“Türk NATO”- su nə zaman yaradılacaq?

NATO-dan çıxma ehtimalını mümkün saydığını deyərək, qeyd etmişdi: “Şərtlər yerinə yetirilməsə, hətta 
NATO-dan çıxmaq da alternativ kimi nəzərdən keçirilməlidir. Biz NATO-dan əvvəl də var idik və NATO olmadan yox olmayacağıq.

“Türk NATO”- su nə zaman yaradılacaq?

Artıq bir müddətdir ki, Türk NATO-sunun yaradılması ilə bağlı fikirlər səslənməkdədir. Bu da əsassız deyil.  Xatırladaq ki, ötən il Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı Türkiyənin 
NATO-dan çıxma ehtimalını mümkün saydığını deyərək, qeyd etmişdi: “Şərtlər yerinə yetirilməsə, hətta 
NATO-dan çıxmaq da alternativ kimi nəzərdən keçirilməlidir. Biz NATO-dan əvvəl də var idik və NATO olmadan yox olmayacağıq.
Əgər Türkiyənin etirazları ciddi qəbul edilmirsə, deməli, onun NATO-dakı mövcudluğu ciddi qəbul edilmir və hörmət edilmir. İsveçi alsınlar, Finlandiyanı alsınlar, Rusiyaya qarşı yeni cəbhə açsınlar. Əgər zərurət yaranarsa, hadisələr başqa seçim qoymazsa, Türkiyə, türk dünyası və İslam ölkələrinin daxil olduğu yeni təhlükəsizlik təşkilatı yaratmaq olar, bəlkə də bu yolla daha yaxşı olar”. Əlbəttə ki,  MHP kimi nüfuzlu partiya liderinin bu çıxışı təsadüfi deyildi.  İki il öncə Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv Dövlətlərin iclasına videomüraciətində prezident Rəcəb Tayyib Ərdoğan da buna bənzər fikirlər səsləndirmişdi. Ərdoğanın fikrincə Türk Şurası yeni qatılan ölkələrlə güclənərək beynəlxalq status qazana bilər. Siyasi şərhçilərin fikrincə bu, Türk Şurasının hərbi blokunun yaranmasına işarə, mesajdır.
Beləliklə, Türk Dövlətləri Təşkilatının NATO kimi vahid orduya malik olması ilə bağlı müzakirələr gündəmdədir. Yəni, türk ölkələrinin siyasi, iqtisadi əməkdaşlıqla yanaşı, hərbi təhlükələrə qarşı bir təşkilat altında birləşməsi artıq dövrün tələbinə çevrilir. Türk Dövlətləri Təşkilatının ortaq sülh gücü yaratması həm bu bölgə, eyni zamanda ölkələr, dünyada sülh üçün də çox önəmli məsələdir.
Qeyd edək ki, “Türk Dövlətləri Təşkilatının ”yol xəritəsi» 
2009-cu ilin 3 oktyabrında  Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış sazişi ilə ortaya çıxmışdı.
 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış bəyannamə ölkələr arasındakı münasibətlərin strateji müttəfiqlik və qardaşlıq səviyyəsinə yüksəldilməsinə, digər Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin meydana gələn 30 illik təcrübələr, gəlişmələr və dünyanın gələcəkdəki alacağı şəkil çərçivəsində yenidən düşünmə, dəyərləndirmə, bu qardaşlıq təməlindəki iş birliyinə yeni bir ad qoymağa yönəlmişdir. Bu məqsədlə də 2021-ci il oktyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirildi. Bu görüşün önəmi həm də ondan ibarət idi ki,  Türkmənistan və Macarıstan da  müşahidəçi qismində qoşulmuşdu və sonda 121 maddəlik bəyannamə imzalanmışdı. Bu bəyannamə 5 əsas ana başlığı əhatə edir: siyasi mövzular; xarici siyasət və təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq; iqtisadi və sektorlar üzrə əməkdaşlıq; beynəlxalq əməkdaşlıq; Türk dünyasında institusional əməkdaşlıq və təşkilati məsələlər. Təkcə xarici siyasət və təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq, iqtisadi və sektorlar üzrə əməkdaşlıq 21 maddədən ibarətdir. Bu say Türk Dövlətləri Təşkilatının 2009-cu ildən etibarən nə qədər ciddi işləri həyata keçirdiyinin göstəricisidir.
 
Digər tərəfdən Qərbin ortaya gətirdiyi NATO, Avropa Birliyi, Avropa İttifaqı kimi nümunələr var. Əgər dünyada bir neçə belə hərbi və təhlükəsizlik formatı varsa, niyə də türkdilli dövlətlərin öz hərbi bloku olmasın?

Təbii ki, “Turan Ordusu” ideyası artıq bir çox dövlətlərin “yuxusuna” haram qatıb, narahat etməyə başlayıb. Xüsusən də İran və Rusiya bu məsələdə ən çox qıcıq olan dövlətlərdir. Bu ölkələrin xüsusi xidmət orqanlarının yazdıqları ssenari ilə Azərbaycanda, Qazaxıstanda və hətta Türkiyədə Turan əleyhinə yazılar çap olunduğunu, sosial şəbəkələrdə yayıldığının şahidi oluruq. Təkcə Rusiya və İran deyil, əksər Qərb ölkələrinin bu məsələdə narahatlığı başa düşüləndir, aydındır. Bir çox güclər qarşılarında yeni, möhtəşəm bir gücün yaranmasını istəmir, fürsət düşdükcə mane olmağa çalışırlar.
Amma bu bir faktdır ki, bu gün Türkiyə bölgədə mövqeyini yetərincə gücləndirib. Onun gücü bütün türk respublikalarını bir araya yığıb, toplamağa çatır və artıq böyük “Turan Ordusu” utopik deyil, reallaşacaq zəruriyyətdir.
 

“Türk NATO”- su nə zaman yaradılacaq?


Leave a Comment