“ AzStarTV” Azerspace Peykindən Yayına Başladı

 “AzStarTV” telekanalı Az Media Group ( Heydarbaba Media Group)un yayım markizidir.

“ AzStarTV” Azerspace Peykindən Yayına Başladı

 “AzStarTV” telekanalı Az Media Group ( Heydarbaba Media Group)un yayım markizidir.

Xatırladaq ki, 2016-cı ilin 21 oktyabr tarixində Kanadanın Toronto şəhərində “AzStarTV” telekanalının açılış mərasimi keçirilib.  Bundan sonra telekanal Kanada və Amerikada 24 saatlıq yayıma start verdi.

2021-ci ilin may ayından etibarən isə Türkmən aləm peykindən İran və Türkiyə kimi ölkələrdə yayımlanmağa başlayıb.

“AzStarTV” əsasən  İranda yaşayan türklərin, xüsusən də Güney Azərbaycan türklərinin mədəniyət və incəsənətini,  tarixini təbliğ etməkdədir. Kanal Güney Azərbaycan musiqisinin inkişafına da öz töhfəsini verib. Bu istiqamətdə xeyli sayda klip təqdimatlarını, 50 bölümü yayımlanmış “Star Müzik”, “Səs yarışı-1”, “Səs yarışı-2” müsabiqələrini, usat musiqiçilərin təqdimatı ilə “Ozanlarımız” proqramlarını nümunə göstərmək olar. Qeyd edək ki, 33 bölümü yayımlanmış “Ozanlarımız” verilişi sayəsində İranda mövcud olan türk aşıq məktəbinin təbliği həyata keçirilib. Verilişdə Azərbaycan, türkmən, qaşğayi, Xorasan aşıq məktəbləri və ustadları haqqında ətraflı məlumatlar verilib.

Bundan başqa təqdim etdiyimiz verilişlərdə Güney Azərbaycanda mövcud olan tarixi abidələr, onların hazırki vəziyyəti, qorunub, saxlanılması ilə bağlı məqamlara toxunulub.

Hazırda “AzStarTV”  “Azərspace” peyki ilə başda Kanada və Amerika olmaqla Azərbaycan, Türkiyə, İran, Rusiya və digər 25 ölkədə yayımlanmaqdadır.

 

“ AzStarTV” Azerspace Peykindən Yayına Başladı


Leave a Comment