Azərbaycan kinematoqrafının tarixi 1898-ci il avqustun 2-dən başlayır.İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri (“Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” və s.) və “İlişdin” bədii kinosüjetdən ibarət idi.
Aleksandr Mişon tərəfindən çəkilən “Bibiheybətdə neft fontanı yanğını” filmindən kadr 1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılmışdır.1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı.Filmi çəkmək ücün Sankt-Peterburqdan rejissor Boris Svetlov dəvət olunmuşdur. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi. Filmdə Lütfəli bəy rolunu Hüseyn
Ərəblinski oynamışdır.[4] 1916-cı ildə Bakıda Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası əsasında ilk Azərbaycan kinokomediyası
çəkildi.1919-cu ildə isə “Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə” adlı tammetrajlı film ekranlarda
nümayiş etdirildi.
1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) təsis olundu. AFKİ ayrı-ayrı sahibkarların foto, kinoteatr və prokat kontorların milliləşdirilməsi və
birləşdirilməsi tədbirlərini həyata keçirirdi. O zamanlar AFKİ-nin nəzdində Bakıda “Təyyarə”, “Edison”, “Milyon”, “Ladya”, “Mədənçi” və s.kinoteatrlar da var idi. 1924-cü ildə AFKİ ikiseriyalı “Qız qalası əfsanəsi” adlı bədii filmi ekranlara çıxardı. Etnoqrafik cəhətdən maraqlı olan bu filmdə müəlliflər Şərq ekzotikasından qaça bilməmişdilər.
Azərbaycanda milli rejissor və aktyor kadrları hazırlamaq üçün 1925-ci ildə Şamil Mahmudbəyovun təşəbbüsü ilə AFKİ-nin nəzdində studiya təşkil edildi. Cəfər Cabbarlı, Mikayıl Mikayılov və başqaları burada oxumuşdular. Filmlərin bədii keyfiyyətini yüksəltmək, milli kadrların inkişafına kömək məqsədilə Bakıya Vsevolod Pudovkin, Nikolay Şengelaya, Mixail Çiaureli kimi məşhur
kinorejissorları, eləcə də Aleksandr Qalperin, İvan Frolov, Dmitri Feldman, Leonid Kosmatov, Yevgeni Şneyder və başqa kinooperatorlar dəvət olunmuş, Cəfər Cabbarlı, Abbas Mirzə Şərifzadə və başqaları kino yaradıcılığı işinə cəlb edilmişdilər.
AFKİ sonralar “Azdövlətkino” (1926–1930), “Azərkino” (1930–1933), “Azfilm” (1933), “Azdövlətsənayesi” (1934), “Azərfilm”
(1935–1940), “Bakı kinostudiyası” (1941–1959) kimi adlar daşımışdır, 1961-ci ildən C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası adlanır.
Xurafat və cəhalətə qarşı mübarizə, inqilab, qadın azadlığı 1920-ci illərdə Azərbaycan kinosunun əsas mövzusu idi. “Bismillah”, “Vulkan üzərində ev”, “Hacı Qara” kimi kino əsərləri, eləcə də öz azadlığı uğrunda mübarizə aparan Azərbaycan qadını obrazını bədii və real şəkildə ifadə edən “Sevil” həmin dövrdə yaradılmış uğurlu filmlərdəndir. XX əsrin
1920-ci illərində Bakıda yerli operatorlar və xarici kino şirkətlərinin nümayəndələri tərəfindən şəhərin həyatından, neft
mədənlərindən bəhs edən kinoxronikalar və sənədli filmlər çəkilirdi. 1920-ci ildə “Bakıda 9 qızıl Ordunun rəsmi keçidi” adlı ilk
xronika kinojurnalı çəkilmişdir. Həmin il “Şərq xalqlarının birinci qurultayı” xronika filmi də yaradıldı. Sonrakı illərdə müəyyən hadisələrlə bağlı kinoreportajlar hazırlandı: “Sovet
Azərbaycanının 3-cü ildönümü”, “Suraxanı neft mədənlərində yanğın”, “Nəriman Nərimanovun dəfni”, “Frunzenin iştirakilə Qızıl Ordunun manevri” və s. sənədli filmlərlə yanaşı, elmi-kütləvi filmlərin də istehsalına başlanıldı.1925-ci ildə rejissor Abbas Mirzə Şərifzadə respublikanın mədəni və iqtisadi həyatından bəhs edən “Azərbaycana səyahət” filminin çəkilişini başa çatdırdı. 1920-ci illərdə Azərbaycan kinosunda tarixi-sənədli filmlərlə yanaşı, tamaşaçıları gənc respublikanın
təsərrüfat və mədəni həyatındakı nailiyyətləri ilə tanış edən “Azərbaycan ekranı” kinojurnalı (ildə 4–5 nömrə) buraxılmağa başlandı. Bu illər Azərbaycan sənədli kinosunda Mikayıl Mikayılov, Aleksandr Makovski, Aleksandr Litvinov kimi istedadlı rejissorlar, Yakov Tolçan, İvan Tartakovski kimi operatorlar çalışırdılar.
1930-cu illər
“Bakılılar” filminin posteri 1930-cu illərdə Azərbaycan kinematoqrafında Seyfulla Bədəlov, Vladimir Yeremeyev, Ələsgər Ələkbərov və başqaları fəaliyyətə başladılar. Bu sənətkarların filmlərində ilk beşilliklərdə resublikanın həyatı, kolxoz quruculuğu, mədəniyyət sahəsindəki uğurlar, Azərbaycanda neft sənayesinin yeni texnika ilə təchiz və s.
əksini tapmışdı. Sənədli filmin imkanları daxilində bitkin insan obrazı yaradılması sahəsindəki cəhdlər o dövrun bədii
nailiyyətlərindəndir.
1930-cu illərin əvvələrində mövzusu müasir həyatdan alınmış, məişəti bədii şəkildə təsvir edən, eləcə də tarixi-inqilabi mövzulu filmlər çəkilirdi: “Lətif”, “İsmət”, “Almaz” və “Yeni
horizont”, “Bakılılar”, “Kəndlilər” və s.
1935-ci ildə Azərfilmin Moskvanın
Mejraypromfilm kinostudiyası ilə birgə yaratdığı “Mavi dənizin sahilində” bədii filmi ilə Azərbaycanda səsli kino əsərlərinin istehsalına başlanıldı. Filmdə baş rollarda görkəmli sovet kinoaktyorları Lev Sverdlin, Nikolay Kryuçkov, Yelena Kuzmina və başqaları çəkilmişlər. 1936–1941-ci illərdə ekranlara
10-dan çox səsli film buraxılmışdır. 1930-cu illərdə səsli kinonun yaranması ilə sənədli kinonun da yaradıcı imkanları genişləndi. “Şöhrətli Azərbaycan” bir hissəli sənədli xronika kinoalmanaxında ilk dəfə olaraq diktor mətni oçerkin qəhrəmanlarının çıxışı ilə sinxron verilmişdir. 1939-cu ildən “Azərbaycan ekranı” kinojurnalı “Ordenli Azərbaycan” (ildə 36 nömrə) adı altında çıxmağa başladı, 1930-cu illərin səssiz filmlərindən tammetrajlı “Şərqə yol”, “Azərbaycan incəsənəti” filmləri diqqətə layiqdir.