Torontoda “Azərbaycan Evi” Açılıb

Bu xüsusda Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin fəaliyyətini də qeyd etmək istərdim. Qurumun sədri Fuad Muradov «Azərbaycan Evi»nin açılmasında birbaşa dəstək nümayiş etdirib, buna görə öz təşəkkürümüzü bildiririk», deyə Lalin Həsənova qeyd edib.
 

Torontoda “Azərbaycan Evi” Açılıb

Xəbər verdiyimiz kimi bu ilin aprel ayının əvvəlində Kanadanın Ontario vilayətinin Toronto şəhərind ə“Azərbaycan Evi” açıldı. Qurumun rəhbəri həm də “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin yaradıcısı olan Lalin Həsənovadır.
 Soydaşımız «Azerbaijan Post» qəzetinə açıqlamasında “Azərbaycan Evi”nin bu günə qədər olan fəaliyyəti, qarşıdakı layihələr və sairə haqda danışıb.

“İlk öncə “Azərbaycan Evi” açılış mərasimi haqqında təəssüratlarımı bölüşmək istərdim. Bu, hər birimizin xatirəsində qalan çox gözəl tədbir idi. Tədbirdə Dövlət Komitəsinin sədri Fuad Muradov, eləcə də qurumun digər əməkdaşları, Azərbaycan Kanadadakı müvəqqəti işlər vəkili Vasif Abutalıbov, Kanada hökumətinin və parlamentinin təmsilçiləri, Türkiyənin baş konsulu, yerli ictimaiyyətin,Hindistan, Özbəkistan və yəhudi icmalarının nümayəndələri, fəallar iştirak edirdilər.

Ümumiyyətlə, uzun illər idi ki, Toronto şəhərində yaşayan soydaşlarımız “Azərbaycan Evi”nin açılmasını arzulayırdı. Bu, qürbətdə milli-mənəvi dəyərlərimizin yaşadılaraq, gənc nəslə ötürülməsi, Azərbaycan həqiqətlərinin, haqq səsimizin doğru-dürüst dünya ictimaiyyətinə çatdırılması, toplum olaraq qarşılaşdığımız əsas çətinlikləri birlikdə dəft etmək, birlik nümayiş etdirmək üçün çox zəruri və vacibdir. Nə xoş bizə ki, bu cür mərkəzi yaratmaq şansımız oldu, onu reallaşdıra bildik.

Bu xüsusda Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin fəaliyyətini də qeyd etmək istərdim. Qurumun sədri Fuad Muradov «Azərbaycan Evi»nin açılmasında birbaşa dəstək nümayiş etdirib, buna görə öz təşəkkürümüzü bildiririk», deyə Lalin Həsənova qeyd edib.
«Azərbaycan Evi»nin rəhbəri həmçinin bu günə qədər keçirilən tədbirlərdən, gələcək layihələrdən də söz açıb:
«»Azərbaycan Evi» açılandan bu günə qədər intevsiz tədbirlər, görüşlər həyata keçirib, Kanadada boyuyen genc nəsil uşaq,  yeniyetmələr və gənclərimizin inkişafı üçün  muxtəlif dərnəklər,dərslər,gorushlər  təşkil edilir.

Təkcə ötən avqust ayında bir sıra mühüm görüş tədbirlərimiz olub. Belə ki, ayın əvvəlində keçirdiyimiz tədbirdə Türkiyə, Ukrayna, Rumıniya, Macaristan, 
Argentina, Albaniya ölkələrinin
 Toronto’daki baş konsulları, hazırda 
Torontoda yaşayan dünya şöhrətli 
azərbaycanlı alim professor Məsud Əfəndiyev, «York» universitetində çalışan professor Ulduz Rəhimov, Torontoda yaşayan bəstəkar, dirijor İsmayıl Hacıyev ilə yanası, yəhudi, Ukrayna, Əfqanıstan, Türk dövlətlərinin icma üzvləri iştirak 
ediblər. Bu cür görüşlər Azərbaycan 
lobbisinin inkişafı baxımından çox mühümdür. Bu tədbirlər sayəsində həm də tarixi mədəniyyətimizi, incəsənətimizi yaxından təbliğ etmiş oluruq ki, bu da hər birimizin üzərinə düşən öhdəlikdir.

Son bir ayda keçirdiyimiz önəmli
 tədbirlərimizdən biri Toronto 
məktəblərinin birində məktəb
 direktoru kimi çalışan İradə xanım 
Kərimova ilə görüş idi. Kanadada İradə xanım kimi çox dəyərli ziyalılarımız var.

Həmçinin dünya miqyasında tanınmış  professorunuz Məsud Əfəndiyevlə də görüşümüz olub. Bu cür görüşlər bizim özümüzdə də böyük motivasiya, ruh yüksəkliyi yaradır.

Qeyd etdiyim kimi, «Azərbaycan Evi»ndə uşaqlar, yeniyetmə və gənclərimiz üçün də rəsm, şaxmat, rəqs, dram , stol ustu oyunlar və digər dərnəklər təşkil olunur. Çalışırıq ki, gələcəkdə bizi təmsil edəcək uşaq və yeniyetmələrimiz 
Azərbaycanın dilinə, mədəniyyətinə, incəsənətinə yaxındam bələd olsunlar, sevsinlər.

Ümumiyyətlə, məlumata görə Kanadada ümumilikdə 275 min Azərbaycan türkü yaşayır. Əksər azərbaycanlılar daha çox Ontario vilayətində yaşayır. «Azərbaycan Evi»nin bütün soydaşlarımız üçün əlçatan olmasına çalışırıq. Məqsədimiz bizim üçün artıq ikinci vətənə çevrilən
 Kanadada milli birliyimizə nail olmaqdır».

Xalidə Gəray

 

Torontoda “Azərbaycan Evi” Açılıb


Leave a Comment