Toronto Azərbaycan Evi yeni ünvanında fəaliyyətini davam etdirir

Toronto Azərbaycan Evi yeni ünvanında fəaliyyətini davam etdirir

Kanadadakı azərbaycanlı icmasının ən fəal mədəni mərkəzlərindən biri kimi tanınan Toronto Azərbaycan Evi (Azerbaijan House of Toronto) yeni ünvanında fəaliyyətini davam etdirir.

"Azerbaijan Post" bildirir ki, yarandığı gündən etibarən mərkəz Kanadada Azərbaycan mədəniyyətinin, ədəbiyyatının və incəsənətinin tanıdılması istiqamətində mühüm işlər görüb. Burada mütəmadi olaraq mədəni, bədii və ədəbi tədbirlər, Azərbaycan dili dərsləri, milli bayram və yubileylərin qeyd olunması təşkil edilir.

Toronto Azərbaycan Evi həmçinin sənətçilər, alimlər və ictimai xadimlərlə birgə layihələr həyata keçirərək, Kanadada yaşayan azərbaycanlıların bir araya gəlməsi və milli kimliklərini qoruyub yaşatması üçün mühüm bir mərkəzə çevrilib.

İndi isə mərkəz öz fəaliyyətini daha geniş, müasir və imkanlı bir məkanda davam etdirəcək. Yeni ünvan, həm icma üzvləri, həm də Azərbaycan mədəniyyətinə maraq göstərən kanadalılar üçün daha rahat və əlçatan olacaq.

Yeni ünvan: 

Address: 187 Finch Ave W, North York, ON M2R 1M2

“Azerbaijan Post”

Toronto Azərbaycan Evi yeni ünvanında fəaliyyətini davam etdirir


Leave a Comment