Azərbaycan və onun Avropa və Asiyada olan keçmiş ərazilərində yaşamış bütün sivilizasiyaların fərqli mədəni dəyərlərini özündə birləşdirir. Onun unikal quruluşuna bir çətir altında regional fərqlər daxildir. Azərbaycan xalqının musiqi-poetik yaradıcılığının ən qədim və önəmli janrlarından olan mahnılarda onun pak, yüksək mənəviyyatı, daxili aləmi, arzuları, ümidləri əks olunmuşdur.[1]
Mündəricat [gizlə]
1 Tarixi
1.1 Əmək mahnıları
1.2 Mərasim mahnıları
1.3 Məişət mahnıları
1.4 Tarixi mahnılar
2 Azsaylı xalqların musiqisi
2.1 Ahısqa musiqisi
2.2 Avar musiqisi
2.3 Aysor (Assuriya) musiqisi
2.4 Gürcü musiqisi
2.5 Hapıt musiqisi
2.6 İngiloy musiqisi
2.7 Kürd musiqisi
2.8 Lahıc musiqisi
2.9 Ləzgi musiqisi
2.10 Molokan musiqisi
2.11 Rus musiqisi
2.12 Rutul musiqisi
2.13 Saxur musiqisi
2.14 Tat musiqisi
2.15 Tatar musiqisi
2.16 Talış musiqisi
2.17 Udin musiqisi
3 Görkəmli sənətçilər
3.1 Müğənnilər
3.1.1 Kişi
3.1.2 Qadın
3.2 Qruplar
3.3 Musiqiçilər
3.3.1 Kişi
3.3.2 Qadın
4 Həmçinin bax
5 İstinadlar
Tarixi[redaktə | əsas redaktə]
Azərbaycan xalq mahnılarının elmi tədqiqi bu janrın yüzlərlə nümunələrini toplayıb nəşr etdirmək işi ilə sıx bağlıdır.[2] Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin bu istiqamətdə göstərdikləri ilk təşəbbüs 1930-cu illərdə böyük səylə davam etdirilmişdir.[2] Xalq musiqi nümunələrini toplanılması sayəsində Bülbülün yaratdığı və rəhbərlik etdiyi elmi tədiqat musiqi kabinetinin fəaliyyəti xüsusilə təqdirə layiqdir.[2] Kabinetin işinə gənc bəstəkarlardan Qara Qarayev, Cövdət Hacıyev, Zakir Bağırov, Asəf Zeynallı, Səid Rüstəmov, Tofiq Quliyev cəlb olundular və həm ekspedisiyalar zamanı, həm də stasionar şəraitdə xanəndələrin sazəndələrin, aşıqların, zurna ifaçılarının repertuarından külli miqdarda xalq musiqi numunələri və dastanlar yazıya köçürüldü.[2] Azərbaycanın bir sıra zonalarına (Qarabağ, Lənkəran, Nuxa, Gəncə, Quba) habelə qonşu Ermənistan və Gürcüstanın azərbaycanlılarla məskunlşdırılmış rayonlarına) təşkil olunan uzunmüddətli ekspedisiyalar olduqca səmərəli keçdi.[2]
1930-cu illərdə həmçinin xalq musiqisi nümunələrinin (mahnı, oyun havaları və rənglərin) nota yazılması və nəşri sayəsində təqdirəlayiq işlər görüldü.[2] 1938-ci ildə nəşr olunmuş “50 Azərbaycan el mahnıları” məcmuəsinə Cabbar Qaryağdıoğlu oxuduğu mahnılar daxil olmuşdursa, A. Əliverdibəyovun təqdim etdiyi nümunələr daha sonralar nəşr olunmuş mahnı toplularında yer aldı.[2] Hər iki sənətkar Qarabağ oxuma məktəbinin nümayəndələri olaraq, sənətin sirlərinə dərindən bələd idilər.[2] Eyni zamanda qeyd olunan məcmuələrdəki mahnı materiallarının nəzərdən keçrilməsi belə qənaətə gəlməyə əsas verir ki, onların arasında sırf xanəndələrə məxsus nümunələrlə yanaşı, o zamanlar xalq arasında şöhrət tapmış və həvəskarlar tərəfindən oxunan məişət mahnılarına da yer vermişdir.[2] Bülbülün redaktorluğu ilə nəşr olunmuş “Azərbaycan xalq mahnıları” məcmuəsinin hər iki cildində Səid Rüstəmovun nota aldığı nümunələr üstünkük təşkil etsələrdə, burada görkəmli bəstəkarlar Fikrət Əmirov və Tofiq Quliyevin də əməyi qeyd olunmalıdır.[2] Xüsusilə, Əmirovun notlaşdırdığı mahnılar içərisində toy mərasimi nəğmələri öz məzmunu və ifa forması etibarı ilə lirik xanəndə mahnılarından seçilir. Arasında üslubi ve eyni zamanda muxtelif janrlı bənzərliklər də az deyildir.[2] Lad-intonasiya məzmunu və metroritmik quruluş, mərasim və lirik məhəbbət mahnılarını birləşdirən ümumi cəhətdir.[2] Misal “Xoş gəldin”, “Ay mübarək”, “Toyun mübarək olsun”, “Ay yol açın gəlin gəlir”, “Aparmağa gəlmişik”, “Almanı alma gəlin”, “Xına yaxdı havası”, “Eylən gələn”. Digər tərəfdən, Fikrət Əmirovun not yazısında təqdim olunmuş bir sıra janrlar (halay mahnıları, “yar-yar” toy nəğmələri, can gülüm və nanaylar) xüsusi bir qrupda birləşir, və bir qayda olaraq qadınların toy və nişan məclislərində oxunurlar.[2] Autentik folklor, və ya yerli xalqın doğmaca malı olan bu janrlar arxaik qatlara aiddir və buna görə də Anadolu ilə başqa türk ellərinin folkloru ilə bənzər xüsusiyyətlərə malikdir.[2]
Azərbaycan xalq mahnıları mövzu və məzmunun müxtəlifliyinə, musiqi və poetik dilin aydınlığına, rəngarəngliyinə görə bir neçə janr qrupuna ayrılır.[1] Onlardan əmək mahnılarını, mərasim mahnılarını, məişət (bura lirik mahnılar da daxildir) və tarixi mahnıları göstərmək olar.[1]
Əmək mahnıları[redaktə | əsas redaktə]
Xalq yaradıcılığının ən qədim janrı əmək mahnılarıdır.[1] Bu mahnılar arasında ən geniş yayılanları maldarlığa həsr olunmuş sayaçı mahnıları, əkinçiliklə məşğul olanlar arasında isə ən geniş yayılanları holavar əmək mahnılarıdır.[1] Əmək mahnılarına “Çoban avazı”, “Tutu nənəm”, “Sağım mahnısı”, “Çiçək şumla yeri”, “Şum nəğməsi” və başqalarını misal gətirmək olar.[1] Azərbaycanın Lənkəran, Masallı, Astara, Lerik rayonlarında oxunan əmək – rəqs mahnılarını qadınlar kollektiv halda ifa edirlər.[3] “Həsiri basma, dolan gəl”, “Ha yordu – yordu”, “Ay lolo” və s. buna misaldır.[3]
Mərasim mahnıları[redaktə | əsas redaktə]
Azərbaycan xalqının mahnı yaradıcılığının qədim növlərindən biri də mərasim mahnılarıdır.[1] Xalqın bayram şənlikləri, toy və matəm mərasimləri adəti üzrə ənənəvi mahnılar ilə müşayiət olunmuş və bu mahnıların bir çoxu bu günə kimi xalq arasında yaşamaqdadır.[1] Bu cür mahnıları “mövsüm” və “ənənəvi” mahnı növlərinə ayırmaq olar.[3] Qədim dövrlərdə yaranmış və mövsüm mərasimlərində oxunan, günəşə, oda, yağışa və s. təbiət qüvvələrinə həsr edilmiş mahnılar bu qəbildəndir.[1] Məsələn, “Günəş çıx, çıx, çıx! Kəhər atı min çıx” və yaxud “Yağış çağır”, “Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş” xalq oyun və tamaşa mərasimləri ənənəvi mərasim mahnıları ilə zəngin olub müşayiət edilərdi.[1] Bu mahnıların mətnini isə xalq ədəbiyyatının ən geniş forması olan bayatılar təşkil edirdi.[1]
Novruz bayramı zamanı oxunan mahnılar da ənənəvi mahnılardandır. Bunlar müxtəlif oyunlar və tonqal üstündən tullanma zamanı ifa edilir, səməni ilə bağlı oxunur. Bunlardan “Xıdır İlyas”, “Səməni”, “Kos-kosa” və b. göstərmək olar.[3]
Dini mərasimlər və nəğmələr daha çox dini bayramlarla əlaqədar olurdu: Qurban bayramı, Aşura, Peyğəmbərin ad günü, Ramazan bayramı və s.[4] Bunların arasında ən çox yayılanı Ramazan bayramı ilə bağlı nəğmələrdir. Ramazan bayramını uşaqlar böyük səbirsizliklə gözləyir və nəğmələrlə qarşılayırdılar:
Bayrama qaldı bir həftə
Hilli, bibərli küftə.
[4]
Məişət mahnıları[redaktə | əsas redaktə]
Məişət mahnıları da məzmununa, formasına və ifadə etdiyi hissələrə görə müxtəlif olaraq, uşaq mahnılarına, yumorlu və satiralı mahnılara və lirik mahnılara bölünürlər.[1]
Uşaq mahnıları, xüsusilə də anaların uşaqlara oxuduqları beşik mahnıları öz tarixi etibarilə məişət mahnılarının ən qədim növüdür.[1] Beşik mahnılarına ninnilər, laylalar və oxşamalar daxildir.[1] Azərbaycanın maarif pərvər ziyalıları Həsən bəy Zərdabi, Firudin Köçərli, Rəşid bəy Əfəndiyev, Vəli Xuluflu, Ağalar bəy Əliverdibəyov və başqaları xalqın mənəvi həyatında mahnıların tutduğu mühüm yeri dəfələrlə qeyd etmiş, böyüyən nəslin estetik tərbiyəsində onların çox böyük rola sahib olduqlarını nəzərə alaraq uşaqlar üçün nəğmə məcmuələri tərtib etmişdirlər.[2] Həmin məcmuələrdə Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Məmməd Səid Ordubadi kimi şairlərin sözlərinə qoıulmuş mahnılar əsasında təqdim olunurdu.[2] Azərbaycan mətbuatının banisi, Əkinçi qəzetinin naşiri Həsən bəy Zərdabi özünün “Nəğmələrimiz” adlı məqaləsində yazırdı:
“ Bizim Qafqaz müsəlmanlarına hər bir yazı ve dil ilə deyilən söz o qədər əsər etmez, necə ki, şeir ile deyilən söz, elədə xüsusi nəğmələr ilə ki xoş sovt ilə oxunur.[2] “
Lirik mahnılar mahnı janrının ən zəngin növüdür.[1] Lirk mahnılar bu janrın həm də ən böyük hissəsini təşkil edir. Saf məhəbbət, sevgilinin gözəlliyinin vəsfi, ayrılıq, intizar, qəm, qüssə və s. hissələr lirik mahnıların məzmununun əsasını təşkil edir.[1] Lirik mahnı yaradıcılığı xalqın milli bədii özünüifadə vasitələrindən ən güclüsünə çevrilmişdir. Bu mahnıların bəziləri məzmununa görə nikbin, şad ruhda, bəziləri isə qəmli, kədərli ruhdadır. Birincilər üçün geniş melodiya, oynaq ritm, segah ladı səciyyəvidirsə, qəmli, kədərli ruhda olan məhəbbət mahnıları üçün “ah”, “vay” kimi nidalar, “Bayatı-Şiraz”ın lad əsası, 6/8 və 3/4 ölçülərinin növbələşməsi və s. xasdır.[1] Birinci qrup mahnılara “Gül oğlan”, “Yar bizə qonaq gələcək”, “Qoy gülüm gəlsin” və s. ikinci qrupa “Səndən mənə yar olmaz”, “Onu demə, zalım yar” və s. mahnılar daxildir.[1] Lirik mahnılar forma etibarilə də daha geniş və mürəkkəbdir. Onlar üçün kuplet forması, həmçinin mürəkkəb iki hissəli və rondo formasına bənzər forma, variantlı təzələnmənin təkrarı, sekventlik və s. xasdır.[1]
Satiralı mahnılar məişət və əxlaqın mənfi cəhətlərini əks etdirən mahnılardır.[3] Bu mahnılarda köhnə adət – ənənələr, mənfi tiplər - fırıldaqçılar, məişət pozğunluqları ifşa olunaraq, gülüş öbyektinə çevrilir.[3] Bir çox mahnılarda satirik və lirik sevgi motivləri birləşir.[3] Onlarda şikayət ruhu duyulur.[3] “Aman nənə”, “Ay qadası” mahnıları bu qəbildəndir.[3]
Tarixi mahnılar[redaktə | əsas redaktə]
Azərbaycan xalqının mahnı yaradıcılığında vacib yeri həm də epik-tarixi və qəhrəmani mahnılar tutur.[1] Hələ qədim dövrlərdən yaranmağa başlamış bu mahnılar ölkənin tarixində baş vermiş hər hansı tarixi hadisəyə və ya xalqın həyatında görkəmli rol oynamış xalq qəhrəmanlarına həsr edilmiş mahnılardır.[1]
Koroğlu haqqında, onun sevgilisi Nigar və mübariz yoldaşları dəlilər, vəfalı atı Qırat haqqında silsilə mahnılar buna misaldır.[1] Qaçaq Nəbi, Qaçaq Kərəm, Qaçaq İsmayıl, Dəli Alı, Qanadlı Nağı və s. bu kimi qəhrəmanlar haqqında dastan və mahnılar yaranmışdı.[1] Məsələn, “Gedən gəlmədi”, “Piyada Koroğlu”, “Qaçaq Nəbi” və b. bu cür mahnılardandır.[1]
Azsaylı xalqların musiqisi[redaktə | əsas redaktə]
Azərbaycanda yaşayan xalqlarının rəngarəng musiqi folkloru Azərbaycan xalq musiqisinə böyük təsiri olmuşdur. Lakin ölkədə milli azlıqların xalq musiqisinin toplanılması, öyrənilməsi və geniş təbliği üzrə fəal və məqsədyönlü iş yalnız 1990-cı illərdən başlanılmışdır.[5] 2011-ci ilin yay ayları ərzində professor Tariyel Məmmədovun başçılığı ilə «Musiqi Dünyası» jurnalın yaradıcı qrupu və Bakı Musiqi Akademiyasının professor-müəllim heyəti tərəfindən respublikanın müxtəlif bölgələrində keçirilmiş sahə araşdırmalarının bəhrələri olub, respublikada yaşayan azsaylı xalqların mahnı folklorunun toplanması, sistemləşdirilməsi, geniş təbliği və audioyazıya alınması məqsədini daşımışdır.[5] Yaradıcı qrup Azərbaycanın kənd məntəqələrində yığcam halda yaşayan xalqların autentik folkloruna – mərasim, mövsüm və əmək nəğmələrinə, layla və ağılara xüsusi diqqət yetirmişdir.[5] Bununla yanaşı, ənənəvi folklor irsinin şəhər mühitində mövcudiyyəti və yeniləşməsi də nəzərdən qaçırılmamışdır: tatar və ya ləzgi xalq musiqi nümunələri buna bariz misaldır