ƏLI DAŞQIN

ƏLI  DAŞQIN

Əli Hacı Həsən oğlu Hüseynzadə - Daşqın 1955-ci il martın 10-da Arazın o tayında, Ucan-Bostanoba bölgəsinin Xalaç kəndində, İranda feodalizmin hökm sürdüyü dövrdə, dindar bir ailədə anadan olmuşdur. Atası Hacı Həsən savadsız olsa da, hazırcavab, Azər baycan folklorunu gözəl bilən, kənd camaatı arasında böyük nüfuza malik bir insan idi. Əlini də
 5 yaşında ikən Xalaçdakı Fətulla Xocanın dini məktəbinə yazdırmışdı. Pəncə rəsiz, işıqsız, rütubətli, divarları palçıqla suvanmış bu məktəbdə oxuduğu beş il ərzində Qeybəli 
Qurani-Kərimi, Sədinin “Gülüstan” və “Bustan” əsərlərini və ərəb dilində bir neçə kitabı oxumuş, ibtidai təhsilini əla qiymətlərlə bitirmişdi. Gözəl səsə malik olan ögey anası isə Xəstə Qasımın nəslindən idi və çoxlu xalq mahnıları, atalar sözləri, dastan və nağıllar bilirdi. Valideynlərinin bu keyfiyyətləri, şübhəsiz ki, onun gələcəkdə bir yazar kimi yetişməsinə təsirini göstərmişdi. 
Xalaç kəndində yaşayan Hüseyni tayfasında, xüsusilə də Hacı Həsənin ailəsində Qurani-Kərimi əzbər dən qiraət etmək gözəl adətlərdən sayılırdı. Şairin böyük qardaşı Yaqub kəndin yas mərasimlərini, Məhərrəm ayının ayinlərini idarə edərdi. Aşura günlə-ri onun oxuduğu ağı və növhələrin çoxunun mətnini isə Qeybəli yazardı. Şairliyin ilk cücərtiləri ürəyində baş qaldıranda Qeybəlinin 12 yaşı vardı. “Qabar” adlı ilk şeirini yazmışdı. Bir neçə il sonra ilk qələm təcrübəsi və digər şeirləri “Qar çiçəyi” adlı kitabçasında çap olunmuşdur. Şeirdə feodalizm quruluşunun naqislikləri, mənfi cəhətləri, kəndlilərin istismarı yeniyetmə bir oğlanın baxış bucağından tənqid olunurdu. Kitabın çapından çox keçmir ki, İranın ictimai-siyasi həyatında
 dəyişiklik baş verir. Mövcud feodalizm quruluşu daha qəddar bir sistem olan kapitalizmlə əvəz olunur. 
Xalaç Təbrizin 80 kilometrliyində yerləşirdi və burada Müc təhidlər ailəsi xanlıq edirdi. Müctəhidlərin ailəsində böyüyən bütün uşaqlar Amerika, Fransa və digər xarici ölkələrdə eyitim alsalar da, kasıb uşaqlarına oxuyub eyitim almağa imkan verilməzdi. O zaman əhali, xüsu sən də çoxuşaqlı ailələr, hətta tibbi xidmətdən belə məh rum idilər. Ailəsi on uşaqdan ibarət olan Hacı Həsən də bu məhrumiyyətlərlə üz-üzə qalmışdı.1965-ci ildə İran dövləti kənd uşaqlarının yeni üsullu məktəblərdə oxumasını təşkil etmək üçün bu yerlərə 
müəllimlər göndərdi, lakin bu cəhd baş tutmadı, əvvəla, məktəb binası yox idi, digər tərəfdən də xanlar və irticaçılar əl-ələ verərək onları
 oxu-maqdan çəkindirir, yeni məktəbdə oxumaq istəyənləri dinsiz, kafir, şeytan adlandı-rırdılar. Buna baxmayaraq atası kiçik Qeybəlini dövlət məktəbinə yazdırdı… O da öz növbəsində bu təşəbbüsə cavab olaraq ibtidai sinfi əla qiymətlərlə bitirib böl gədə birincilik qazandı. İndi isə o, orta təhsilini davam etdirmək üçün şəhərə getməli idi. Lakin necə? Ailənin başçısı buna qətiyyən razı deyildi. O, Qeybəlini oxumağa göndərməklə, ilk növbədə, təsərrüfat iş lə rində onun fəal yardımçılarından birini itirərdi, həm də öz düşüncə tərzinə görə, bununla böyük günah
 işlətmiş olardı…Balaca Qeybəli isə fikrində qərarlı idi və bu qətiyyət onun evdən qovulması ilə nəticələnir. O, pulsuz-parasız Təbrizə üz tutur… Burada da Təbriz kərpic 
zavodunda çalışan böyük qardaşının tənələrinə tuş gəlir. Belə hücumlara artıq adət etmiş 
Qeybəli tənələrə əhəmiyyət verməyərək onun yanında 3-4 ay fəhlə işləyir, az sonra isə kərpic zavo dunun mühasibi Mir Cəmşidin köməyi ilə Təbrizdəki Şah İsmayıl Xətai adına orta 
məktəbə yazılır. O zamanlar Təbrizin tanınmış yazarlarının təhsil aldığı bu məktəbə qəbul olunmaq o qədər də asan deyildi. Qeybəlinin Təbriz həyatının təlatümləri də məhz bu məktəbin divarları ara sında başlayır. Zəmanəsinə qarşı etirazlarının ilk əks-sədası isə çox təsirli olur. “Ana dili” adlı inşa yazısı 8-ci sinifdə oxuyan Qeybəlinin həyatında dəyişiklik yaradır. Məktəb direktorunun donosluğu ilə şah üsuli-idarəsinin yerli orqanları onu cəzalandırmaq qərarına gəlir, lakin azyaşlı olduğu nəzərə alınaraq həbs cəzası Kürdüstanın Savucbulaq – adı dəyişdirilərək farslaşdırılan Mahabad şəhərinə sürgünlə əvəz edilir. O, Savucbulaqda sürgündə olduğu üç il sürəsində kürd dilini mükəmməl öyrənir, bu dildə şeirlər də yazır, eyni zamanda orta təhsilini başa vurur. Şeirləri dərc olunur və yavaş-yavaş tanınmağa başlayır. Gənc yazar coşğun təbinə uyğun olaraq “Daşqın” 
təxəllüsünü qəbul edir.Böyük məhəbbətlə doğma türkcədə, beşikdəykən eşitdiyi layla dilində şeirlər yazan və artıq şair kimi tanınan Əli Daşqının ən böyük arzusu ana dili və
 ədəbiyyatı üzrə ali təhsil almaq idi. Lakin doğma türkcədə təhsil verən ali məktəb yox idi. Çarə sizlikdən o, elektronika sahəsində oxumaq qərarına gəlir. Tehranda təhsilini başa vurduğu dövr isə İran İslam İnqilabının baş verdiyi vaxta təsadüf etmişdi. O, elektronika üzrə mühəndis kimi çalışmağa başlayarkən artıq azadlıq bərqərar olmuş, ana dilində yazıb-oxumaq nisbətən asanlaşmışdı. Lakin tale ona bu hür riy yətin nəşəsini dadmağa imkan vermir. İllər boyu türk di lində ali təhsil almaq və doğma türkcədə kitablar yazmaq həsrəti ilə yaşayan Daşqın da başqaları kimi, İran-İraq savaşında iştirak etmək üçün döyüşə yollanır. İranın 21 Həmzə ordusunda İyirmi beş ay döyüşür, bir neçə dəfə yaralanır, bu müharibədə ən yaxın dostlarını itirir. 1988-ci ildə Təbrizə dönür və Şəhriyar ədəbi dərnəyinin yaradıcı-larından biri olur, daha sonra həmin dərnəyin rəyasət heyətinin üzvü seçilir, yeni-yeni şair və yazıçıların yetişməsinə köməklik göstərir. Lakin burada da bədxahların təzyiqinə məruz qalır. Odur ki, Təbrizin tanınmış qələm sahiblərini bir araya gətirərək xüsusi ədəbi dərnək yaratmaq fikrinə düşür və bu istəyinə qovuşur.
Böyük çətinliklər bahasına əldə etdiyi bu uğurlar isə onu razı salmır, ana dili üzrə bir mütəxəsis kimi yetişmək, mükəmməl təhsil almaq arzusu bir an belə şair qəlbini tərk etmirdi. O, qiyabi 
olaraq Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilsə də, bu ölkəyə getmək, orada təhsil almaq imkanı əldə edə bilmirdi. Hətta İrandakı Rusiya konsulluğu vasitəsilə bu ölkəyə getmək üçün aldığı viza da ona kömək edə bilmir, Astara kömrük sərhədindən geri qaytarılır. Nəhayət Avropaya, oradan da Rusiyaya gedir. Burada ümumi dilçilik, türkologiya elmini öyrənməyə başlayır, nəhayət, uzun illərin arzusuna qovuşur, böyük çətinliklə də olsa, Rusiyadan Bakıya gəlir… 1982-ci ildə şəxsi həyatında yenilik baş verir, Daşqın Təbrizli Əzizə xanımla ailə qurur. Doqquz ildən sonra isə Maral və Çi çək adlı qızları dünyaya gəlir. 1999-cu il Yunesko tərəfindən Dədə Qorqud ili elan olun duq dan sonra, o, Təbrizdə də intibah abidəmiz “Kitabi Dədə Qorqud”a həsr edilmiş möhtə şəm bir Beynəlxalq Elmi Konqresin keçirilməsinə nail olur, bundan sonra Dədə Qorqud haqqında araşdırmalar istər İranda, istərsə də Güney Azərbaycanda yeni bir cığıra düşür. Yazarın öz əsərləri isə dünyanın bir çox ölkələrinə yayılır. Belə liklə, Əli Daşqına maraq artır. 1999-2000-ci illərdə Türkiyədəki Atatürk adına Universitetin Kazım Kara Bəkir dil fakültəsində Rabia xanım Güngör Daşqının həyat və fəaliyyəti ilə bağlı diplom işi yazır, onun bu tədqiqat işi kitab şəklində çap olunur. 1997-1998-ci illərdə isə İranın Azad İslam Universitetinin, 2002-2003-cü illərdə Təbriz Universitetinin tələbələri də onun həyat və yaradıcılığına müraciət edir, yaradıcılığı diplom və magistr işlərinin mövzusu kimi araşdırılır, haqqında sənədli film çəkilir. “Kültür evi”nin yaradılması Daşqının ən böyük xidmət lə rin dən biridir. Artıq 12 ildir ki, onun şəxsi vəsaiti hesabına yaranmış bu mərkəz çap, tərcümə, köçürmə-transliterasiya, redaktə və yaradıcılıq işlərinin digər qolları üzrə fəaliyyət göstərir. Əli Daşqının müxtəlif mətbuat nümunələrində, eləcə də Bakı, İstanbul, Ankara, Təbriz, Tirana, Los-Anjeles,     London, Almaniya, Kanada tele-radio kanallarında etdiyi vaxtaşırı çıxışlar onu daha yaxından tanıdır. Ana dili və
 ədəbiyyatı, böyük türk mədəniyyətinin və millətinin qara sevdalısı və eyni zamanda fədakar müəllim kimi Vətənində, soydaşları arasında böyük nüfuz qazanır. Ömrünü türk balalarının doğma ana dilini öyrənməsi, savadlanması yolunda şam tək əridən cəfakeş pedaqoq 23 il sərasər dərs deyib, ürəyinin odunu, alovunu körpə fidanlara ötürüb… Həftədə bir gün düz 8 saat yol qət edərək Sulduz şəhərinə gedib, oradakı universitetdə təhsil alan kürd və türkəsilli tələbələrə Azərbaycan dili və ədəbiyyatını tədris edib və geriyə-evinə qayıdıb. Həm də bu tədrisi ərəb qrafikalı əlifba ilə deyil, latın əlifbası ilə həyata keçirib. Yetirmələri bu gün İranın bir çox şəhərində doğma Azərbaycan dilində yazıb-yaradırlar. 12000 səhifəlik (ingilis-türk-fars və əksinə) lüğəti, bundan əlavə VIII  cildlik danışıq kitabı da çapdan çıxmış yazar elektronika sahəsini əhatə edən II cildlik kita bın da müəllifidir. Hal-hazırda Təbrizdə nəşr edilən “Asan” qəzetinin redak to ru dur. Ömrünü xalqına xidmətə həsr edən yazar böyük xalq sevgisi, məhəbbəti qazanıb, o, bu gün hamı üçün sadəcə “Əli müəllim”dir. 1990-2000-ci illərdə Urmu şəhərində yazıçının adına elmi mərkəz və kitab evi – “Daşqin KAB” yaradılmışdır. Güneydə ilk dəfə olaraq Urmu şəhərində böyük əhəmiyyətə malik “Farabi” adına dil mərkəzinin yaradılması və ədəbiyyat siniflərinin təşkili də Əli Daşqının çoxillik gərgin əməyinin bəhrəsidir.
Əli Daşqın ədəbi aləmdə tanınan, oxucu sevgisi qazanan qələm sahib lərin dən -dir. Əsərləri “Yol”, “Varlıq” dərgilərində, “Geyhan” (Tehran), “Füruği azadi” (Təbriz), “Ədəbiyyat qəzet”lərində, “Yol”, “Odlar yurdu” qəzetlərində (Bakı) müntəzəm dərc edilmişdir. Ramiz Zöhrabovun “Muğamat”, Orxan Kamalın “Yad qızı” əsərlərini fars dilinə, Şəhriyarın seçilmiş lirik qəzəllərini türkcəyə çevirmişdir. Lirik şeirlərinə onlarla mahnı bəstələnmişdir. Keçmiş Yuqoslaviya, Türkiyə, Azərbaycan və digər ölkələrdə keçirilən ədəbiyyatla bağlı qurultaylarda fəal iştirak etmiş, səksənə yaxın kitabı nəşr edilmişdir.
Esmira Fuad

O axşam 

O axşam 
Üzərimdən özləm qoxusu 
Gözlərimdən təklik yuxusu gəlirdi 
Gümüş əllərində sevginin izin 
Qara gözlərində « Urmu» dənizin 
Görüncə, dəyişdi, dəyişdi dünyam!.. 
Girmişdin qoluma Ququ quşu tək 
Həm də, açacaqdın mənə bir ürə k 
Amma, ürə yimin saçların sənə 
Həm də birinci dönə 
Hörüncə, dəyişdi, dəyişdi dünyam!.. 
O axşam 
İçimə yağırdı soru yağmuru: 
Düşub ölərəm 
Ölürsəm, bir də görüşünə necə gələrəm? 
Sorular çox uzun sürüncə 
Dəyişdi, dəyişdi dünyam!... 
O axşam yaşadım 
«Urmu» yanağında bir damla kimi! 
Amma, qaranlıq qovuşdu, qıldın tərkimi! 
Sənə sağ ol deyib, öz içərimə 
Gəlincə, dəyişdi, dəyişdi dünyam!.. 

Urmu 

Ey Urmu 
Baxtımın üzüyünün qaşı 
Sürünürəm sənə hər həftə başı! 
Ürə kdən al qanım, gözdən göz yaşı 
Damla- damla deyil, gur yağış kimi 
Sənsiz şırıldayar 
Çay olar gedər!.. 
Həp duzdan doğulub mənim ellərim 
Yolunda ağarsın qara tellərim! 
Hadi 
Əl dəpr ədin oruc əllərim! 
İndi qaş qaralar, əzan çəkilər 
Ulduzlar böyüyər, ay olar gedər!.. 

Ötən il 

Ötən il sənə uğrarkən 
Bir qır çıçə yi sevdim buz adasında 
Gözəlrimin ağı, qarası kimi! 
Könlümün, sənsizlikdən doğan yarası kimi!.. 
Ötən il sənə uğrarkən 
Bir qır çıçə yi buldum .
«Urmu dənizi»nin duz adasında 
Sənin için dərim dedim, əllərim qoymadı! 
Saçlarına hörüm dedim, ürəyim qoymadı! 
Özümü su kimi 
Çiçəyə sardım, caladım 
Onu, dönə- dönə öpdüm, qoxudum, yaladım 
İçım duymadı! 
Ötən il sənə uğrarkən yapdım bunları!.. 

Urmu gölü 

Tüstü dəlib, yol açır 
Bəlkə də qaçır 
Kültürəl yelin qanadlarında 
Gözlərimizdən?! 
Gul, «Urmu gölü»! 
Gül, güllərin gülsün 
Qahqahasından səpə lənsin duz! 
Dərsin cocuqların bir qızıl gülüş 
Bir ətək ulduz! 
Gül! 
Gül «Urmu gölü»!.. 

ƏLI DAŞQIN


Leave a Comment