Torontoda mpox yoluxmaları artır: Səhiyyə qurumu sakinləri hərəkətə çağırır

Torontoda mpox yoluxmaları artır: Səhiyyə qurumu sakinləri hərəkətə çağırır

Toronto Nəqliyyat Komissiyasının — TTC-nin tətbiq etdiyi aylıq gediş haqqı limiti ilk ayda sərnişinlərə ümumilikdə 1,8 milyon Kanada dollarına qənaət etməyə imkan verib. Qurumun oktyabrın 13-də açıqladığı məlumata görə, sentyabr ayında təxminən 60 min sərnişin müəyyən edilmiş həddə çataraq 595 min pulsuz gedişdən yararlanıb.

2026-cı il sentyabrın 1-dən qüvvədə olan sistem müntəzəm sərnişinlərə əvvəlcədən aylıq abonement almadan qənaət imkanı yaradır. PRESTO, debet və ya kredit kartı ilə ödəniş edən uyğun sərnişinlər bir təqvim ayında 47 ödənişli gedişdən sonra ayın sonunadək TTC-dən əlavə ödənişsiz istifadə edə bilirlər.
Gedişlərin eyni hesabda toplanması üçün sərnişinlər ay ərzində eyni kartdan və ya mobil cihazdan istifadə etməlidirlər. Fiziki bank kartı ilə həmin kartın telefondakı rəqəmsal versiyası ayrı ödəniş vasitələri kimi hesablanır. Telefon və ağıllı saatla edilən ödənişlər də ayrıca qeydə alınır.

İki saatlıq pulsuz keçid müddətində avtobusdan metroya və ya başqa nəqliyyat vasitəsinə keçmək əlavə ödənişli gediş sayılmır. Hesablamaya həmin müddəti başladan ilk ödəniş daxildir.

Aylıq limitə çatdıqdan sonra da hər səfərdə kartı və ya cihazı oxuducuya yaxınlaşdırmaq tələb olunur. Gedişlərin hesablanması hər təqvim ayının ilk günü yenidən başlayır.

Yeni sistemin tətbiqi ilə bir sıra aylıq abonementlər ləğv edilib. Bununla belə, böyüklər üçün 12 aylıq abonement və ali təhsil tələbələri üçün aylıq abonement saxlanılıb. TTC həmin abonementlərdən istifadə edənlərə daha sərfəli seçim kimi onları davam etdirməyi tövsiyə edir.

Eskandar Alimirzaei
( LJI Reporter)
 

Torontoda mpox yoluxmaları artır: Səhiyyə qurumu sakinləri hərəkətə çağırır


Leave a Comment