Londonda türk toplumunun fəalı Osam Ali şəhər şurasına namizəddir

Londonda türk toplumunun fəalı Osam Ali şəhər şurasına namizəddir

Londonun türk toplumunun fəallarından Osam Ali 2026-cı il London bələdiyyə seçkilərində Ward 8 üzrə şəhər şurası üzvlüyünə namizəddir. London şəhərinin rəsmi namizəd siyahısında Osam Ali ilə yanaşı Steve Lehman və Coralia Tudorun da adı yer alır. Bu bölgədən bir şəhər şurası üzvü seçiləcək. 

Qeyd edək ki, Osam Ali uzun illərdir Londonda həm peşə, həm də toplum sahəsində fəaliyyət göstərir. London şəhərinə təqdim etdiyi bioqrafik məlumatlarda onun kompüter proqramları və informasiya sistemləri sahəsində 20 ildən çox iş və təhsil təcrübəsinə malik olduğu göstərilir. O, “Fanshawe College”-də “part-time” müəllim işləyib, “Western University”-nin mühəndislik fakültəsində doktorant, araşdırmaçı və müəllim köməkçisi kimi fəaliyyət göstərib. Həmçinin London “Health Sciences Centre” daxil olmaqla səhiyyə sahəsində 10 ildən çox iş təcrübəsi olduğu qeyd edilir.

Osam Alinin toplum fəaliyyətinin əsas hissələrindən biri “Canadian Iraqi Turkmen Culture Association of London – CITCAL” ilə bağlıdır. Bu təşkilat Londonda yaşayan İraq türkmənləri, başqa türk toplumları və müxtəlif mənşəli yeni gələn ailələrlə işləyir. Təşkilatın fəaliyyətinə yeni gələnlərin Kanada həyatına uyğunlaşmasına yardım, iş və təhsil haqqında məlumat, sosial dəstək, mədəni tədbirlər və müxtəlif xidmətlərə yönləndirmə daxildir. Ali təşkilatın idarə heyətində fəaliyyət göstərib. 
Ali həmçinin təqdim etdiyi məlumatlarda “Literacy Link South Central” idarə heyətində və “Thames Valley Science and Engineering Fair” təşkilatında üzv kimi fəaliyyət göstərdiyini qeyd edib. Bu fəaliyyətlər təhsil, gənclərin elmə marağı və yeni gələnlərin yerli toplumla əlaqəsinin gücləndirilməsi ilə bağlıdır.

Osam Ali hazırda Kanada üzrə türk təşkilatlarını birləşdirən “Federation of Canadian Turkish Associations” idarə heyətində direktor kimi də göstərilir. Federasiya Kanada daxilində türk mədəni irsinin qorunması, yeni nəsillərə çatdırılması və türk toplumlarının Kanada cəmiyyəti ilə əlaqələrinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərdiyini bildirir. 

2018-ci ildə Ali “London & Middlesex Local Immigration Partnership”-in “I am London” kampaniyasında şəhərin müxtəlifliyini göstərən iştirakçılardan biri kimi seçildiyini öz kampaniya səhifəsində bildirib. Həmin kampaniyanın məqsədi Londonda yaşayan və şəhəri öz evi seçən miqrantların hekayələrini tanıtmaq idi. 

Osam Ali bələdiyyə siyasətində də əvvəllər iştirak edib. O, 2018-ci ildə Ward 8 üzrə şəhər şurasına namizəd olub. 2026-cı ildə yenidən həmin bölgədən namizədliyini irəli sürüb. Avqust ayında namizədliyini qeydiyyata alarkən yerli mediaya proqram təminatı mühəndisi olduğunu və şəhərə xidmət etmək istədiyini bildirib. 

Onun 2026-cı il seçki materiallarında “Önce İnsan”, “Daha Güçlü Toplumlar” və “Daha Aydınlık Bir Londra” ifadələri əsas kampaniya mövzuları kimi göstərilir. Bu ifadələr namizədin öz seçki kampaniyasının mesajlarıdır. London seçiciləri Ward 8 də daxil olmaqla şəhər şurası üzvlərini “26 oktyabrda” seçəcəklər. 

 

Londonda türk toplumunun fəalı Osam Ali şəhər şurasına namizəddir


Leave a Comment