Rəşid Behbudovun müəmmalı ölümü - dırnaqları niyə çıxarıldı, sirli kasetdə nə var idi?

Rəşid Behbudovun müəmmalı ölümü - dırnaqları niyə çıxarıldı, sirli kasetdə nə var idi?

14 dekabr ifası, səsi ilə Azərbaycanı bütün dünyaya tanıdan müğənni, aktyor və ictimai xadim Rəşid 
Behbudovun anadan olmasının ildönümüdür.

Xatırladaq ki, Rəşid Behbudov 1915-ci ildə Tiflis şəhərində (indiki Gürcüstan) anadan olub. Rəşid Behbudov həm klassik Azərbaycan musiqisini, həm də estrada janrını ustalıqla ifa edirdi. O, Azərbaycan musiqisinin inkişafında mühüm rol oynayıb və “Arşın Mal Alan” filmindəki Əsgər obrazı ilə geniş tanınıb. Behbudov, həmçinin Azərbaycan Dövlət Mahnı Teatrının yaradıcılarından biri olub.

Dünya şöhrətli Rəşid Behbudovun müəmmalı ölümü haqqında hələ də müxtəlif iddialar səslənir. Onunla bağlı ən ilginc faktları təqdim edirik:-Rəşid Behbudov SSRİ-də mikrofonsuz oxuması ilə məşhur idi. Onun məxsus olduğu yüksək səs tembri buna imkan verirdi.-“Bəxtiyar” filminə çəkilişləri zamanı Saşa rolunun ifaçısı aktrisa Tamara Çernova süjetə əsasən, avtomobil sürməli olur. Ancaq bunu yaxşı bacarmır. O, hər dəfə sükan arxasına keçəndə çəkiliş qrupu qorxu keçirir. Maşınla olan epizod başa çatandan sonra Rəşid Behbudov bağ evində çəkiliş qrupuna kabab qonaqlığı verir.

-Aktrisa Nəcibə Behbudova xanəndənin bacısı olub. Onun oğlu Cəfər Rəşidov uzun illər Moskvada yaşayıb. Çox yaxşı səsi və musiqi 
təhsili olsa da, deyilənlərə görə bacısının bir neçə dəfə xahiş etməsinə baxmayaraq Rəşid Behbudov ona heç bir köməklik göstərmir. Bunu isə onun Cəfəri qısqanması ilə əlaqələndirirlər. Bakıda istədiyi uğuru qazana bilməyən Cəfər vətəni tərk edərək Moskvaya köçüb orada yaşayır.

-Qarabağa konsert verməyə gedəndə onun papağı ilə təsbehini oğurlayırlar. Rəşid Behbudov təsbehi oğurlayana bağışladığını bəyan edir, ancaq papağı geri istəyir. Xanəndənin papağı qısa müddətdə tapılaraq özünə qaytarılır. Bu fakt Aqil Abbasın “Dolu” romanında da özü əksini tapıb.

-Əfsanəvi hind aktyorları Rac Kapur və Nərgis Dattla çox yaxın dost olur. 1989-cu ildə vəfat edən xanəndənin ölümü ilə bağlı bir neçə fərziyə dolaşır. Əsas ehtimal isə onun 1988-ci ildə baş tutan Hindistan səfəri ilə bağlı olur.

-Mahnı Teatrının kollektivi ilə Hindistana səfər edən Rəşid Behbudov maraqlı bir faktla rastlaşır. Komandasına tərcüməçilik edən hindistanlı şəhərlərin birindən keçən 
zaman SSRİ-dən olan Şaumyanın burada basdırıldığını və dəfnində özünün də iştirak etdiyini deyir. 
O zaman SSRİ Ali Sovetinin deputatı olan azərbaycanlı müğənni buna çox təəccüblənir və həmin adamdan dəfnlə bağlı olan kaseti ona verməsini xahiş edir. 
1988-1989-cu illərdə Qarabağ problemi başlayanda Rəşid Behbudov ərazi məsələləri üstündə Mixail Qorbaçovla 
dalaşır və erməni tarixinin uydurma olduğunu sübut etməkdən ötrü həmin kaseti ona verir. Bundan sonra Ali Sovetdən uzaqlaşdırılan Rəşid Behbudov hər il getdiyi tibbi komissiyanın müalicələrinə buraxılmır. Onun səhhətində, xüsusən də böyrəklərində problemlər yaranır.

-Rəşid Behbudov sonralar xəstəxanada yatanda xanımına deyir ki, kaset məsələsinə görə onu aradan götürəcəklər.

-Xanəndənin qızı Rəşidə Rəşidin sözlərinə görə xanəndə Qorbaçovdan rus tanklarının Bakıdan çıxarılmasını tələb etdiyi üçün ona güclü təzyiqlər olur. Bundan sonra onun əsəbləri sıradan çıxır. Ona tez-tez sakitləşdiricilər verir, işgəncəyə məruz qoyurlar. Xanəndənin kürəyində qançırlar əmələ gəlir, ayağının iki, sağ əlinin bir dırnağını çıxarmışdılar. Bu faktlar KQB-nin (rusca: “Комитет государственной безопасности”, tərcüməsi Dövlət Təhlükəsizliyi Komitəsi) sənədlərində öz əksini tapır.

-Böyrəklərindəki problemlərlə bağlı Moskvada xəstəxanaya yatırdılır. Ailəsinə əməliyyat olunacağı deyilir. Ailə üzvləri yanına buraxılmayan xanəndə bir neçə saatdan sonra qışqırmağa başlayır, ardınca isə onun ölüm xəbəri gəlir.

-Müəmmalı ölümdən sonra Moskvada müğənninin ailəsinə bildirirlər ki, “sizin dinə görə meyiti yarmaq olmaz”. 
Ancaq həyat yoldaşının xahişi ilə onun meyiti Bakıda Tibbi Ekspertiza İnstitutunun 
əməkdaşları tərəfindən yox, polis işçiləri tərəfindən yarılır. Lazımi sənədləri isə yoxa çıxarırlar.

Rəşid Behbudovun müəmmalı ölümü - dırnaqları niyə çıxarıldı, sirli kasetdə nə var idi?


Leave a Comment