Millətimizi parçalamaq mümkün deyil: Biz tarixlə sınaqdan keçmişik!

Millətimizi parçalamaq mümkün deyil: Biz tarixlə sınaqdan keçmişik!

Son günlərdə baş verən bölgə hadisələri və İran ilə İsrail arasında yaşanan 12 günlük müharibə zamanı təəssüflə müşahidə etdik ki, bəzi irqçi irançı və pan-fars düşüncəli çevrələr fürsətdən istifadə edərək, xüsusilə Azərbaycan bölgələrində yaşayan xalqımızın fikrini qardaş Azərbaycan Respublikasına qarşı yönəltmək cəhdinə girişdilər.

Biz açıq və qəti şəkildə bildiririk ki, bu təfriqə salan və anti-milli səylər təkcə qınanmalı deyil, həm də ayıq və şüurlu millətimiz tərəfindən yetərli cavab verilmişdir. İran Azərbaycan və Azərbaycan Respublikası xalqı eyni kökdən, ortaq tarixdən, mədəniyyətdən və dildən gəlmiş bir millətdir. Biz iki dövlətdə yaşayan bir
millətik – ürəyimiz, qanımız və taleyimiz birdir, ayrılmazdır.

Tarix dəfələrlə, xüsusilə Qarabağ müharibələrində göstərdi ki, bu bağ qırılmazdır. Xalqımız canı və ruhu ilə qardaş Azərbaycanın yanında oldu, bundan sonra da olacaq. Bu gün də eyni tarixi şüurla, irançı və pan-fars təfəkkürlü çevrələrin fitnəkar planlarını ayıq başla puça çıxarır.

Azərbaycan milləti heç vaxt  coğrafi sərhədlərin onu öz mənəvi varlığının digər hissəsindən ayırmasına imkan verməz. Biz bir millətik – Arazın iki tərəfində, bir ürək, bir dil və bir ümumi amal ilə yaşayan bir millət.

“Azərbaycan Postu” qəzetinin baş redaktoru
Yaşar Pourali

Millətimizi parçalamaq mümkün deyil: Biz tarixlə sınaqdan keçmişik!


Leave a Comment