Kuzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar 3 noyabrda Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının toplantısında
müşahidəçi statusunda iştirak etməli idi. Bununla bağlı aylar öncə razılıq var idi. Ancaq Ersin Tatar Astanadakı “Zirvə” toplantısında yox idi.
Bu onu göstərir ki, dəvət gəlməyib. Mərkəzi Asiya ölkələrinin və ya ev sahibi Qazaxıstanın bununla bağlı müsbət qərarı olmayıb. Halbuki, Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Astanadakı
çıxışında KKTC-nin Türk Dövlətləri Təşkilatına müşahidəçi və tamhüquqlu üzvlüyünün vacibliyi barədə fikrini təkrarladı. Qeyd edək ki, bu ilin sentyabr ayında Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının toplantısında Azərbaycan Prezidenti İlham Əliyev Kuzey Kıbrız Türk Cümhuriyyətinin bayrağının Azərbaycanda keçiriləcək tədbirlərdə dalğalanacağını bəyan
etmişdi. Ekspertlərin fikrincə, Bakı yaxın gələcəkdə Kuzey Kıbrısın müstəqilliyini tanıyacaq, hətta digər TDT üzvü olan ölkələrin də anoloji addım atmasını təklif edəcək.
Bu bəyanatından somra İlham Əliyev oktyabrın 14-də Bakıda səfərdə olsn Kuzey Kıbrız Türk Cümhuriyyətinin
Prezidenti Ersin Tatarı qəbul etmişdi. Görüşdə Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrinin genişlənd rilməsindən və xalqların arasında humanitar, mədəniyyət, təhsil, idman sahələrində əməkdaşlığın genişləndirilməsi üçün
imkanların mövcud olmasından məmnunluq ifadə edilib. Görüşdə turizm, elm, təhsil və tələbə mübadiləsi sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Ersin Tatar Azərbaycan mətbuatına açıqlamasında “İlham Əliyevi Kuzey Kıbrısa dəvət etdim, o da qəbul etdi” demişdi.
Beləliklə, Azərbaycan prezidenti İlham Əliyev də Kuzey Kıbrısın Türk Dövlətləri Təşkilatına qatılmasının tərəfdarıdır. Ancaq görünəni budur ki, Mərkəzi Asiya ölkələri qərar verməyə tələsmirlər. Odur ki, bu məsələnin gələn ilə
qaldığı görünür.
Kuzey Kıbrıs Prezidenti «Zirvə» görüşünə dəvət almadı, səbəb...