S.M.Pişəvərinin müəllim,
jurnalist, yazıçı və siyasi xadim kimi yetişməyində və
fəaliyyətində Bakıdakı ədəbi-siyasi mühitin, o dövrün mətbuatının, ədəbi və siyasi simalarının təsiri danılmazdı. S.M.Pişəvərinin
yeniyetmə və gənclik illərində
Bakıda çap olunan çoxlu qəzet və dərgi, o cümlədən «İrĢad», «Həyat», «Təkamül», «Dəvət» «Qoç», «YoldaŞ», «ittifaq»,
«Tərəqqi», «Həqiqət», «Sədaye Bakı», «Sədaye vətən», «Sədaye
Qafqaz», «Açıq söz»,
Güney Azərbaycanda çap edilən «Fəryad», «Şuraye İran»
«Mükafat», «Naleye millət», «Şəms» qəzetləri, eləcə də «Molla Nəsrəddin», «Füyuzat», «Zənbur», «Tuti», «Məktəb», İrəvanda çap olan «Leylək» və s. müxtəlif yönlü dərgilərin bir çoxunun daimi oxucusu olan S.M.Pişəvərinin
ədəbi-siyasi cəhətdən
formalaşmasında və inkişafında, onun jurnalistliyə və mətbuat işinə güclü həvəsin oyanmasında
müstəsna rol oynamışlar.Rusiyada fevral 1917-ci il və ondan az sonra baş vermiş dövlət çevrilişləri çar Rusiyası ərazisində, o cümlədən Cənubi Qafqaz bölgəsində
siyasi ab-havanı dəyişdi.
V.İ.Leninin verdiyi dekretlər,
Rusiyanın və şərqin müsəlman xalqlarına ünvanlanmış şirin vədlər və müraciətlər bir çox
azərbaycanlı ziyalılar kimi S.M.Pişəvəriyə də təsirsiz ötüşməmişdi. Bu təsir onu
maarifçiliklə demokratlıqdan
kommunistliyə doğru
meyilləşdirmişdi. Bu işdə S.M.Pişəvərinin yaxın münasibətdə olduğu Nəriman Nərimanovun,
Süleyman Mirzə İskəndərinin,
Heydər xan Əmioğlunun,
Əsədulla Qafqazzadənin, Mirbəğir Qasımovun, İranın nicatını və azadlığını kommunist məsləkinin qələbəsində görən digər
şəxsiyyətlərin gənc Pişəvəriyə təsiri danılmazdır.Oktyabr inqilabına qədər S.M.Pişəvəri bir növ ideoloji xətt, məram axtarışında
olmuşdur. O müxtəlif təşkilatlarda, cəmiyyətlərdə və dərnəklərdə iştirak edir, düşüncələrini və fikirlərini kağız üzərinə gətirir və qəzetlərdə çap etdirir. Biz bu dövrdə
S.M.Pişəvərinin ilk məqaləsini Məhəmməd Əmin Rəsulzadənin redaktor olduğu «Açıq söz»
qəzetində çap etdirdiyini görürük. Mərkəzi Təbrizdə olan Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi Demokrat firqəsinin Bakıdakı təşkilatı və onun üzvləri ilə əlaqə saxladığını S.M.Pişəvəri özü etiraf edir. 1917-ci ildə Şeyx Məhəmməd Xiyabaninin başçılığı altında İran Demokrat Partiyasının Azərbaycan Əyalət Komitəsi yaradılır. 1917-ci ilin aprelində partiyanın orqanı «Təcəddö» qəzeti çap olur. Arazın bu tayında olan İran təbəələri həmin təĢkilatın Bakı şöbəsini təşkil edirlər. Bu şöbə Təbrizdə yerləşən MK ilə sıx əlaqə saxlayır, onun göstəriş və tapşırıqlarını yerinə yetirir. Güneydən gələn işçi qüvvəsi və ziyalılar Xiyabani məsləkinə köklənir və bir çoxu bu məsləkin yolçusu olurlar. Sonralar S.M.Pişəvəri «Ajir»də çap etdirdiyi xatirələrdə yazırdı:
“Bakıdakı Demokrat Firqəsi yüzdəyüz Azərbaycan Əyalət Komitəsinə tabe idi. O göstərişləri birbaşa Təbrizdən alırdı və öz işlərini bu əsasda qururdu.
1918-ci ilin yanvar ayında İran Demokrat Firqəsinin Bakı təşkilatının orqanı olan
«Azərbaycan cüze layəntək İran» qəzetində əvvəl ədəbi işçi,
sonra redaktor vəzifəsində işləyən S.M.Pişəvəri vətənin o tayında, Güney Azərbaycanda xüsusən Təbrizdə gedən mübarizəni və
hadisələri addımbaaddım izləyir.
İngilislərlə gizli sövdaləşməyə girmiĢ Vüsuq-dövlə hökuməti
əleyhinə Xiyabaninin rəhbərliyi altında genişlənən xalq hərəkatı və onun fəalları ilə əlaqə saxlamağa çalıŞırdı. 1918-ci ilin payızında Şeyx Məhəmməd Xiyabaninin başçılığı altında Təbrizdə keçirilən
izdihamlı mitinq və mitinq
iştirakçıları adından Tehran
hökumətinə göndərilmiş
teleqramın məzmunu S.M.Pişəvərini daha artıq mübarizə meydanın mərkəzinə çəkib gətirdi.[15] O, bunu xatirələrində də qeyd etmişdi. Təbrizdəki mitinq
iştirakçılarının teleqramında
deyilirdi ki, Azərbaycanlılar öz müqəddəratını mübhüm
(şübhəli) siyasətə təslim
etmiyəcəklər. Vüsuq-dövlələr,
QəvamüSəltənələr, Əmin
ol-məliklər kimi şübhəli adamlar millət başçısı olmamalıdırlar.
Tehranda tam sədaqətli və inanılmış bir dövlət təşkil edilməyincə Azərbaycan xalqı mərkəzə tabe olmayacaqdır.
Siyasi mübarizə meydanına əvvəl maarifəçiliklə başlayan S.M.Pişəvəri sonra bu mübarizəni müxtəlif
mətbuat əhatələrində getdikcə kəskinləşən və püxtələşən
jurnalist yazılarında davam
etdirmişdi. Onun ilk məqaləsi
1917-ci ilin fevral ayında
Məhəmməd Əmin Rəsulzadənin başçılıq etdiyi «Müsavat»
partiyasının orqanı «Açıq söz» qəzetində çap edilir. Sonra o, bu qəzetdə əməkdaşlıqdan uzaqlaşır. Özünün məqalələrini, şeir
və felyetonlarını «Azərbaycan cüze
layənfək İran», «Ədalət», «Əkinçi» (2-ci dövrə) «Ən-cümən» «Həqiqət» və s. qəzet və dərgilərdə çap etdirir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, S.M.Pişəvəri öz məqalələrini, felyeton və şeirlərini vahid imzada verməmişdi. Bu da siyasi mühitdə onun təqib və izlənməsi, digər
tərəfdən bir qəzetdə iki, bəzən daha çox məqalə çap etdirməsi ilə bağlı olmuşdur. 1919–1946 arasında onun yazılarında bizim rastlaşdığımız imzalar əsasən bunlar olmuşdur: M.C.Cavadzadə, M.C.Xalxali, Cavadzadə Xalxali, M.C.Seyid, M.C.Nadi, Əcul, Ə.C., Pərviz, Simrux, Səməndər, C.P., P və s. Bu imzaların S.C.Pişəvəriyə aid olduğu müəyyən edilsə də «Rağeb», «Sərgərdan», «Kəndli» imzaların da ona aid olması ehtimal edilir. Bir də nəzərə almaq lazımdır ki, S.M.Pişəvərinin 1945-ci ilə qədər yazılarının çoxu fars dilində
olmuşdur. Bu bir tərəfdən onun
farsca yaxşı bilməsi ilə
bağlıdırsa, digər səbəb İranda o zaman yeridilən fars şovinizmi
siyasəti nəticəsində oxucu
auditoriyasının əsasən far
s dillilərdən ibarət olması idi.
S.M.Pişəvəri kütləni oyatmaq və öz haqqını tələb etməsi üçün ən əvvəl onun maariflənməsi, elmə
yiyələnməsini vacib sayırdı.
O, 1905–1911-ci illərdəki Məşrutə hərəkatının qələbəsi nəticəsində əldə edilmiş nisbi azadlıq və hüquqların aradan qaldırılmasını millətin hələ də cəhalətdə
olmasında, xürafata uymasında, həqiqəti çətin dərk etməsində görürdü:
Millətimiz elmsiz olduğundan
hürriyyətdən və hüquqlarından yetərincə faydalana bilmədi...
hərgah maarifimiz olsaydı
cavan məşrutəmiz xainlərin əlində dəstavüz olmazdı... Bu əsrdə elmsiz yaşamaq mümkün deyildir. Daha oturub özgəyə ümid bağlamaq olmaz. Şəri cəhətdən də elm bizə vacibdir.
S.M.Pişəvərinin jurnalistlik
fəaliyyətində onun Bakıda çıxan (10 fevral 1918) «Azərbaycan cüze layənfək İran» qəzet (fars və türk dilində çıxardı) səhifələrində çap
olmuş məqalə, şeir və
felyetonlarının xüsusi yeri vardır.İran Demokrat təşkilatının orqanı olan «Azərbaycan cüze layənfək İran» qəzetində Pişəvərinin yazıları müxtəlif imzalarla, əsasən
Cavadzadə, M.C.Xalxali, Mircəfər
Cavadzadə və b. imzalarla çap edilmişdi. Onun çoxsaylı
məqalələrinin birində millətə müraciət edilərək deyilir:
.gedək çalışaq elm və maarifi yüksəldək. Tariximizi,
ədəbiyyatımızı, mədəniyyətimizi parladaq... maarifimiz,
ədəbiyyatımız toz-torpaq içində
qalmış bir cəvahirə bənzəyir.Cəngəlilər hərəkatı məğlub
olduqdan sonra Seyid Cəfər Pişəvəri Tehrana gəldi. S.M.Pişəvəri
Tehranda köhnə dostu Seyid Məhəmməd Dehqanla əlaqə yaradır və «Həqiqət» adda qəzetin nəşrində əməkdaşlıq edirlər. Qəzetin
təsisçisi S.M.Dehqan, baş
redaktoru isə S.M.Pişəvəri
olmuşdur. Qəzetdə çap olunmuş baş məqalələrin və səhifələrdək yazıların çoxu S.C.Pişəvərinin qələmindən çıxmışdır. «Həqiqət»in təsisçisi Məhəmməd Dehqan əsrin əvvəlində Pişəvəri kimi
Bakıda M.Ə.Tərbiyətin, Ə.Talıbovun, H.Z.Tağıyevin maddi yardımı ilə təhsil almış və dövrünün savadlı ziyalılarından olmuşdur.
O, həmkarlar hərəkatına 1918-ci ildən qoşulmuş və 1919-cu ildə həmkarlar təşkilatına sədr
seçilmişdi. 1920-ci ildə İranda ilk dəfə olaraq mətbəə işçilərinin
həmkarlar təşkilatını yaratmış və ona rəhbərlik etmişdir. İran
zəhmətkeşlərinin orqanı olan
«Həqiqət» qəzeti 1922-ci ilin
yanvarından 1922-ci ilin iyun ayınadək ayınadək Tehranda çap olunmuşdur. Bu müddət ərzində «Həqiqət»in 106 nömrəsi işıq üzü görmüşdü. Qəzetin səhifələrində çap edilən məqalələrdə İran zəhmətkeşlərinin amansız
istismarından, onların
tapdalanmış hüququndan və tələblərindən danışılır, durumdakı haqsızlıqlar ifşa və tənqid edilirdi. Qəzet az müddətdə öz ətrafına açıq
fikirli ziyalılarla yanaşı, kommunist məsləkinə meyilli olan Salamulla Cavid, Kərim Nikbin, Bəhmən
Şeydani və s. kəsərli qələm
sahiblərini də toplaya bilmişdi. S.M.Pişəvərinin «Həqiqət»də çap olunmuş, siyasi cəhətdən kəsərli məqalələrindən «İqtisadi əsarət», «Dünya fəhlələrinin inqilabı»,
«İranda ideoloji inqilab»,
«Səfalət haradandır», «Vahid
cəbhə», «Əsaslı çarə gərəkdir», «Paris kommunası», «Məclisdəki siyasi firqələr», «Azadlığı qorumaq
millətin vəzifəsidir» və s. başlıq
altında yazdığı silsilə məqalələri misal göstərmək olar. «Həqiqət» o zamankı İran reallıqlarını öz səhifəsində yazmaq S.M.Pişəvəri 1920-ci illərdə dan və yaymaqdan çəkinmirdi. Buna görə də,
«Həqiqət» öz oxucularının sayını günbəgün artırırdı. Həmin dövrün tədqiqatçısı tarixçi alim Rəhim Rəisniya özünün «Azadlıq səngəri» (Səngər Azadı) kitabında belə bir müqayisə aparır. Əgər «Həqiqət» gündə orta hesabla 950 nüsxə satılırdısa, «Stareye İran» qəzeti gündə vur-tut 300 nüsxə, «Mihən» 60 nüsxə, «İttihad» 36 nüsxə,»
Qanun» 7 ədəd satılırmış və həm də «Həqiqət»in oxucularının sayı durmadan artırmış.
S.M.Pişəvərinin qəzetin 106-cı (son) nömrəsində yazdığı «İki qat irtica» məqaləsi qəzetin həmişəlik bağlanması üçün dövləti əlində bəhanə olur. Adı çəkilən məqalədə S.M.Pişəvəri yazırdı:
“Ölkənin bərbad vəziyyəti hamıya məlumdur... irticai hökumət başçıları ölkənin qanunlannı yaddan çıxarıb istebdad və mütləqiyyət dövrünü yenidən dirçəltmişlər.
Hərbi hökumət hər yerdə
özbaşınalıq edir... bugünkü vəziyyət heç də beş il bundan əvvəlki vəziyyətə oxşamır. Bu gün bıçaq sümüyə dirənmişdi” . Adı çəkilən bu
məqalədə... Məqsəd və arzumuz ölkəni inkişaf və tərəqqi etdirməkdən, xalqı azadlığa çıxarmaqdan ibarətdi. Siz də mövcud
prinsiplərinizdən kənara çıxıb, xalqın və ölkənin tərəqqisi naminə çalışmadığınız əks təqdirdə sairələri kimi bizdə sizin əleyhinizə mübarizə aparacayıq.