Kanadanın Toronto şəhərində fəaliyyət göstərən “Azərbaycan Evi”ndə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.
İlk olaraq soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra “Azərbaycan Evi”nin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin tarix müəllimi, tarix elmlər namizədi İlqar Məmmədov 31 mart soyqırımının törədilməsi ilə bağlı faktları tədbir iştirakçılarının diqqətinə çatdırıb və bu faciənin qurbanlarının yad edilməsinin vacibliyini vurğulayıb.
Anım tədbirində “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi və ELTV Media qrupunun birgə təşkilatçılığı ilə “Azərbaycanın Tarixi” layihəsi çərçivəsində hazırlanmış 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş qısametrajlı film nümayiş olunub.