Görüşümüz zamanı əsas müzakirə mövzularından biri ana dilində yazmağın əhəmiyyəti, türkcəmizin qorunması və gələcək nəsillərə çatdırılması məsələləri barədə söhbət etdik.
Hadi Qaraçay söhbətimizdə vurğuladı ki, bir xalqın dili onun milli kimliyinin ən mühüm dayaqlarından biridir. Onun fikrincə, yazıçılar, jurnalistlər və media qurumları öz ana dillərində yazıb
yaratmağa xüsusi diqqət göstərməlidirlər. Dil yalnız danışıq vasitəsi deyil, həm də bir xalqın tarixi yaddaşı, mədəniyyəti və milli varlığının əsas göstəricisidir.
Şair qeyd etdi ki, hər bir dil həmin dildə yaradılan əsərlər, nəşr olunan qəzet və jurnallar, eləcə də yeni ədəbi nəsillərin yetişməsi ilə yaşayır və inkişaf edir.
O, xüsusilə Azərbaycan türkcəsində yazmağın və bu dildə ədəbi-mədəni fəaliyyətlərin davam etdirilməsinin vacibliyini vurğuladı.
Azərbaycan türkcəsi yalnız ədəbi və mədəni mətnlərlə məhdudlaşmamalı, yazılı ədəbiyyatın bütün sahələrində o sıradan sosial, siyasi və elmi ədəbiyyatın istehsalında da geniş yer almalıdır. Başqa sözlə, dilimiz xalqımızın maddi və mənəvi həyatının bütün sahələrini əhatə etməlidir. Aydınlar, ziyalılar, bilim adamları, bir sözlə, əlində qələm olan hər kəs öz fəaliyyət sahəsində ana dilində yazmağı mənəvi bir sorumluluq və məsuliyyət olaraq görməlidir. Əgər “dil varlığın evidirsə”, varlığın bütün sahələri öz dilimizdə əks olunmalıdır.
Hadi Qaraçay Torontoda olduğu müddətdə Azərbaycan Evində təşkil olunan “Çağdaş Türk Ədəbiyyatı” toplantısında da iştirak edib. Ədəbi görüşdə müxtəlif yazıçı və şairlər bir araya gəlib. Toplantıda Cəlal Rövşən və Lalə Cavanşir də iştirak edənlər arasında yer alıblar.
Uzun illərdir Norveçdə yaşayan Hadi Qaraçay çağdaş Azərbaycan türk ədəbiyyatının tanınmış şair və yazarlarından biridir. Onun yaradıcılığında ana dili, milli kimlik, vətən sevgisi, azadlıq və insan hüquqları kimi mövzular əsas yer tutur.
Ədəbi fəaliyyəti ilə yanaşı, türkcəmizin qorunması və inkişafı istiqamətindəki çalışmaları ilə də tanınır. Onun nəşr olunmuş əsərləri arasında “Beçələr Banlayanda”, “Badamlıqlar”, “Tamudan Gələn Səslər”, “Barışa İnanma, Fərihcəm” və “Tanrıya Dirəniş” adlı kitablar yer alır.
Hadi Qaraçayın həmçinin təxminən on ildir ki, #TürkcəYaz və #FarsDilinəBoykot kampaniyalarının təşəbbüskarı olduğu və bu kampaniyaların sosial şəbəkələrdə geniş maraqla qarşılandığı qeyd olunur.
Hadi Qaraçayın Toronto səfəri və keçirilən ədəbi görüşlər diasporada yaşayan Azərbaycan türklərinin mədəni və ədəbi əlaqələrinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli bir hadisə oldu.baxımından əhəmiyyətli bir hadisə oldu.
Norveçdə yaşayan çağdaş Azərbaycan türk şairi və yazarı Hadi Qaraçay Torontoda