Ərturan Nəcəfi Göl birinci yerə layiq görülüb

Ərturan Nəcəfi Göl birinci yerə layiq görülüb

Beynəlxalq film festivallarının birincisi Ərturan Nəcəfi kimdir?

Ərturan Nəcəfi Gölün “8-ci Uluslararası Türk Dünyası Film Festivalı”nda birinci yerə layiq görülüb.

Qeyd edək ki, Ərturan Nəcəfi 1980-ci ildə Qoşaçay şəhərində dünyaya göz açıb. O, 20 yaşında ikən Umiya şəhərinə köçür və “Urmiya Gənc Sinemaçılar Dərnəyi”ndə Həsən Məhəmmədzadə, Rumin Mohtəşəm və Cavad Pursəməd kimi ustadlardan ssenari yazarlığı, kino rejissorluğu və fotoqraf sahəsi üzrə təhsil alır. Ərturan Nəcəfi bütün bunlarla yanaşı teatrda 5 səhnə əsərində aktyor kimi də rol alır.

Dərnəkdə təhsilini başa vurduqdan sonra Tehran şəhərinə köçür, orada 4 il peşəkarcasına teatr eləcə də art fotoqraf sahəsi ilə məşğul olur. 7-ə yaxın peşəkar foto festivallarında birinci yerə layiq görülür.

Ərturan 2011-ci ildə Azərbaycan Respulikasına köçür, orada Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ölkənin tanınmış kino rejissoru, Xalq artisti Oktay Mir-Qasımın rəhbərlik etdyi kursda kino rejissorluğu üzrə təhsil alır.

Çəkdiyi ilk qısa metrajlı “Səs” filmi (diplom işi) 15 beynəlxalq festivalda əsas müsabiqə bölmələrinə daxil olur, 6 festivalda birinci yerə layiq görülür. Bu festivallardan bəziləri Tatarıstanda keçirilən “13-cü Beynəlxalq Kazan Film Festivalı”, Türkiyədə “6-cı Beynəlxalq Kayseri Film Festivalı”, Bosniyada “5-ci Beynəlxaıq Jahorina Bosniya Film Festivalı”, İranda “35-ci Beynəıxalq Qısa Metrajlı Tehran Film Festivalı” və başqa ölkələrdə keçirilən festivallardır.

O, 2023-cü ildə “Novruznamə” adlı filmini çəkir. Filmin süjet xətti və  məzmunu Azərbaycan-türk mifologiyasına söykənən, 4-Çərşənbə inanc və adətlərinə əsaslan, qədim Azərbaycan-türk bayramı olan Novruz adətlərini özündə ehtiva edir. Bu film Ankarada keçirilən “8-ci Beynəlxalq Türk Dünyası Film Festivalı”nda birincilik qazanır. Həmin ildə o, üçüncü “Hər kəs ən yaxşısını seçir” adlı qısametrajlı filmini çəkir.

Ərturan bunlarla yanaşı aktyorluq fəaliyyətinə də davam edir. Azərbaycanın tanınmış aktyoru,  Xalq artisti Vidadi Həsənovun rəhbərlik etdiyi M.Teatrda “Art” adlı ilk tmaşasını səhnələşdirərək, əsas rollardan birini oynayır. O, eyni zamanda Balliwood-un (Hindistan) çəkdiyi iki tam metrajlı bədii filmində, eləcə də Sinqapur və Hindistanın ortaq çəkdiyi, 12 bölümdən ibarət “The Truth” serialında əsas rollardan birini canlandırır.

Ərturan Nəcəfi Göl birinci yerə layiq görülüb


Leave a Comment