Z'ncanda Türk Əsintisi

Z'ncanda Türk Əsintisi

“l Milli Ölkə Türklərinin Ayin və Ənənə 

Festivalı kimi tədbirlər İranda Türklər arasında birlik və həmrəylik yaradır”

Oktyabrın 20-23-də Zəncan vilayətində üç günlük l Milli Ölkə Türklərinin Ayin və Ənənə Festivalı keçirilib. 

Festivalda İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Həmədan, Qum və Qəzvin, Tehran vilayətlərindən gələn çox sayda sənətçi iştirak edib.

İlk dəfədir ki, keçirilən festivalda Türklər yaşadığı bölgələrə məxsus Türkcə hekayələr, qədim yerli oyunlar və Türk ayinlərinə
 əsaslanan incəsənət nümunələri, eləcə də aşıq hekayələri, əfsanələr və həmasələr ifa edilib.

İrfan Sərbəst Teatrının təşəbbüsü və Zəncan vilayətinin sənət qurumları və mədəniyyət baş idarəsinin dəstəyi ilə təşkil olunan festivalda İranda Türklərin yaşadığı müxtəlif bölgələrə məxsus aşıq nağılları və ənənəvi nümayişlər səhnəyə çıxıb.

Festivalda Türkcə hekayələr, qədim yerli oyunlar və Türk ayinlərinə əsaslanan incəsənət nümunələri, eləcə də aşıq hekayələri, əfsanələr və həmasələr ifa edilib. Onlardan “Su ritualı”, “Koroğu və Cəfər Paşa nağılı”, “Baba Neysan”, “Təkəmçinin nağılı”, “Kərəm”, “Yenə yapraqlar düşür”, “Ağ qoyun, qara 
qoyun”, “Aşıq Qərib və Şahsənəm”, “Kosa keçəl” və “Aşıq Alı və Əsmər” kimi əsərlərin adlarını qeyd etmək olar. 

Məlumata görə bu festivalın əslində 4 il əvvəl keçirilməsi düşünülürdü. Lakin pandemiya və digər səbəblərdən festivalın keçirilməsi təxirə salınıb. Nəhayət ki, festival Zəncanda baş tutdu və İranda yaşayan Türklər tərəfindən böyük rəğbətlə qarşılanaraq, təqdir edildi. 

Festivalın münsiflərindən Hüseyn Abbasniya mətbuata açıqlamasında festivalın ilk dəfə keçirildiyinə diqqət çəkərək, “əhalinin bu qədər rəğbət göstərəcəyini gözləmirdim”, deyib. 

Şərqi Azərbaycan vilayətinin Mərənd şəhərindən “Kosa keçəl” adlı nümayişlə festivalda iştirak edən rejissor Məhəmməd Hacı Əhmədli festivalın İrandakı Türk icmaları arasında birlik və həmrəylik yaratdığını qeyd edib. “Bu festival ölkənin Türkləri arasında birlik və həmrəylik yaradır. Bunun davam edəcəyini və hər il keçiriləcəyini ümid edirik”, deyə o, bildirib.

Festivalda “Aşıq Qərib və Şahsənəm” 
hekayəsini ifa edən Aşıq Hüseyn İbrahimi xüsusilə uşaqların aşıq nağıllarına göstərdiyi rəğbətin təqdirəlayıq olduğunu ifadə edib.

Türk Festivalının direktoru Əmir Səhami açıqlamasımda deyib: “Bu tədbir unudulmuş ayinlər və adət-ənənələri yenidən canlandırmaq üçün bir platformadır. İzləyicilər keçmişin ayinləri və dini-milli kimliyi ilə tanış olur. Təəssüflə, biz Qərb kimliyinin gənclər və yeniyetmələr arasına nüfuz etdiyini görürük. Bu səbəblə qədim ayinlər və adət-ənənələri tanıtdırmağa çalışmışıq”.

Festivalda iştirak edən, tanınmış aşıq Əhməd Şahbazinin oğlu, şair Nasir Şahbazı tədbirlə bağlı təəsüratlarını “Azerbaijan Post” qəzetinə bölüşüb:

“İranda ilk dəfə idi ki, Türklərin bu cür
 festivalı keçirilirdi. Fikrimcə, festival çox gözəl, uğurlu həyata keçirildi.  
Biz də Qəzvin şəhərindən qrup olaraq 
festivala dəvət almışdıq. Başda mən olmaqla aşıq Abbas Məhmili “Tapdıq” nağılını 
dedik. Balabanda Mehdi Rəhməti, qavalda isə Əbülfəz Pursəfir idi.   

Qeyd etdiyim kimi, çox böyük festival idi və
Təbriz, Ərdəbil, Urmiya, Qum, Həmədandan şəhərlərindən aşıqlar iştirak edirdi. Xalqımız da festivala böyük maraq göstərdi, gəldilər, baxdılar, təqdir etdilər.

Festivalın sonunda aşıqlar arasında aşıq Abbas Səttari birinci yerə, aşıq Rəsul Ocaqlı ikinci, Həmədan aşıq qrupu və aşıq Zülfəli Cəfərzadə isə üçüncü yerə layiq görüldü. 

Festivalın əsas məqsədi Türk dilinin 
qüvvətlənməsi, inkişaf etməsi, xalqımızın öz adət-ənənəsinə, mədəniyyətinə geri dönüş etməsi ilə bağlıdır. Hiss olunurdu ki, İran hökuməti bu festivalın keçirilməsinə qarşı deyil. Bu baxımdan hesab edirəm ki, bu cür festivalların davamlı olaraq keçirilməsi çox əhəmiyyətli olardı. Çox istərdim ki, Qəzvində də bu festival keçirilsin. 

Festivalın bağlanış mərasimində festivalın 
dirüktoru Əmir Səhami qeyd etdi ki, iki ildən sonra Ölkə Türklərinin Ayin və Ənənə 
Festivalı Ərdəbildə keçiriləcək”.
 

Z'ncanda Türk Əsintisi


Leave a Comment