AzStar TV dünyanın 216 ölkə və ərazisində izlənib – Bir ayda 735 mindən çox baxış

2026-cı il oktyabrın 1-dən 31-dək olan dövrü əhatə edən statistikaya əsasən, kanalın yayımına dünyanın 216 ölkə və ərazisində yerləşən 11 819 şəhərdən qoşulma olub. Şəhərlər üzrə göstəricilərdə Bakı 56 272 baxışla ilk sırada qərarlaşıb.

AzStar TV dünyanın 216 ölkə və ərazisində izlənib – Bir ayda 735 mindən çox baxış

2026-cı ilin oktyabr ayı ərzində AzStar TV-nin serverində ümumilikdə 735 787 baxış qeydə alınıb.

2026-cı il oktyabrın 1-dən 31-dək olan dövrü əhatə edən statistikaya əsasən, kanalın yayımına dünyanın 216 ölkə və ərazisində yerləşən 11 819 şəhərdən qoşulma olub. Şəhərlər üzrə göstəricilərdə Bakı 56 272 baxışla ilk sırada qərarlaşıb.

Qeyd edək ki, bir sıra tanınmış internet televiziya (IPTV) platformaları AzStar TV-nin yayımını birbaşa kanalın serverindən qəbul edir və öz ötürmə imkanlarından istifadə etməklə izləyicilərə çatdırır. Belə hallarda serverimiz hər platformanın bağlantısını bir baxış kimi qeydə alır. Həmin platformalar vasitəsilə AzStar TV-ni izləyən insanların ümumi sayı isə kanalın server statistikasında əks olunmur.
Bu səbəbdən hesabatda göstərilən rəqəmlər AzStar TV-nin ümumi auditoriyasını deyil, serverdə qeydə alınan baxışların yalnız bir hissəsini əhatə edir. Yəni, kanalın faktiki izləyici auditoriyası statistikada görünən göstəricilərdən daha geniş ola bilər.

Xatırladaq ki, AzStar TV 2006-cı ildən fəaliyyət göstərir. Hazırda kanal dünyanın bir sıra aparıcı televiziya yayım platformalarının siyahısında yer alır. Bu platformalarda AzStar TV Kanada kanalları sırasında təqdim olunur. Türkiyə, Azərbaycan və Rusiyada isə kanal əsasən Azərbaycan kanalları bölməsində yayımlanır.

AzStar TV dünyanın 216 ölkə və ərazisində izlənib – Bir ayda 735 mindən çox baxış


Leave a Comment