Hüseyn Cavid (1882-1941)

Bu ideyalar "Şeyda" (1917) dramında, "Haqqını sən mübarizə ilə ala bilərsən" (1918) poemalarında da davam etdirilir.

Hüseyn Cavid (1882-1941)

Hüseyn Abdulla oğlu Rasizadə 24 oktyabr 1882-ci ildə Naxçıvan şəhərində anadan olmuş, 5 dekabr 1941-ci ildə İrkutsk vilayətində sürgündə vəfat etmişdir.Azərbaycanın görkəmli şairi, dramaturqudur. Naxçıvanda ruhani ailəsində doğulmuş, ibtidai təhsilini Naxçıvanda mollaxanada, orta təhsilini görkəmli ziyalı, müəllim M.T.Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində almışdır (1894-98). Klassik üslublu ilk şeirlərini "Gülçin" və "Salik" imzaları iləburada yazmışdır. 
1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin Talibiyyə məktəbində təhsilini davam etdirmişdir. İstanbul universitetinin ədəbiyyat şöbəsini bitirmiş (1909), 
, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir.

Şərq mədəniyyəti, Azərbaycan klassik poeziyası, dərin mənəvi-fəlsəfi örnəklər Cavid yaradıcılığını qidalandıran tələblərdir. O, XX əsr Azərbaycan romantizminin banilərindən biridir.

Cavid sənəti bədii növ, janr və forma cəhətdən zəngindir. O, lirik şeirlərin, lirik epik, epik 
poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. "Keçmiş günlər" adlı ilk şeir kitabı 1913-cü ildə çap olunmuşdur. Yaradıcılığının ilk dövrlərində ictimai-fəlsəfi-əxlaqi mövzulu lirik əsərlər üstünlük təşkil edir. ("Öksüz Ənvər", "Çoban türküsü", "Kiçik sərsəri", "Dün və bu gün", "Qadın", "Görmədim", "Vərəmli qız" və s.) Bu əsərlərdə insanın ailədə, məişətdə yaşadığı müxtəlif çətinliklər, zəmanənin zülm və haqsızlığı, ədalətsiz, zorakı quruluşun əzabları təsvir olunur. "Məzlumlar üçün", (1914) "Qüruba qarşı", "Hərb və fəlakət" (1916) "Hərb allahı qarşısında" (1917) əsərlərində bəşəriyyətə fəlakətlər gətirən müharibələrə, imperiya 
siyasətinə nifrət əks olunur.

Hüseyn daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı manerası, forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratmış, milli teatr mədəniyyətini yeni məzmunla zənginləşdirmişdir.
 Dramaturgiyasında bütün dövrlər üçün keçilməz olan ümumbəşəri, ictimai-siyasi və mədəni problemləri yüksək bədii səviyyədə işıqlandırmışdır. İlk mənzum "Ana" pyesində (1910) nəciblik, sədaqət, mərdlik, "Maral" (1912) faciəsində şəxsiyyət və qadın azadlığı, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan"da (1914) insanları ayıran dini və milli təəssübkeşlik əleyhinə üsyankar etiraz ruhu tərənnüm olunur.

Bu ideyalar "Şeyda" (1917) dramında, "Haqqını sən mübarizə ilə ala bilərsən" (1918) poemalarında da davam etdirilir.

Yaradıcılığında mühüm yer tutan "İblis" (1918) faciəsində dövrün bütün mürtəce-əzici qüvvələri, "iyirminci əsrin mədəni vəhşiləri olan 
imperialist dairələri İblis obrazında ümumiləşdirilmişdir".20-30-cu illərdə yazdığı "Peyğəmbər" (1922), "Topal Teymur" (1925), "Səyavuş" (1933), "Xəyyam" (1935) tarixi dramlarında tarixi şəxsiyyətlərin rolunu, hökmdar və xalq, azad fikir və irtica məsələlərini qoyur və özünəməxsus yüksək poeziya dili ilə əks etdirir.Cavidin poeziyası yüksək bədii sənətkarlığı, dərin emosionallığı, səmimiliyi ilə seçilir.

Hüseyn Cavid (1882-1941)


Leave a Comment