Ramin Shadpour ilə reportaj

Ancaq məni bu işe itələyən Azərbaycanlıların “Haray haray mən Türkəm” şuarı oldu. Hər millət öz geçmiş tarixini çox  yaxcı bilməlidir. Hani bir məşhur söz vardır

Ramin Shadpour ilə reportaj

Eşiddik ki geçənlərdə siz Orta Asya’daki qədim Türk kətibələrini görməyə getmişsiniz. Bu əsasda sizə bir nəçə soru soruşup, tecrübələrinizi dinləyip ve oxuyucularımızla paylaşmaq istəyirik Belə bir gəziyə getmək haradan ağlınıza gəldi? 

Əslində  bu  yazıtlar həqqində çox şeylər oxumuştum və onları görmək istəyirdim. Ancaq məni bu işe itələyən Azərbaycanlıların “Haray haray mən Türkəm” şuarı oldu. Hər millət öz geçmiş tarixini çox  yaxcı bilməlidir. Hani bir məşhur söz vardır : “ Geçmişini bilməyən millət gələcəğinə ışıq tutammaz”. Biz güney Azərbaycanlılar yarı yamalaq da olsa Türklərin tarixini Səlcuqlar’a qədər bilirik amma əksəriyyətin bilgisi bunun ötəsinə geçməz, yani ondan qabaxki Türk tarixi həqqində məlumatımız yoxdur ya da çox azdır. Bəs bu Tuğrul Bəy’in böyük atası Oğuzlu Səlcuq Bəy kimdir ? Türklər haradan gəldilər ? Orta Asya’dan mı ? Bunlar orda necə yaşayırdılar ? və də ən önəmli və əhəmmiyətli soru bu ki, Tüklər dillərini yazıya tökdüler mi, yani qədim dillərində yazıları vardır mı ?
    Bu sorunun cəvabı budur : Vardır, həmdə necə !
    Bu məsələ həqqində qabaxcadan araştırmaya başlamıştım və Orxun Yazıtlarının varlığını bilirdim, ancax beləcə iş ciddiləşincə gedib bu yazıtları yaxından görmək istədim. Bu arada qədim Uygur Xaqanlığının başkəndi Kara Balgasun’u da görmüş oldum.

Bu yazıtlar yani Kətibələr hardadır və kimlərdən qalmıştır ?
    Bu yazıtlar bugünkü Moğolistan’ın “Karakorum” məntəqəsindəki “Qoşu şaydam” gölü yaxınlığındadır. Biridə Ulan Batar şəhrinə yaxın “Nalayh”    bölgəsindədir.
Bunlar miladi  arasında hükümət etmiş GöyTürk imparatorluğuna aiddir. GöyTürklər kimdir qıssaca anladın lütfən.i

    GöyTürklər ilk dəfə “Türk” adını işlətmiş və o zamana qədər orta asya bozkırlarında  (steplərində) qurulmuş ən böyük xaqanlığı, daha doğrusu ən böyük imparatorluğu qurmuşlar. Onlardan qabax ve sonra da Türk dilində danışan və hükümət quran başqa Türk elləri də olmuş ancax burda onlar həqqində danışmaq için zamanımız yetərli değil.


Bu kətibələr kimlərə aiddir ?

    Nalayh’daki yazıt böyük və ağıllı “Tonyukuk”a aiddir. Tonyukuk dört GöyTürk Xaqanının başvəziri olmuşdur. Bu yazıt əslində iki daşdır ki birincisi çox dağılmış ancax ikincisi mərmər daşı olduğundan çox yaxcı vəziyəttədir ve yazıları sağlam qalmışdır. Qoşu Saydam’daki Yazıtlar iki böyük Türk Xaqanına aiddir :
    “Bilgə Xaqan” və kiçik qardaşı “Gül Təkin” yada öz değişləriylə “Kül Tigin”. 

 

Bu kətibələr hangi əlifba ilə yazılmışdır ?

    Bu çox gözəl bir sorudur. Bu yazıtlar ilk Türk əlifbası olan Orxun yada Orhun əlifbasıyla yazılmışdır. Bu əlifba təqribən bütün Türk səsli və səssiz hərflərə malikdir və sağdan sola yazılır. Ketibələrdəki yazıların çox gözəl və gramatikal bir şekildə yazılmış olması bu yazı sisteminin çox daha qədimi olduğunu göstərir. Bəlli ki bu yazı sistemi Türk dilinə çox gözəl ayarlanmışdır. Aşağıda bir örnək olaraq bir yazı parçası, onun o günkü oxunuşu vədə Azərbaycan Türkcəsindəki tərcüməsi verilmişdir.

 
 

"Türk oguz begleri, budun, eşiding. Üzə təngri basmasar, asra yir təlinməsər Türk budun, ilingin törüngün kim artatı"
GöyTürk oxunuşu

"Türk Oğuz bəyləri, milləti, eşidin. Yuxarıda göy basmasa, aşağıda yer dəlinməsə,
Türk milləti, elini törəni kim yıxabilər"
Azərbaycan Türkcəsi

Bu yazıtlarda nələr anladılır ?

    Yazıtlar Türk Elləri və Orta Asya’daki diğər millətlərin yaşamları, savaşları, sünnətləri və də inançları həqqində çox dəğərli etnografik və kültürel antropolojik bilgilər verir. Bizə ordaki ata babalarımızın necə yaşadıgını, yeməkləri, toyları, yasları, dostları, düşmənləri və də ən önəmlisi necə danışdıqlarını göstərir. Tonyukuk’un kətibəsində, Çinlilərin necə Tüklərin dilini,kimliğini və varlıqlarını  yox etmək istədiğini və Tüklərin bunlara qarşı necə savaşdıqları anlatılmaqdadır. Bunları oxuduğumda bugünkü çətin günlərimiz ağlıma gəldi və bu dilin yüz illər və min iller sonra bizə gəlip yetişməsi için qədim Türklərin nələr çəkdiği və nə fədakarlıqlar ettiğinin qarşısında sayqı ilə əğildim. Inanıram ki bizdə bu dili canımız təkin qoruyup sonraki nəsillerə öğrətməliyik.

Bu yazıtlar nə zaman və kim tərəfindən tapıldı və bu əlifbanı kim çözdü ?

    Yazıtlar 1889 da bir Rus ekpedisyonunda Nikolay Yandritsev tərəfindən tapıldı və sonra Vasily Radlov tərəfindən çap olundu. 1893’də yazılar danimarkalı filolojist «Vilhelm Thomsen »’ın əməkləri sayəsində çözüldü. Çözdüğü ilk iki kəlmə,  «Tengri » və də «Türk » olmuşdur. 

Bundan sonraki hədəfiniz nədir ?

    Mən bu yazıtları Azərbaycan Türkcesinə cevirirəm və GöyTürk tarixi ilə birlikdə bir yazı şeklində Təbriz’də nəşr eləməği hədəflirəm. İnanıram ki bu yazı tamamlandığında gənçlərimiz için yaxcı bir referans və iftixar qaynaği olabiləcək, necə ki mənim için olmuşdur.

 Vaxtınız icin çox sağolun
Sizdə sağolun
Septamber, 2009
 

Ramin Shadpour ilə reportaj


Leave a Comment