Sazın tanrısı dədə Hüseyn Əsədi

İlk əzəl binadan Azərbaycan xalqının ruhunda və zövqündə sazın müqəddəs və ulu bir yeri  vardır. Əslində türk xalqının ilk musiqi aləti elə saz olub.

Sazın tanrısı dədə Hüseyn Əsədi


İlk əzəl binadan Azərbaycan xalqının ruhunda və zövqündə sazın müqəddəs və ulu bir yeri  vardır. Əslində türk xalqının ilk musiqi aləti elə saz olub.

Arxeoloji qazıntılar zamanı əldə olunan əşyalar içərisində əlində sazı olan bir aşıq mücəssəməsi tapılmışdır ki, ekspertlərın rəyinə görə onun tarıxı 7000 il bundan əvvələ aiddir.
Xalqın ruhunu oxşayan saz ifaçıları və aşıqları bütün tarix boyu bu müqəddəs ilahi payını xalqın zövqünə ərməğan edib. Həmin dahi ifaçılardan biri ustad Hüseyn  Əsədidir.

Ustad Hüseyn Əsədi Qaradağın Kəleybər rayonunun Kirişan kəndində anadan olub. Orta məktəbi
 bitirdikdən sonra Tehrana köçüb və mənzil boyaçılıq işi ilə məşğul olmağa başlayıb. Bu işlə bərabər özü sərbəst şəkildə sazla da məşğul olub, onun sirlərini öyrənməyə çalışıb. 

Məktəbsiz və müəllmsiz, ssırf radio vasitəsi ilə saz havalarını öyrənib, ustad səviyyəsində ifa etmişdir.Hüseyn Əsədinin müəllimi olmasa da saysız-hesabsız tələbələrı olub. Ustad öz zəmanəsinin tayı-bərabəri olmayan solo saz ifaçısı olmaqla bərabər, həm də görkəmli tar ifaçısı və ansambl rəhbəri olub. O, tarda da bir çox mahir ifaçılar yetişdirib.

Bütün bunlarla yanaşı Hüseyn Əsədi  həm də mahir sazbənd olub. Gülərüzlü, şirindilli, həlim davranış onun bariz xasyyətləri olub.  

Çox xoşbəxt insanam ki, ustadla birgə Tehranda Şəhriyar adına Azərbaycan Xalq çalğı alətləri ansamblı yaradıb, 30 il birgə bütün səhnələrdə, festivallarda, qastrollarda, televizıyalarda, el şənliklərində çiyin-çiyinə çalışmışam.

Xatırladım ki, ustad Hüseyn Əsədi 7 il əvvəl şəhrivər ayının 13-də dünyasını dəyişib. Onun vəfatı Azərbaycan musiqi mədəniyyətində böyük itki idi. Allah rəhmət eləsin, nur içındə yatsın,yolu davamlı olsun.Şair və musiqiçi

İbrahim Zahid

Sazın tanrısı dədə Hüseyn Əsədi


Leave a Comment