Tanınmış musiqiçi Əhməd Səttari 2006-cı ildə Azərbaycan Milli Konservatoriyasının bakalavr, 2008-ci ildə isə magistr üzrə məzunudur. O, etnomusiqiologiya (etnik qrupların musiqişünaslığı) üzrə və Azərbaycan musiqisi ixtisası üz dokt
orluq dissertasiyasını müdafiə edib.
Əhməd Səttari 2001-2009-cu illərdə Azərbaycan Respublikası Abşeron rayon Qobu Musiqi Məktəbində və Bülbül adına orta ixtisas musiqi məktəbində xanəndə müəllim kimi çalışıb.
Həmçinin 2001-2007-ci illərdə Azərbaycan Respublikası Milli Elmlər Akademiyası nəzdində fəaliyyət göstərən “Arth” musiqi qrupunun solist üzvü olub.
O, 2013-cü ildə Tacikistanda keçirilən beynəlxalq musiqi
festivalının qalibi olub. Elə həmin ildə Tacikistan Respublikasının Prezidenti və Mədəniyyət Naziri tərəfindən Fəxri Fərmanla təltif olunub. Bundan başqa Əhməd Səttari 2005-ci ildə Bakı tələbələrinin beynəlxalq mahnı müsabiqəsində I yerə layiq görülüb. 2009-cu ildə Abşeron şəhərinin nümunəvi xanəndə müəllimi adının alıb, Azərbaycan Mədə
niyyət Nazirliyinin fəxri medalı ilə təltif olunub, Azərbaycan Təhsil Nazirliyinin fəxri fərmanını alıb.
2018-ci ildə Şərqi Avropa ölkələrinin, o cümlədən Xorvatiya, Serbiya, Bosniya və Herseqovina və Monteneqronun Şərəf ordeni ilə təltif edilib. 2006-cı ildə Şərqi Azərbaycan vilayətini
n Mədəniyyət və İslami İrşad Baş İdarəsi, Şərqi Azərbaycan vilayətinin İslam Təbliğat Təşkilatı, Bonab şəhər Mədəniyyət və İslami İrşad İdarəsi tərəfindən təşəkkürnamə alıb.
Musiqiçinin xarici və yerli musiqi albomları aşağıdakılardır:
Moggi Rahabın audio albomu - Təbriz (1385);
Zərif Qoloşlomun audio albomu - Təbriz (1386);
Mogham-Baku audio albomu (1387).
Onu da qeyd edək ki, Əhməd Səttarinin yazdığı «Azərbaycan Xalq Mahnıları» kitabı iki cilddə nəşr olunacaq.