Noyabrın 30-da Türkiyənin İzmir şəhərində ikinci Güney Azərbaycan Türkləri Mədəniyyət və İncəsənət Festivalı keçirilib.
Azerbaijan Post xəbər verir ki, Çağdaş Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu dəfəki festival Səməd Behrəngiyə həsr olunub.
Əvvəlcə festivalın ilk hissəsində Səməd Behrəngi yad edilib, onun əsərləri və həyatına dair məlumatlar təqdim olunub. Həmçinin, Səməd Behrəngiyə həsr edilmiş (Yaqub Zurufçu) Səməd Könlümdədir (Səməd Behrəngiyə ithafən) mahnısı səsləndirilib.
“Urmiya Gecəsi” adlanan ikinci hissədə festival iştirakçılarına Urmiya şəhəri və Urmiya gölü, onun quruması ilə bağlı məlumatlar verilib.
Festivalın üçüncü hissəsində isə mükafatlandırma mərasimi keçirilib. Bu mərasim üç hissədən ibarət olub:
1.Birinci hissədə dünyasını dəyişmiş, Güney Azərbaycan mədəniyyətində önəmli izlər buraxmış 10 sənətkar yad edilərək xatırlanıb:
1. Prof. Dr. Cavad HEYƏT (həkim, türkoloq, yazıçı)
2. Prof. Dr. Hüseyn DÜZGÜN (türkoloq, yazıçı)
3. Dr. İldəniz Kurtulan (yazıçı, həkim)
4. Əli Səlimi (bəstəkar)
5. Yaqub Zurufçu (müğənni)
6. Tohid Novruzi (müğənni)
7. Əli Haqşinas (qarmon ifaçısı)
8. Ruhi Tuna (heykəltəraş)
9. Dədə Katib (aşıq)
10. Zöhrə Vəfayi (yazıçı, folklor araşdırmaçısı).
2.İkinci hissədə "milli sənətkarlar" elan olunan sənətçilər mükafatlarla təltif edilib:
1. Fatimə Dadaşzadə
2. Cavid Təbrizli
3.Üçüncü hissədə hazırda yaşayan və Güney Azərbaycan mədəniyyət mücadiləsində, Türk Mədəniyyət İnqilabında xidmətləri olan sənətkarlara müxtəlif sahələrdə fəxri fərmanlar təqdim edilib. Təltif olunanlar arasında yalnız Azərbaycan türkləri deyil, həm də Qaşqay və Xorasan türkləri də olub.
Fəxri Fərman alan sənətçilər aşağıdakılardır.
Quzey Azərbaycandan:
1. Prof. Dr. Pərvanə Məmmədli
2. Prof. Dr. Esmira Fuad
Həmişə Güney Azərbaycan haqqında düşünərək, bütün elmi fəaliyyətlərini xüsusilə Güney Azərbaycan türk ədəbiyyatı və mədəniyyəti üzərində aparıblar.
Qadın yazıçılar və Şairlər:
1. Fəribə Vəfayi
2. Həmidə Rəiszadə Səhər
3. Şərifə Cəfəri
Şairlər:
1. Huşəng Cəfəri
2. Sayman Aruz
Sənətçilər:
1. Abbas Nəkrəvani (Sulduz)
2. Fərhad Əmiri Nişad (London)
3. Nasir Atapur (Təbriz)
4. Xosrov Əmiri (Ankara)
Aşıqlar:
1. Aşıq Çingiz Mehtipur
2. Aşıq Məhbub Xəlili
3. Aşıq Oqtay Zamanı
4. Aşıq Qurban Alyar
5. Aşıq Səlcuq Şahbazi
Rəqs qrupları:
1. "Aylan" rəqs qrupu (Tehran)
2. "Odlar Yurdu" rəqs qrupu (Təbriz)
3. "Zəncan" rəqs qrupu (Zəncan)
Rəssamlar:
1. Cavad Süleymanpur
2. Sona Əbdüləzimzadə
Kino, sənədli və qısa film rejissorları:
1. Ərturan Nəcəfi
2. Məhəmməd Əlimuradi
Mətbuat və yayım:
Azerbaijan Post qəzeti
AzStar TV
Barama Radio
Tribun dərgisi
Mədəni Azərbaycan dərgisi
Mədəniyyət qurumları
Foto Muzeyi (Məhəmməd Əli Cədidələsalam)
Təbriz Akkordeon Muzeyi
Musiqi qrupları:
"Barış" musiqi qrupu (Məsud Əmir Səpəhr)
"Dalğa" qrupu (Aşıq Çingiz Mehtipur)
"Sarı Tel" musiqi qrupu (Aşıq Səhənd Alyar)
Qaşqay türkü sənətçisi:
Aylar Kəviyanl
Xorasan türkü sənətçisi:
Emin Rəsən
Türkmənistan türkü sənətçisi:
Rəsul Abbaszadə.
Sonda Çağdaş Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Cemal Mehmethanoğlu festivalda iştirak edən və əməyi keçən hər kəsə təşəkkür edib:
"Uğurlu şəkildə ikinci Güney Azərbaycan Türkləri Mədəniyyət və İncəsənət Festivalını keçirdik. Yağışlı bir bazar günü festivala qatılaraq bizi dəstəklədiyiniz üçün ürəkdən təşəkkür edirəm.
Xüsusilə, Güney Azərbaycan ədəbiyyatı sahəsində geniş araşdırmaları və dərin bilikləri ilə tanınan Prof. Dr. Yavuz Akpınara, Manisa Azərbaycan Mədəniyyət Dərnəyinin rəhbəri Seyfəddin Ayakyak və idarə heyətinin üzvlərinə, İzmir Azerbaycan Kültür Derneğinin başkanı Perviz ALTAY, Turgutlu Azərbaycan Mədəniyyət Dərnəyinin rəhbəri Ünal Kağba və idarə heyətinin üzvlərinə, Azərbaycanlı Qadınlar Dərnəyinin sədri Cövhər Əhmədovaya, Təbrizdən gəlib bizə qoşulan, unudulmaz mədəniyyət adamlarımızdan Prof. Dr. Hüseyn Düzgünün oğlu Eldar Düzgünə, İstanbuldan gəlib iştirak edən, unudulmaz yazıçı Dr. İldəniz Kurtulanın qızı Günəş Kurtulana, fəxri fərman təqdim etdiyimiz mədəniyyət adamı Abbas Nikravaninin qızı Sevil xanıma və adlarını çəkə bilmədiyim digər dəyərli dostlara təşəkkür edirəm.
Festivalımızı təbrik edərək mesaj göndərən, başda Güney Azərbaycan Qurtuluş Partiyasının rəhbəri Eldar Qaradağlı olmaqla, bütün dostlara da təşəkkür edirəm.
Tədbirimizin keçirildiyi məkanı bizə təqdim edən Konak Bələdiyyəsi Mədəniyyət İdarəsinə və bütün işçi heyətə, tədbirimizin təhlükəsizliyini təmin edən İzmir Polis İdarəsinin Təhlükəsizlik Şöbəsinin müdiri və əməkdaşlarına, həmçinin tədbirimizə dəstək olan Güney Azərbaycanın Milli Sənətçisi Cavid Təbrizli və Quzey Azərbaycanın tanınmış teatr aktrisası Roza İbadova Koçamaza səmimi qəlbdən təşəkkürümü bildirirəm".
"Azerbaijan Post"