmaqdır. Bu səfər Türkiyə və Kanada arasında uzunmüddətli və güclü tərəfdaşlığın təməlini qoymaq baxımından böyük ümidlər yaradır.
Fakhriddin Khudaykulov
( LJI Reporter)