Rejissorlarimizin filmləri 14-cu Baki Beynalxalq Qisa Filmlər Festivalinda

Rejissorlarimizin filmləri 14-cu Baki Beynalxalq Qisa Filmlər Festivalinda

Bu il festivala 78 ölkədən 704 film göndərilib. Kino mütəxəssislərindən ibarət Seçim Komissiyası bu filmlər arasından Beynəlxalq, “Asiya istedadları” və Yerli müsabiqədə yarışan ekran əsərlərini müəyyənləşdiriblər.

Noyabrın 10-dan etibarən 14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçirilir. 

Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivalın rəsmi tərəfdaşı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, 
Azərbaycan Respublikası Kino Agentliyidir.

Mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, xarici ölkələrin 
Azərbaycandakı səfirliklərinin
 nümayəndələri, festivalın beynəlxalq
 tərkibli münsiflər heyətinin üzvləri, həmçinin ölkəmizin mədəniyyət və incəsənət xadimləri iştirak edir. 

Bu il festivala 78 ölkədən 704 film göndərilib. Kino mütəxəssislərindən ibarət Seçim Komissiyası bu filmlər arasından Beynəlxalq, “Asiya istedadları” və Yerli 
müsabiqədə yarışan ekran əsərlərini müəyyənləşdiriblər.

Beləki, Beynəlxalq müsabiqədə 32 ölkəni təmsil edən 42 film, “Asiya istedadları”nda 17 film, Yerli müsabiqədə isə 26 film festivalın əsas mükafatı olan “Qızıl Nar” uğrunda mübarizəyə qoşulur.

Qeyd edək ki, film festivalında Güney Azərbaycandan olan rejissorların da filmləri nümayiş olunur. Onlardan Sonya Fəthi, Hamed Musəvi Hüseyni,Şahram Cavad Xanı,Mehdi Behzadpour,Behruz Şəmşiri
 adlarını qeyd etmək olar.

Rejissorlarimizin filmləri 14-cu Baki Beynalxalq Qisa Filmlər Festivalinda


Leave a Comment