Azərbaycan ədəbiyyatında onlarla Qarabağ haqqında romanlar, hekayələr, şeirlər vardır ki, onların da bir
çoxundan xəbərdarıq. Onu da deyə bilərik ki, bu mövzu haqqında çox-çox əvvəllər də yazlmışdı. Məsələn, Xanlıqlar dövrünə nəzər salsaq
Qarabağda kimlərin gözünün olduğunu görə bilərik. Ona görə də bu mövzu zaman-zaman ədəbiyyatda öz yerini tapmışdır.Çağdaş ədəbiyyatımızda Qarabağ
Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin, Əhməd bəy Ağaoğlunun, Məhəmməd Səid Ordubadinin, Mirzə
Ələkbər Sabirin və. sairə bir çox ziyalılarımız əsərlərində, şeirlərində bu mövzular, daha dəqiq desək ermənilərin məkri göstərilmişdir. Sovet dövründə bunlar nə qədər ört-basdır olunmağa çalışsa da, tarix heç nəyi unutmadı.
Azərbaycan ədəbiyyatında qeyd etdiyimiz kimi bir çox əsərlər vardırQarabağ mövzusunda.Elçin Hüseynbəylinin “Əsirlər”, Sabir Əhmədlinin “Ömür urası”, Elçinin «Bayraqdar», «Qarabağ şikəstəsi»,Əlibala Hacızadənin «Möcüzə», Aqil Abbasın «Dolu», Mövlud Süleymanlının «Erməni adındakı hərflər», Hüseynbala Mirələmovu «Xəcalət», Şərif
Ağayarın «Haramı» və. sairə və ilaxır sadalamadığmız əsərlər. Hansı ki, hər biri Qarabağ problemlərindən, məsələlərdən, müharibədən bəhs edir.
Bu əsərlərin hər birini oxuduqca o günlərin nə qədər ağrılı-acılı olmağı, çətinliklərin, dəhşətlərini baş verməsini
açıq-aşkar görürük. Hansı ki, o günləri görməyənlər belə dəhşətə gəlir, başımıza gələn bu vəhşilikləri lənətləyir. Yazıçılarımızın bu mövzuya xüsusi qayıtmaları, yazmaları tarixi unutmamaq və gələcək nəsilləri də olanlardan xəbərdar etmək mahiyyəti daşıyır.Mən özüm Qarabağ bölgəsindən olsam da, yaşım o günləri görməyə
yetmədi. Amma o günlərin canlı şahidlərinin dilindən eşitdiklərim içimdə daim yer edib. Toydan qayıdan yaxınlarının maşındaca
güllənməsi, körpələrin yandırılması və.s dilə gətirilməsi çətin olan nə qədər ağır hadisələr. İnsan necə dözsün?!
Vidadi Babanlının «Ana intiqamı» povestini oxumuşdum. Qumru adlı müəllimənin timsalında müharibə vaxtı oğlunu itirən anaların fəryadı, hayqırtısı duyulur. Povestə yazılmış təkcə bu hissə hər şeyi apaydın ortaya qoyur;:«Mən daha Allah, Peyğəmbər tanımıram. Bundan sonra heç tanımaq, bilmək də istəmirəm. Əgər Allah doğrudan da Allah olsaydı, rəhmi, ədaləti, siz deyən kimi, aşıb-daşsaydı, yaxşını yamandan seçsəydi, bu qədər zülmü, zilləti mənə verməzdi. Dərd üstündən dərd gətirib qan uddurmazdı».
Çağdaş ədəbiyyatımızda QarabağTəbii ki bu sözlər dözülməz dəhşətlərin nəticəsidir Tanrıya üsyan.
Sizlərə ömür, babam danışırdı ki, qəfildən baş verən bu qanlı hadisələr insanları şoka salmışdı. Bir andaca adamları öldürməyə başladılar, qabaqlarına keçən hər şeyi dağıtmağa başladılar. Sabir Əhmədlinin “Ömür urası” romanı var. Romanın əsas obrazı Cəbrayıla, müharibədən əvvəl tikdirdiyi evinin ziyarətə gedib doğma rayonuna qayıdanda
kəndi tamamilə dağıdılmış vəziyyətdə görür. Ermənilər kənddə qalan bütün evləri yandırıb dağıtmışdılar. Aşağı
yuxarı Qarabağ mövzusunda yazılmış bütün əsərlərdə erməni vəhşiliyi, onların həqiqətəndə bizim başımıza gətirdiyi faciələr tamlıqla təsvir olunur. Elçin Mehrəliyev «90-cı illər romanın»da olduğu kimi. Bir ailə dramı təsvir olunan bu romanda digərləri kimi hər şeyi olduğu kimi bizlərə çatdırır. Əsərdəki
obrazlar Qəmzə Abbas qızı, onun oğlu Sarı Məhəmməd, gəlini Zəriş, Mətləb müəllim, Kamal, Hüsnübanudan
ibarətdir.
Ermənilərin hücumu zamanı həlak olan ailə. Müəllif bu romanda düşmənin basqını zamanı ailənin göstərdiyi dirəniş, qəhrəmanlığı təsvir edib. Qəmzə Abbas qızının tüfəngdə olan son güllə ilə düşməni öldürməsi və ələ keçməmək üçün özünü öldürməsi, bir Azərbaycan
qadınının, ümumilikdə azərbaycanlı obrazıdır. Eləcə də Kamalın erməniyə əliyalın hücum etməsi, onlardan birini öldürməsi də Azərbaycan kişisinin
mərdliyini, qürurunu göstərir. Digər bildiyimiz əsərlərdə göstərildiyi və olduğu kimi bu romanda da erməni naqisliyi görünür. Ailənin yaxın qonşusu erməni «Samvel» öz vicdansızlığını burada da göstərir. Kamalın gözlərini çıxartması, qulaqlarını kəsməsi, ən sonda isə başını bədənindən ayırması düşmənin kim olduğunu çatdırır. Bundan sonra da baş verən digər hadisələr də sadalağımız hər şeyi ortaya qoyur.Çağdaş ədəbiyyatımızda bu mövzuda yazılan əsərlərdən biri də hamımızın bildiyi «Dolu» romanıdır. Müəllifi də Aqil Abbasdır. Digər müharibə mövzusunda olan əsərlərdəki kimi bu əsərdə də müəllif özünəxas şəkildə azərbaycanlıların müharibə vaxtı etdiyi qəhrəmanlıqları, düşmən naqisliyini qələmə almışdır. Ta 90-cı illərin əvvəllərində
cəbhədəgedən döyüşlər, baş verən hadisələrin fəsadları və.s kimi başqa bir çox məsələlər romanın əsasını təşkil edir.
Müəllif bu romanda Azərbaycan kişisinin nə qədər mərd, əzmli, xarakterli
olduğunu göstərir. Roman əsasında çəkilmiş filmi də
bilirik. Məsələn, dediyim xüsusiyyətləri erməni qızını əsir götürən əsgərlərdən biri qızın zorlanmasına imkan vermir və öz komandirinə «mən arvad davası yox, torpaq davası eliyirəm» hissəsində aydın şəkildə görə bilərik. Amma ermənilər belə idimi? Əlbəttə yox.Müasir yazıçılarından biri olan Şərif Ağayar «Haramı» romanında da müharibə
zamanını görən insanların içindəki ağrını göstərmişdir. Roman əsasən Rüstəm obrazının dilindən qələmə alınmışdır. Müəllif əvvəlcə
haramı haqqında danışır, bu düz haqqında müxtəlif rəvayətlərdən söz açır. Romanda
Qarabağ müharibəsini yaşayanlar öz yurd-yuvalarından perik düşmüş adamlardır. Rüstəm və onun qardaşı İdris obrazı da belələrindəndir. Kasıb bir insan, qaçqın olan Rüstəm elə də yaxşı yaşaya bilmir. Tez-tez problemlər yaşayır. Səməndər obrazı isə onu ailəsi ilə birlikdə çobanlıq etmək üçün Haramı düzündəki mülkünə aparır. Səməndər də əsərin əsas qəhrəmanlarından biridir. Mərd, cəsur bir adam olan Səməndər həm də qaçaqdır. Özü Laçından olsa da müharibədən sonra
Füzulidə-Haramıda məskunlaşmışdır. Səməndər obrazının nə qədər mərd olduğunu isə adicə kiçik bir hissədən – Kəlbəcərdən gələndə
qız-gəlinin əsir düşməməsi üçün maşınlar göndərməsindən bilmək olar. Əsər boyu Səməndər obrazını oxucular daha yaxşı tanıyır. O cür mərd, cəsur,
xarakterli bir obrazınSəməndərin qadın əlində acizliyini də görürük. Ümumiyyətlə, bütün bunlar və qeyd etmədiyimiz digər
hadisələr Qarabağ müharibəsini, dəhşətlərini, yaşantıları, hissləri və. sairə bu kimi digər nəsnələri göstərir. Və düşünürəm ki, Azərbaycan ədəbiyyatında bu cür romanlar, bu mövzular daim yazılmalı və heç vədə unudulmamalıdır.
Müəllif: Orxan Səfər
Çağdaş ədəbiyyatımızda Qarabağ