Abstract
This article examines the life, repertoire, and performance style of Aşıq Həsən (Tərlan) İskəndəri within the Tabriz–Qaradagh aşıq tradition in Iran. Drawing on interviews with İskəndəri, archival audio recordings, and video footage, the study traces his training in Qaradagh and Tabriz and examines two related practices: narrating a dastan (an oral epic) and composing a new one, a practice known as dastan bağlama. Particular attention is given to a ten-hour recording of Koroğlu. Its transcription preserves features of the performance by identifying saz melodies and marking vocal passages alongside the spoken narrative. İskəndəri combines verse, music, gesture, and shifts in emphasis and intonation to bring scenes to life. His use of proverbs, idioms, blessings, and curses illustrates the expressive resources of spoken Azerbaijani Turkic. Even when recording without an audience, he addresses listeners as he would at a live gathering. His later difficulty recalling parts of his repertoire highlights the tradition’s reliance on individual memory and the value of recording both the narratives and the ways in which aşıqs perform them.
İran Azərbaycan coğrafiyasında, TebrizQaradağ aşıq mühiti bölgənin ən önəmli və təsirli aşıq mərkəzlərindən biri kimi dəyərləndirilir. Xəzər dənizi ilə Urmiya gölü arasında geniş bir coğrafiyaya sahib olan bu bölgə, Tebriz, Əhər, Həlhəl və Kələybər kimi mühüm şəhərləri əhatə edir. Tarixi-mədəni zənginliyi ilə TebrizQaradağ aşıq mühiti, Göyçə aşıq mühiti ilə birlikdə aşıq sənətinin formalaşdığı bölgələrdən biri kimi tanınır. Bu mühitin aşıqları sənətlərini üçlük (saz, balaban, dəf) müşayiəti ilə ortaya qoyurlar (Uzun, 2007: 27).
Anadolu, Şimali Azərbaycan və digər Oğuz coğrafiyasına yayılan aşıq dastanlarının mənbəyinin İran ve Azərbaycan bölgəsi olduğu məlumdur. Bu bölgə eyni zamanda aşıqların qaynaq yeri kimi də tanınır. Aşıq Həsən İskəndəri bu bölgədən yetişərək Tebrizə köç etmişdir. Tebrizdə görüştüyümüz bir çox aşıq, Qaradağ bölgəsindəki ustalardan faydalandıqdan sonra Tebrizə köç etmiş və bu mühitin aşıqlarının yanında özlərini inkişaf etdirmişlər. Bu səbəbdən bu bölgəni TebrizQaradağ aşıq mühiti adlandırırıq. Bu mühitin aşıqlarının dili və üslubu daha çox öz Türkçəyə yaxın, böyük ölçüdə fars və ərəb sözlərindən təmizlənmiş şəkildədir.
Mehərrəm Qasımlının da qeyd etdiyi kimi (2011), aşıq yalnız dastan söyləyən sənətkar deyil, eyni zamanda bir çox sənəti bir arada təqdim edən sənətçidir. Aşıq, söylədiyi şeirləri canlandırmaq üçün bədəninin bütün üzvlərindən istifadə edir; jest, mimika və bədən hərəkətləri ilə ifadəsini zənginləşdirir. İran sərhədləri içində formalaşan TebrizQaradağ aşıq mühiti, yazılı mədəniyyət məhsullarında ərəb əlifbasının istifadəsini zəruri edən sosiomədəni kontekstin təsiri altında inkişaf etmişdir. Bu durum, bölgədəki aşıqların şeir və dastanlarını ərəb hərfləri ilə yazmalarına səbəb olmuş; sözlü ənənənin yazıya keçirilməsində seçilən əlifba, dövrün mədəni və tarixi bağlamının açıq göstəricisi kimi dəyərləndirilmişdir.
Aşıq şeirlərində ərəb əlifbasının yazılış forması nəzərə alınaraq icra edilən performans, sənətin çoxşaxəli xarakterini ortaya qoyur. Məsələn, aşıq “elif” (ا) hərfini söyləyərkən belini dik tutur, “dal” (د) hərfini söyləyərkən isə belini əyir (Qasımlı, 2011: 19). Bu, sözlü ənənənin performans yönünü və yazılı mədəniyyətlə qurulan estetik əlaqəni somutlaşdırır. Aşıq, tək nəfərlik icra vasitəsilə müxtəlif sənət sahələrini özündə birləşdirir. İcra prosesində sözlü anlatımla yanaşı musiqi, şeir, dramatik canlandırma və bədən dili elementlərini eyni anda istifadə edərək çox yönlü bir sənət praktikası ortaya qoyur.
TebrizQaradağ aşıq məktəbi böyük aşıqların yetişdiyi mühüm bölgədir. Bu mühit Aşıq Əziz Şehnazi (19291995), Aşıq Abdullali Nuri (19202003), Aşıq Hüseyn Cavan (19161985), Aşıq Qaşam Cəfəri (19011989), Aşıq Hüseyn Namvər (19222000), Aşıq Əli Feyzullah Vahid (19081995), Aşıq Cəbrayıl Daniş (19081998) kimi ustaları yetişdirmişdir. Son illərdə itirdiyimiz ustalardan Aşıq Rəsul Qurbani (19262016), Aşıq Qafar İbrahimi (19542019), Aşıq Həsən Qəffari (19342006) və bu yazıda həyat və yaradıcılığı üzərində dayanacağımız Aşıq Həsən İskəndəri də bu mühitin önəmli aşıqlarındandır.
Azərbaycan Aşıqlarının Hekaye Anlatma Ənənəsi
Azərbaycan aşıqları, toylarda, kahvehanelərdə və müxtəlif ictimai toplantılarda dastanlarını icra edərək sözlü ədəbiyyat ənənəsini davam etdirirlər. Aşığın iştirak etdiyi toplantıya “aşıq məclisi” deyilməkdədir. Bu məclislər yalnız dastan və hekayə anlatımının gerçəkləşdiyi mədəni mühitlər deyil, eyni zamanda ictimai dəyərlərin ötürüldüyü, sənətin icra edildiyi və dinləyici ilə aşıq arasında qarşılıqlı əlaqənin qurulduğu mühüm məkanlar kimi fəaliyyət göstərir (KK:1).
Aşıq Həsən İskəndərinin Həyatı
Həsən (Tərlan) İskəndəri, 1956-cı ildə Qaradağ bölgəsində, Araz çayı sahilində yerləşən Üzümkalla kəndində dünyaya gəlmişdir. Tərlan İskəndəri, aşıqlıq sənətinin ilk dərslərini kəndinə gələn aşıqlardan almış; bu əsas təhsil mərhələsindən sonra Tebrizə köç edərək sənətini daha geniş mədəni mühitdə inkişaf etdirmək imkanı qazanmışdır.
Bu sənətə girmədən öncə balaban çalan Həsən İskəndəri, Aşıq Abdullali, Aşıq Əziz Şehnazi və Hacı Məhəmməd Bağır kimi böyük ustaların yanında olmuş, dastanları bu aşıqlardan öyrənmişdir. Daha sonra aşıq kahvehanelərində iştirak edərək dastanları müxtəlif ustalardan dinləmə imkanı tapmışdır (KK:1). O, öz əlavələrini edərək dastan bağlayan destançı aşıqlarla birlikdə müxtəlif mərasimlərdə dastan və ya dastan parçalarını söyləyərək həyatını davam etdirmişdir.
Tebriz aşıq mühitini formalaşdıran sənətkarların mühüm bir qismi Qaradağ bölgəsindən köçərək Tebrizə yerləşmiş aşıqlardan ibarətdir. Bu tarixi və mədəni qarşılıqlı təsir səbəbindən sözügedən mühit ədəbiyyatda TebrizQaradağ aşıq mühiti adlandırılır. Aşıq Həsən İskəndəri də bu aşıqlardan biri olaraq Qaradağdan Tebrizə köç etmiş və Tebrizdəki ustad aşıqlardan faydalanaraq destançı və ustad aşıq dərəcəsinə yüksəlmişdir.
Tebriz – Qaradağ Aşıq Mühitində Destan Bağlama Ənənəsi
TebrizQaradağ aşıqlıq ənənəsində “dastan bağlama” yeni dastan ortaya qoymaq anlamındadır. Ustad aşıqlar bildikləri dastanlardan yeni dastanlar yaradaraq repertuarlarını genişləndirirlər. Dastan bağlama ustalıq işidir və hər destançı aşıq dastan bağlaya bilməz. Bu, ustadlıq nişanələrindən sayılır. Hər aşıq nə qədər dastan bağlamışsa, o qədər bilikli hesab olunur.
Aşıq atışmalarında üstünlük göstəricisi olaraq aşıqlar bir-birindən neçə dastan bağladığını soruşurlar (Kobotarian, 2015: 95). Aşıq Həsən İskəndəri ilə aparılan görüşmələrdə, onun çox sayda dastan bildiyini ifadə etdiyi; lakin keçirdiyi xəstəlik səbəbindən bu dastanların mühüm bir qismini xatırlamaqda çətinlik çəkdiyi anlaşılmışdır. Bu durum, sözlü mədəniyyətin ötürülməsində fərdi yaddaşın kövrəkliyini və unutma olgusunun mədəni davamlılıq baxımından doğurduğu problemləri açıq şəkildə ortaya qoyur.
Aşıqlıq ənənəsində repertuarın qorunması böyük ölçüdə fərdi yaddaşa bağlı olduğundan, yaddaşda meydana gələn itkilər yalnız fərdi bir çatışmazlıq deyil, eyni zamanda kollektiv mədəni yaddaşın zəifləməsi anlamına gəlir.
Aşıq Həsən İskəndərinin Dastançılığı
TebrizQaradağ bölgəsi, tarixi proses içində aşıqlıq ənənəsinin ən canlı və məhsuldar mərkəzlərindən biri kimi önə çıxır. Aşıq Həsən İskəndərinin bu mühitdən yetişməsi, onun repertuarını həm zənginlik, həm də üslub müxtəlifliyi baxımından güclü etmiş; beləliklə sənətini bölgə ənənəsinin çoxqatlı quruluşu ilə bütünləşdirmişdir.
Destançı aşıqlardan olan Aşıq Həsən, repertuarında çox sayda dastan saxlayır və bu yönü ilə sözlü mədəniyyətin zənginliyini təmsil edən mühüm bir sənətkar kimi önə çıxır. Təəssüf ki, bu dastanların çoxu yazıya alınmamış, yazıya alınan dastan parçaları isə toy və mərasimlərdəki söyləmələrlə məhdud qalmışdır. Turuz arxivində Aşıq Həsən İskəndəridən beş dastanın səs yazısı mövcuddur. Bu dastan yazılarının anlaşılmayan hissələri aşıqla görüş zamanı aydınlaşdırılmışdır.
Aşıq Həsən İskəndəridən yazıya köçürülən dastanlar arasında Koroğlu Dastanı, Ayla ilə Eldar və Balakişi ilə Gözəl Banu Dastanı bölgə aşıqlıq ənənəsində mühüm yerə sahibdir. Xüsusilə Balakişi ilə Gözəl Banu Dastanı, TebrizQaradağ bölgəsinin tarixi anlatılarından biri olaraq sözlü tarix baxımından önəmli dastandır.
Aşıq Həsən İskəndəridən yazıya köçürülən mühüm mətnlərdən biri də Koroğlu Dastanıdır. Bu dastan, ümumilikdə on saatlıq bir səs yazısının yazıya köçürülməsi ilə ortaya çıxmış olub, Koroğlu Dastanının mühüm qolunun ən geniş variantlarından biridir. Bu aktarmada Azərbaycan Türkçəsinin qarşısında Türkiyə Türkçəsi forması da verilmişdir. Sözlü söyləmənin yazıya köçürülməsində ortaya çıxan çatışmazlıqlar [ ] içində göstərilərək tamamlanmağa çalışılmışdır. Həmçinin səs yazılarında anlaşılmayan yerlər [---] işarəsi ilə qeyd edilmişdir. Koroğlu Dastanının yazıya köçürülməsində, aşığın icra etdiyi saz havalarının adları müvafiq bölümlərdə qeyd olunmuşdur. Əsərin orijinallığını və sözlü mədəniyyətin özəlliklərini qorumaq məqsədilə “səs gülü” adlandırılan səs parçaları da [ ] içində göstərilmişdir.
Aşıq Həsən İskəndərinin dastan icraları zamanı mimika, əl, qol və bədən hərəkətlərindən fəal şəkildə istifadə etdiyi mövcud görüntülü yazılar vasitəsilə təsbit edilə bilməkdədir. Bu performans ünsürləri, anlatımın təsir gücünü artırmaqda və sözlü ənənənin dinləyici üzərində daha güclü bir təsir buraxmasına xidmət etməkdədir. Elektron mühitə köçürülən yazılar, sözlü ədəbiyyatın itmə riskini azaltmaqda və akademik çalışmalar üçün müqayisəli analiz imkânı yaratmaqdadır.
Bu səs yazılarının ən mühüm çatışmazlığı, dinləyici kütləsinin yoxluğudur. Dolayısı ilə yazılar, anlatıcı ilə dinləyici arasındakı qarşılıqlı əlaqədən məhrum qalmaqda və performansın tam mənada dinləyicianlatıcı boyutunu əks etdirməməkdədir. Yazıya alınan dastanlar sakit bir mühitdə qeyd edilsə də, aşıq qarşısında dinləyici kütləsi olduğunu varsayaraq onlara xitab üslubu ilə dastanı söyləməkdədir.
Aşıq Həsən İskəndərinin Dil və Üslub Özəllikləri
Azərbaycan aşıqlıq ənənəsi, milli yaddaşın ötürülməsi və mədəni kimliyin qorunub yaşadılması baxımından mühüm bir sözlü ədəbiyyat forması kimi dəyərləndirilir. Aşıq söyləməsində dil və üslub özəllikləri, atalar sözləri, deyimlər, məcazi ifadələr və söyləmə biçimləri vasitəsilə dinləyici üzərində güclü təsir yaradır. Bu təsir, sözlü mədəniyyətin əsas dinamiklərindən biri olan dinləyici–anlatıcı qarşılıqlı əlaqəsi ilə birbaşa bağlıdır.
Aşıq Həsən İskəndəri, TebrizQaradağ bölgəsinin aşıqlarından biri olaraq İran Azərbaycan aşıqlığının önəmli simalarındandır. O, dünya səviyyəsində bir çox ölkədə İran türklərini təmsil etmişdir. Türkiyə başda olmaqla Amerika, Kanada, İngiltərə, Hollandiya, Fransa, Almaniya, Belçika, Çin, Özbəkistan, Qırğızıstan və digər ölkələrdə keçirilən simpozium və toplantılarda aşıqlıq sənətinin təmsilçisi kimi iştirak etmişdir.
TebrizQaradağ mühitinin aşıqları Türkçənin ən saf və duru formasını istifadə edən sənətkarlar olaraq bu mühitin seçkin özəlliyini formalaşdırırlar. Bu mühitin aşıqlarının dilində Azərbaycan Türkçəsinin arı və təmiz forması görünür. Aşıq Həsən İskəndəri də bu qaydadan istisna deyil.
Onun dastanlarında fars və ərəb mənşəli sözlərə rast gəlinməkdədir; lakin bu sözlər Türkçənin səs quruluşuna uyğunlaşdırılaraq işlədilir. Dastanların söylənməsi axıcı dil və sürükləyici üslub vasitəsilə dinləyicinin diqqətini diri tutur və maraq hissini daima bəsləyir. Aşıq Həsən İskəndəri, sözlü performansındakı axıcılığın yanı sıra söhbətlərindəki səmimiyyəti və isti davranışları ilə də dinləyici kütləsini təsirləndirməyi bacarmışdır.
O, aşıq sənətinin çox yönlü bir ifadə biçimi olduğunun fərqindədir. Performansında bədən dilini, jest və mimikaları, əl və qol hərəkətlərini təsirli şəkildə istifadə edərək icrasını zənginləşdirir. Dastan söyləmə zamanı vurğunu və tonlamanı yerində işlədərək sözlü ötürməni gücləndirmiş, beləliklə anlatımın təsir gücünü artırmışdır.
Son illərdə keçirdiyi beyin anjiyosu səbəbindən yaddaş itkisi yaşayan Aşıq Həsən İskəndəri bu durumun təsiri ilə sənətini icra etməkdə çətinliklərlə qarşılaşmışdır. Bununla belə, sözlü ənənəyə bağlılığını qorumuş və sanatsal fəaliyyətlərini mümkün qədər davam etdirməyə çalışmışdır.
Koroğlu Qıratını bu sözlərlə öyməkdədir:
Uca dağ başında yel kimi əsər,
Bu günümdə mənə ürək, Qıratım.
Bir aylıq mənzili bir gündə kəsər,
Başı barlı, beli dirək Qıratım.
Yolların tozunu göyə qaldırar,
Mühanəs üstünü birdən aldırar,
Meydanın içində düşmən saldırar,
Olar yiyəsinə dirək Qıratım.
Goç Koroğlu qonar olsa yəhərə,
Yağı düşmənlər salar qəhərə,
Axşama aparar qoymaz səhərə,
Dara düşsəm mənim kömək Qıratım.
Dastan söyləmə zamanı Türkçənin bütün güclü yönlərini istifadə edən Aşıq Həsən İskəndəri, atalar sözləri, deyimlər, alqış və qarğışlarla anlatımını zənginləşdirir. O, təsviri fellər və ifadələr vasitəsilə dinləyicinin zehnində dastanın səhnələrini canlandıraraq dastandan zövq almasını təmin edir. Bu səbəbdən, söyləmə müddətində dinləyicini özünə bağlamış və ona həzz yaşatmışdır.
Nəticə və Təkliflər
Araşdırmamız, Azərbaycan aşıqlıq ənənəsinin mərkəzi ocaqlarından biri olan TebrizQaradağ mühitində yetişmiş Aşıq Həsən İskəndərinin bioqrafiyası və icra praktikalarını sistemli şəkildə ortaya qoymuşdur. Aşığın sözlü mədəniyyətdəki funksiyası, həm mövcud dastan yazılarının analizi, həm də onun yetişdirdiyi aşıqların ötürmələri vasitəsilə sistemli şəkildə müəyyənləşdirilmişdir.
Araşdırma nəticələri göstərir ki, Aşıq Həsən İskəndəri, Azərbaycan türklərinin sözlü ədəbiyyat ənənəsini qoruyan və nəsildənnəsilə ötürən mədəni bir sima olaraq mərkəzi rol oynamışdır. Onun repertuarındakı dastanlar, Azərbaycan sözlü ədəbiyyatının canlılığını və davamlılığını sübut edən əsas mətnlərdir. Anlatımında müşahidə olunan dil və üslub özəllikləri, fars və ərəb mənşəli sözlərin Türkçəyə uyğunlaşdırılmış formaları ilə zənginləşmiş; performansında isə bədən dili, vurğu və tonlama kimi ünsürlər sözlü mədəniyyətin estetik və ünsiyyət boyutlarını gücləndirmişdir.
Araşdırma, Tebriz - Qaradağ aşıq mühitinin Türk dünyası aşıqlıq ənənəsi içindəki mərkəzi rolunu ortaya qoyur. Bu mühitdən çıxan aşıqlar, dastan bağlama və sözlü ötürmə praktikalarını davam etdirərək kollektiv yaddaşın davamlılığına və mədəni kimliyin qorunmasına xidmət etmişlər. Aşıq Həsən İskəndərinin sənəti, Azərbaycan türklərində mədəni kimliyin yaşadılmasına, milli düşüncənin davamlılığına və milli oyanışın güclənməsinə mühüm töhfələr vermişdir.
Azərbaycan aşıqlıq ənənəsi və Həsən İskəndərinin aşıqlıq fəaliyyəti, Türk mədəni coğrafiyasında sözlü ədəbiyyatın davamlılığını və funksionallığını ortaya qoyur. Bu baxımdan İskəndərinin həyatı və əsərləri, Türk dünyası sözlü mədəniyyətinin bütövlüyünü anlamaq üçün dəyərli bir qaynaq xarakteri daşıyır.
Qaynaqlar
Azeroğlu, N. (2025). Güney Azerbaycan Milli Şairler Antolojisi. Ankara: İksad Yayınları.
Bauman, R. (1977). Verbal art as performance. Prospect Heights, IL: Waveland Press.
Eberhard, W. (2002). Güneydoğu Anadolu’dan Âşık hikâyeleri. Ankara: Türk Dil Kurumu Yayınları.
Ong, J. (1982). Orality and literacy: The technologizing of the word. London & New York: Methuen.
Nebiyev, A. (2004). Halk maneviyatının gözgüsü. Bakı.
Kafkasyalı, A. (2002). İran Türk edebiyatı antolojisi (Cilt I–VI). Erzurum: Atatürk Üniversitesi Kazım Karabekir Eğitim Fakültesi Yayınları.
Kafkasyalı, A. (2006). İran Türkleri Âşık muhitleri. Erzurum: Eser Ofset.
Kobotarian, N. (2013a). Tebriz âşıklık geleneği ve âşık edebiyatı. Adana: Karahan Kitabevi.
Kobotarian, N. (2013b). İran Azerbaycanı âşık destanları I: Şikârî Destanı. Ankara: Türk Dil Kurumu Yayınları.
Kobotarian, N. (2015). Tebriz âşıklık geleneğinde destan söyleme (Yayınlanmamış doktora tezi). Çukurova Üniversitesi, Sosyal Bilimler Enstitüsü.
Kasımlı, M. (2011). Ozan aşıq sənəti. Azerbaycan Milli Elmler Akademiyası.
Uzun, E. (2007). İran Türk folkloru. Trabzon: Eser Ofset Matbaacılık.
Turuz. (2020, Mayıs 20). Nabi Kobotarian eserleri. Erişim adresi: https://turuz.com/book/nabikobotarian