Beynəlxalq Astronatika Konqresi bu dəfə Azərbaycanda keçirildi.

Beynəlxalq Astronatika Konqresi bu dəfə Azərbaycanda keçirildi.

74-cü Beynəlxalq Astronavtika Konqresi bu il Azərbaycanda keçirildi. Oktyabrın 2-6-da keçirilən Konqresin açılış mərasimi Bakı Konqres Mərkəzində olub. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev çıxış edib. 
Prezident bildirib ki, Azərbaycan on ildən artıq müddət əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olaraq kosmik sənayenin inkişafı davam etdirilir. 
Prezident deyib ki, hazırda üç peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və onlar təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərirlər.Ölkə rəhbəri Azərbaycanın strateji prioritetinə dair xüsusi ilə vurğulayıb: “Müasirləşdirilmə sözü bizim gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı səciyyələndirir”...

Xatırladaq ki, Beynəlxalq Astronavtika Federasiyası İkinci Dünya müharibəsindən sonra “soyuq müharibə” dövründə kosmos sahəsində elm adamlarının arasında dialoqun yenidən qurulması məqsədilə 1951-ci ildə yaradılıb. 
Federasiya sülh məqsədləri ilə kosmik tədqiqat və fəaliyyətin təşviq edilməsi, cəmiyyətin bu sahədə maariflənməsi və biliklərinin zənginləşdirilməsi məqsədilə üzv qurumlar arasında qlobal şəbəkə yaradır. Hər il Federasiya konfrans, texniki sessiyalar, quruma üzv ölkələrin nazirləri və parlament üzvlərinin beynəlxalq iclası kimi beynəlxalq tədbirlər təşkil edir. Hazırda Federasiyanın 110 ölkədən 460-dan çox üzvü var. Azərbaycan 2003-cü ildən Federasiyanın üzvüdür.

Bu Konqres ilk dəfə Azərbaycanda 1973-cü ildə, sovet dövründə keçirilib. İkinci dəfə Azərbaycanın Astronavtika Konqresinə ev sahibliyi etməsi barədə qərar Beynəlxalq Astronavtika
 Federasiyasının Baş Assambleyasında 2019-cu ildə keçirilən seçkilərdə qəbul edilib. Həmin seçkilərdə Bakı ilə bərabər, daha üç böyük şəhər - Rio-de-Janeyro, Sinqapur və Dehli şəhərləri namizədliyini irəli sürmüşdü. Bu çətin yarışda
 Azərbaycan qalib gəlməsi böyük uğur oldu. Uzun illərdən sonra Azərbaycanın ikinci dəfə belə mühüm beynəlxalq tədbirə ev sahibliyi etməsi gələcəyə hesablanmış addımlarının uğurlu nəticəsi kimi dəyərləndirmək olar. Qeyd edək ki, Azərbaycanda müasir texnologiyaların geniş şəkildə tətbiqi nəticəsində rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində mühüm nailiyyətlər əldə olunub. Belə ki, uğurlu peyk layihələri sayəsində Azərbaycan dünya kosmik ailəsinin bir üzvünə çevrilərək, beynəlxalq aləmdə böyük nüfuz qazanıb. 

Konqresi çərçivəsində Bakıda böyük sərgi də təşkil olunub. Sərginin açılışında Azərbaycan prezidenti iştirak edib. Qeyd edək ki, 8 min kvadratmetr sahədə yaradılan sərginin pavilyonunda 36 ölkədən 150 şirkətin stendləri qurulub. Onların arasında Türk Kosmik Agentliyi, Səudiyyə Ərəbistanının Kosmik Agentliyi, ABŞ-ın Milli Aeronavtika və Kosmos Administrasiyası, (NASA), Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı, “Israel Aerospace Industries” şirkəti,
 İtaliyanın Aeronavtika və Astronavtika Assosiasiyası, Çinin Astronavtika Cəmiyyətinin və digər şirkətlərin stendlərini göstərmək olar.Ümumiyyətlə, 74-cü Beynəlxalq
 Astronavtika Konqresi kosmik sahədən olan 22 şirkətin əldə etdiyi sponsorluq paketinin sayına görə rekord həddə çatıb. Bakı Konqresi beynəlxalq sponsorluq paketinin satışı üzrə Avstraliya, Almaniya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və
 Fransada keçirilən konqresləri geridə qoyub. Konqresin ümumilikdə 30-dan çox sponsoru olub.

Konqresin “premium”, “platinium”, “qızıl”, “gümüş” və “bürünc” sponsorluq paketlərini əldə edən şirkətlər arasında ABŞ-ın “Space X”, “Axiom Space”, “Blue Origin”, “Boeing”, “Lockheed Martin”, “BlackSky” “Vast”, “Northrop Grumman” şirkətləri, Çinin Astronavtika Cəmiyyəti, Türkiyənin Kosmik Agentliyi, “Plan S” texnologiya şirkəti, Səudiyyə Ərəbistanının Kosmik Agentliyi, “Israel Aerospace Industries” şirkəti, Birləşmiş Ərəb Əmirliklərinin Muhammed Bin Rəşid Kosmik Mərkəzi, Hindistan Kosmik
 Tədqiqatlar Təşkilatı, Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi, “ispace”, “JGC Holdings Corporation”, “Astroscale” şirkətləri, “Airbus” şirkətinin Almaniyadakı ofisi, Beynəlxalq Kosmik Rabitə Təşkilatı “İntersputnik”,
 Portuqaliyanın “Neuraspace”, Bolqarıstanın “EnduraSat”, Avstriyanın “Asgardia Space”, İtaliyanın Aeronavtika və Astronavtika Assosiasiyası, Böyük Britaniyanın Kosmik Agentliyi, Amazonun “Kuiper” layihəsi, “Jet Propulsion Laboratory”, “Voyager Space” şirkətləri yer alıb.

Bakı Konqresinə ümumilikdə 95 ölkədən 3600-dən çox elmi məqalə təqdim olunub. Bakı Konqresi bu göstərici üzrə də Paris (2022), Vaşinqton (2019) və Bremen (2018) tədbirləri ilə birgə indiyədək keçirilən bütün 
konqresləri geridə qoyub. Konqresə Azərbaycandan təqdim olunan elmi məqalələrin sayı da rekord həcmdə olub – 214. Azərbaycan ən çox elmi məqalə təqdim edən ölkələr – ABŞ, 
İtaliya, Hindistan və Çindən sonra ilk beşlikdə yer alıb.

Qeyd edək ki, Konqresdə Space X” şirkətinin sahibi İlon Maskın Bakıya gəlib, şəxsən iştirak edəcəyi gözlənilirdi. Lakin Mask Konqresin son günü onlayn qaydada “Daha təsiredici gələcək yaratmaq” mövzusunda 1 saatlıq çıxış edib. Sosial mediada İlon Maskın da konqresə gələcəyi yazılsa da, onlayn formatda qoşulması suallara səbəb olub. Lakin nəzərə almaq lazımdır ki, Mask son zamanlar tədbirlərə qoşulmur və danışmır. Çox
 nadir hallarda onu görmək mümkündür. 

Konqresin bağlanış mərasimində Beynəlxalq Astronavtika Federasi­yasının prezidenti Kley Mouri çıxış edib. O, Konqresin iştirakçılarını bu möhtəşəm tədbirin yüksək səviyyədə keçməsi ilə əlaqədar təbrik edib və növbəti
 tədbirlərdə iştira­ka dəvət edib. 4 mindən çox insanın bu il İAC-2023-ə qoşulmasını təşkilat üçün yeni rekord adlandıran Kley Mouri, hər kəsi bu uğurla əlaqədar təbrik edib.

Daha sonra Bakının ev sahibliyində keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinə həsr olunmuş videoçarx nümayiş etdirilib.Tədbir çərçivəsində bir sıra müka­fatlar təqdim olunub.Sonra Bakıda keçirilmiş 74-cü Bey­nəlxalq Astronavtika
Konqresinin rəsmi bayrağı tədbirin bağlanış mərasimində İtaliyaya təhvil verilib.Beləliklə, növbəti Konqres 2024-cü ilin oktyabrında İtaliyanın Milan şəhə­rində keçiriləcək.
 

Beynəlxalq Astronatika Konqresi bu dəfə Azərbaycanda keçirildi.


Leave a Comment