Torontoda qorxulu Hellouin festivalı: Tarixi qarajda ailələri nələr gözləyir?

Torontoda qorxulu Hellouin festivalı:  Tarixi qarajda ailələri nələr gözləyir?

Toronto Nəqliyyat Komissiyasının — TTC-nin ənənəvi Hellouin festivalı bu il yeni məkanda, şəhərin şərqində yerləşən tarixi Danfort qarajında təşkil olunur. Oktyabrın 24–25-ni əhatə edən tədbir “United Way Greater Toronto” təşkilatının ictimai dəstək proqramlarına vəsait toplamaq məqsədi daşıyır.

TTC-nin oktyabrın 22-də yaydığı məlumata görə, festival proqramına Hellouin mövzusunda bəzədilmiş avtobus bölmələri, uşaqlar üçün əyləncələr, şirniyyat paylanması, TTC suvenirlərinin satışı və xeyriyyə məqsədli manqal süfrəsi daxildir. Məkanda həm qorxulu dekorasiyalarla hazırlanmış, həm də kiçik yaşlı uşaqlara uyğun sahələr nəzərdə tutulub.

Festival oktyabrın 24-də saat 10:00–19:00, oktyabrın 25-də isə 09:00–16:00 arasında keçirilir. Giriş haqqı 7 Kanada dollarıdır; iki yaşlı və daha kiçik uşaqlar üçün giriş pulsuzdur. Girişdən əldə olunan bütün vəsait və ianələr “United Way Greater Toronto”ya yönəldilir. Tədbirdə ödənişlər yalnız nağdsız qəbul olunur.

1627 Danforth Avenue ünvanındakı bina 1915-ci ildə tramvay deposu kimi açılıb, 1966-cı ildə isə tamamilə avtobus qarajına çevrilib.
Məkan əlilliyi olan şəxslər üçün əlçatandır və metronun ikinci xəttindəki “Coxwell” stansiyasının yaxınlığında yerləşir. Ərazidə avtomobil dayanacağı olmadığından təşkilatçılar ziyarətçilərə ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edirlər.

Eskandar Alimirzaei
( LJI Reporter)
 

Torontoda qorxulu Hellouin festivalı: Tarixi qarajda ailələri nələr gözləyir?


Leave a Comment